Baydenlər ailəsinin əsl siması: cinayətlər, yalanlar, talanan milyonlar


Siyasət 21 Yan 2025 18:00:00 79 0

Baydenlər ailəsinin əsl siması: cinayətlər, yalanlar, talanan milyonlar

Artıq ABŞ prezidenti vəzifəsini tərk etmiş Co Bayden siyasi irsi ilə yanaşı, Ağ Evi ailəsinin müdafiəsi üçün bir vasitəyə çevirməsi ilə də yadda qalacxaq. Daha çox mafioz klanın rəhbəri kimi davranan Bayden prezident postundakı son günlərində ailə üzvlərini əhatə edən yüksək səviyyəli qalmaqallarla əlaqədar bir sıra sərəncamlar və qərarlar imzaladı. Bu addımlar tərəfindən ailəsinin nüfuzunu bərpa etmək üçün qanunlardan yan keçmək cəhdi kimi qiymətləndirilir.

Baydenin əməllərinin daimi iştirakçısı isə təbii ki, artıq sabiq dövlət katibti Entoni Blinken idi.

Mütəşəkkil şəbəkənin başında məhz Co Bayden dayanırdı. O, özünü "təcrübəli dövlət xadimi" obrazında təqdim etsə də, oğlu Hanter, qardaşı Ceyms və digər ailə üzvləri korrupsiya, vergi ödəmələrindən yayınma və digər cinayətlərlə bağlı araşdırmaların mərkəzində idi. Bayden, ailəsinin nüfuzunu qorumaq məqsədilə prezidentlik səlahiyyətlərindən istifadə edərək, onların ədalətdən yayınmasını təmin edəcək hüquqi şərait yaratmağa çalışdı.

Donald Trampın andiçmə mərasimindən əvvəl, Ağ Evdən ayrılmadan öncə Co Bayden oğlu Bayden Hanterə və digər ailə üzvlərinə qarşı cinayət təqiblərinin qarşısını alan qərarlar imzaladı. Həmin qərarlara əsasən Hanter Baydenlə yanaşı, Co Baydenin qardaşı Ceyms Baydenin milyonlarla dolları ofşor hesablarında gizlətməsi ilə bağlı istintaqlar dayandırıldı. Habelə, Baydenin ailə üzvlərinə qarşı köhnə materiallar əsasında yeni işlərin açılmasının qadağan edilməsi. Və ən nəhayət, Bayden ailəsi ilə bağlı real məlumatların yayılmasını "dövlət sabitliyinə təhdid" kimi dəyərləndirdi.

"Özüyeriyən baba" adlandırılan Co Baydenin oğlu Hanter Baydenlə bağlı qalmaqallar ABŞ ədalət sistemində ikiüzlü yanaşmanın simvoluna çevrildi. Vergi cinayətləri, korrupsiya əlaqələri və qanunsuz silah sahibi olmasına dair sübutlara baxmayaraq, Hanter ciddi cəzadan yayınaraq minimal cərimələrlə qurtuldu.

Sadəcə, faktlara nəzər salaq:

2020-ci ildə Co Baydenin Hanterin "noutbuk qalmaqalı" ilə bağlı məlumatların seçkilər öncəsi yayılmasına mane olması ictimaiyyətin kompromatları öyrənməsini əngəllədi.

2023-cü ilin iyun ayında Hanter Bayden vergi və silah cinayətləri üzrə günahını etiraf etsə də, həbsdən xilas oldu.

Co Baydenin qardaşı Ceyms Bayden Ağ Evdəki əlaqələrindən istifadə edərək şübhəli müqavilələr bağlamış və bununla da qanunları tapdalamış fiqurdur.

Danılmaz sübutlara rəğmən, Ceyms Bayden cinayət qismində dəyərləndiriləcək əməllərinə görə məsuliyyətə cəlb edilmədi. Çünki arxasında qardaşı Co Bayden vardı. Məhz o, yəni Birləşmiş Ştatların artıq sabiq prezidenti Bayden Ədliyyə Nazirliyi və onun tərəfindən təyin olunan prokurorlardan istifadə edərək araşdırmaları blokladı. Həmçinin, vəzifə səlahiyyətlərindən həyasızcasına sui-istifadə edərək ailəsi ilə bağlı qalmaqallar haqqında məlumatların yayılmasına mane olurdu.

Co Bayden dövrü ABŞ-da Ağ Evin korrupsiya və ailə maraqlarının simvoluna çevrildiyi bir dövr kimi yadda qalasıdır. Ailə üzvlərini və yaxın qohumlarını qorumaq üçün atdığı addımlar ABŞ institutlarına və ədalətə olan inamı sarsıtdı, ölkəni siyasi və mənəvi böhrana sürüklədi.

