Britaniya təyyarə qəzasının səbəblərinin araşdırılmasında Azərbaycana dəstək verməyə hazırdır Dövlət katibi
Siyasət 22 Yan 2025 16:41:00 54 0
22 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Ləmmi arasında telefon danışığı baş tutub.
Bu xəbəri də oxu: Azərbaycan və AYİB arasında Gəncədə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üçün kredit sazişi imzalanıb
XİN-dən Son.az-a verilən məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlıq gündəliyinin perspektivləri, habelə mövcud regional vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin hazırki durumu müzakirə olunub.
Britaniya naziri ilk öncə 20 Yanvar - Ümumxalq Hüzn Günü və 25 dekabrda Bakı-Qroznı reysi ilə uçuş həyata keçirmiş təyyarəmizin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha başsağlığı diləklərini çatdırıb. Britaniyanın faciənin səbəblərinin araşdırılması və təhqiqat prosesində hər zaman dəstək verməyə hazır olduğunu bildirib.
Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılması üzrə görülən işlər barədə məlumat verib.
Azərbaycanla Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin, iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Ölkəmizi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi münasibətilə təbrik edən Britaniya naziri, iqlim dəyişikliyi ilə mübarizə sahəsində birgə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Nazir Ceyhun Bayramov, bölgədəki mövcud vəziyyət və sülh prosesi barədə məlumat verərək, sülh sazişi və delimitasiya üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan konstitusiyasında davam edən ərazi iddialarının prosesə əsas maneçilik törədən səbəb olduğunu diqqətə çatdırıb.
Telefon danışığı gedişatında həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2 saylı Dəmiryol Poliklinikasının sabiq baş həkimi, fəxri dəmiryolçu, t
Füzuli rayonunda ictimaiyyətin, rayon ağsaqqallarının, din xadimlərinin, z
Əsas məqsədimiz tələbələrimizin tədrisdən sonrakı vaxtlarını səmər
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edam olunması il
Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib
ABŞ-ın yeni prezidenti Donald Tramp ölkədə süni intellekt (AI) infrastrukt
İnzibati Xətalar Məcəlləsində lisenziyalar və icazələr haqqında qanunv
Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölg�
Əməkdar artist Tünzalə Əliyevanın ölümündən 2 il keçib.
Türkiyəli aktyor Şahan Gökbakar Kartalkayadakı otel yanğını ilə bağlı
Azərbaycan-Oman Sultanlığı parlamentlararası əlaqələr üzrə İşçi Qru
Bəzən həyat bizə hər şeyi alt-üst edə biləcək gözlənilməz hədiyyə
Xarici ölkələrə məhsul ixrac edən bəzi sahibkarlıq subyektlərinin müva
Türkiyəli müğənni Özcan Dənizin iranlı həyat yoldaşı Samar Dadqarın