Azərbaycan və Lüksemburq arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Siyasət 22 Yan 2025 21:06:00 96 0
22 yanvar 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Lüksemburq Böyük Hersoqluğu Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu xəbəri də oxu: lham Əliyevin sosial şəbəkə hesablarında İsveçrəyə səfər ilə bağlı videoçarx paylaşılıb
Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Lüksemburq nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Siyasi departamentinin rəhbəri Veronik Dokendorf rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan və Lüksemburq arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı siyasi dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb. Daha sonra iqtisadiyyat, energetika, nəqliyyat və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün müvafiq müqavilə-hüquq bazasının inkişafının önəmi qeyd olunub.
Nazir müavini F.Rzayev ölkəmizin iqlim diplomatiyası səyləri, Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiya çərçivəsində əldə olunan nailiyyətlərdən danışıb.
Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Tərəflər arasında həmçinin regional və beynəlxalq məsələlər, eləcə də birgə maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
ABŞ-nin Şimali Karolina ştatının paytaxtı Roli şəhərində, Nobel mükaf
Astroloqlar hazırda hansı bürclərin əlamətdar dəyişikliklər astanasınd
Son dövrlərdə dünya ölkələrində kaju fındığının yerinə saxta məhs
Hindistanın qərbindəki Maharaştra ştatında qatarda baş verən yanğın ş
24 yanvarda Günəşdə baş vermiş M sinifli alışmanın müşayiət etdiyi p
ABŞ prezidenti Donald Tramp Putini Ukraynada müharibəni yaxın vaxtlarda biti
Türkiyədə Bolu vilayətinin bələdiyyə sədrinin müavini və yerli yanğı
70 saylı Neftçala seçki dairəsində yanvarın 29-na təyin edilmiş bələdi
Ermənistanın Ararat bölgəsində "Toyota" markalı minik avtomobili
"Bakının Neftçilər prospektində qaydaların ziddinə gedən "Merc
Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Əhmədov Elsun Məzahir oğlunun bar
Slovakiyanın baş naziri Robert Fitso, ölkədə hakimiyyəti devirməyi planla
nu keçənlər sürücülük vəsiqələrini əllərində saxlayırlar: praktiki
Türkiyədə 16 yaşlı oğlan babasına məxsus sərnişin avtobusunu qaçırd