Keçmiş prezidentin hərəkətləri arxasında hansı digər sirrlərin gizləndiyi gələcəkdə bəlli ola bilər. Fəqət bir məqam dəqiqdir: Co Bayden ABŞ tarixində demokratiya deyil, kriminal dram xatırladan səhifələr buraxmağı bacardı.

ABŞ-ın aotıq sabiq prezidenti Co Bayden ölkəni birləşdirən lider deyil, qalmaqallar və manipulyasiyalarla məşğul olan ailə klanının rəhbəri kimi tarixə düşdü. Prezident postunda atdığı addımlar yalnız ədalətə inamı sarsıtmadı, həm də şəxsi maraqlarını qorumaq üçün hakimiyyətdən sui-istifadənin təhlükəli presedentini yaratdı.

Hanter Baydenə qarşı aparılan araşdırmalara Co Baydenin müdaxiləsi hakimiyyətin şəxsi məqsədlər üçün istifadəsinin açıq nümunəsi oldu. Ədalətli məhkəmə prosesinin əvəzinə cəmiyyət prezidentin oğlunun məsuliyyətdən yayınmasını təmin etmək cəhdlərini izləyirdi. Bu, yalnız ədalət sisteminə zərbə deyil, ABŞ-da nüfuz və əlaqələrin cinayətləri gizlədə biləcəyini nümayiş etdirən açıq mesajdır.

Baydenin hərəkətləri Amerika cəmiyyətində parçalanmanı daha da dərinləşdirdi. Respublikaçılar bunu açıq korrupsiya nümunəsi kimi görür, demokratlar isə Baydeni "siyasi motivli hücumlardan qorunmaq" bəhanəsi ilə müdafiə etməyə çalışırlar. Bu parçalanma ölkənin birliyini və institutlara olan etibarı zəiflədir.

Ukraynanın "Burisma" qaz şirkəti Hanter Baydenə aylıq 83 000 dollar ödəyirdi - baxmayaraq ki, onun energetika sahəsində heç bir təcrübəsi yox idi. Co Bayden isə ABŞ-ın vitse-prezidenti olduğu dövrdə, Burisma şirkətinin fəaliyyətini araşdıran Ukrayna Baş prokuroru Viktor Şokinin istefasına nail olmaq üçün Ukrayna hakimiyyətinə təzyiq göstərirdi. Baydenin Ukraynanı 1 milyard dollarlıq kredit zəmanətindən məhrum etmək təhdidi nəticə verdi: Şokin vəzifəsindən uzaqlaşdırıldı.

Hanter Baydenin şəxsi noutbukundan əldə edilən məlumatlara görə, o, CEFC China Energy də daxil olmaqla, Çinin iri şirkətləri ilə şübhəli müqavilələr bağlamışdı. Bu müqavilələrdən birində 10 milyon dollarlıq məbləğ qeyd olunurdu və bu məbləğin 10%-i "Böyük Şəxs"ə çatmalı idi. Şübhə yox ki, həmin "Böyük Şəxs" bilavasitə Co Bayden idi.

Hanter Baydenin noutbuku pul yuyulması, narkotiklərdən sui-istifadə və qeyri-qanuni müqavilələrlə bağlı sensasiyalı məlumatların mənbəyinə çevrildi. Di gəl, atasının sayəsində bu iş ört-basdır edildi. Əsas hüquq-mühafizə orqanları - Federal Təhqiqat Bürosu və Ədliyyə Nazirliyi - sübutları görməzdən gəldi.

Co Baydenin qardaşı Ceyms isə  soyadından və əlaqələrindən istifadə edərək şübhəli müqavilələr bağlayırdı. Bunlara aşağıdakılar daxildir:

Xəstəxanalarla müqavilələr: 7 milyon dollarlıq layihələrdə Ceyms Bayden xarici investisiyaları cəlb edəcəyini vəd etmişdi, lakin nəticədə pulları mənimsədi. Yaxın Şərq razılaşmaları: Ceyms Bayden Yaxın Şərq investisiyaçılarından müqavilələr alarkən, ABŞ vitse-prezidentinə birbaşa çıxış təklifini əsas arqument kimi göstərirdi.

Müxtəlif fırıldaqçılıq ittihamlarına baxmayaraq, Ceyms Bayden heç vaxt məsuliyyətə cəlb olunmadı. Bu, Co Baydenin administrativ təsiri sayəsində mümkün olmuşdu.

Media və siyasi əlaqələrdən istifadə edərək, Baydenlər faktiki olaraq toxunulmazlıq əldə ediblər.

Baydeni dəstəkləyən iri mediakorporasiyalar ailənin qalmaqallarını gizlətməkdə əsas rol oynayıblar. Hanter və Ceymslə bağlı məlumatlar ya susdurulub, ya da "respublikaçıların hücumu" kimi təqdim edilib.

Ədliyyə Nazirliyi və Baydenin təyin etdiyi yüksək vəzifəli şəxslər ailə ilə bağlı araşdırmaların genişləndirilməsinə mane olublar.

Baydenin prezidentliyi Amerikanın demokratiyasının deqradasiyasının simvoluna çevrildi. Ağ Ev ailənin cinayətlərini gizlətmək üçün vasitəyə çevrilərək ölkənin hüquq sisteminin təməlini sarsıtdı.

Amerika xalqı şəffaflıq və dürüstlük tələb edirdit. Amma Baydenin rəhbərliyi dövründə hakimiyyət mafioz sxemlər üçün örtük olub. Ağ Evi tərk etdikdən sonra Co Bayden ölkəni siyasi və hüquqi qütbləşmə izində buraxdı ki, bu da uzun müddət hiss olunacaq.

Co Baydenin prezidentliyinin ən şok edici cəhətlərindən biri də Ədliyyə Nazirliyinin ailəsini qorumaq üçün bir vasitəyə çevrilməsi idi. Hanter və Ceyms Baydenlə bağlı işlər müstəqil şəkildə araşdırılmaq əvəzinə, sübutların sistematik olaraq görməzdən gəlinməsi və prokurorlara təzyiq göstərilməsi ilə müşayiət olunurdu.

CNN, MSNBC və The New York Times kimi böyük mediakorporasiyalar Baydenlərlə bağlı qalmaqalların gizlədilməsində əsas rollardan birini oynadılar. Bu media qurumları korrupsiya faktlarını "konspiroloji nəzəriyyələr" adlandıraraq, ictimaiyyətin həqiqəti öyrənmək cəhdlərini gözdən saldılar.

Sabiq dövlət katibi Entoni Blinken bunları bilmirdimi? Bilirdi, amma susurdu.

Co Bayden öz hakimiyyətindən istifadə edərək Hanter Baydenə qarşı cinayət işlərinin bağlanmasına nail olmuşdu. Vergi cinayətləri və qanunsuz silah sahibi olmaq kimi aydın faktlar belə görməzdən gəlinirdi.

Prokurorluq, FTB və vergi xidməti birbaşa Bayden administrasiyasının təzyiqi altında idi. Bayden ailəsinin beynəlxalq müqavilələri ilə ABŞ siyasətinə təsiri arasındakı əlaqələri üzə çıxarmaq cəhdləri ən yüksək səviyyədə bloklanırdı.

Bayden ailəsinin korrupsiyası vergi ödəyicilərinə milyardlarla dollara başa gəlib. Ailənin beynəlxalq müqavilələri ABŞ-ın milli maraqlarını sarsıdır, dövlət proqramlarına ayrılmış vəsaitlərin bir hissəsi isə ailə ilə əlaqəli strukturlara yönləndirilir. Belə ki, Co Baydenin Ukrayna siyasətinə müdaxiləsi və Hanterin Çin şirkətləri ilə sıx əlaqələri ABŞ-ın xarici siyasətinin şəxsi mənfəət üçün istifadə edildiyini təsdiqləyir. Eyni zamanda, elə Dövlət Departamentinin məlumatlarına əsasən, beynəlxalq maliyyə yardımlarının əhəmiyyətli bir hissəsi Bayden ailəsi ilə əlaqəli strukturlara yönləndirilmişdi.

Bir sözlə, faktlar, sübutlar və çoxsaylı qalmaqallar göstərir ki, Co Bayden Ağ Evi mütəşəkkil cinayətkar dəstənin fəaliyyət mərkəzinə çevirmişdi. Prezident səlahiyyətlərindən istifadə edərək, o, ABŞ xalqının maraqlarını deyil, ailəsini qoruyurdu.

Bayden təkcə ədalətə olan inamı məhv etmədi, həm də ABŞ-ın dünya səhnəsindəki nüfuzunu şübhə altına aldı.

Amerika xalqı korrupsiyanın girovuna çevrilib, burada ən yüksək hakimiyyət dövlətə deyil, ailə maraqlarına xidmət edir. ABŞ, demokratik dövlət olaraq, Baydenlər ədalətdən kənarda qaldıqca öz qanuniliyini itirmək riski ilə üzləşir.

Elçin Alıoğlu Son.az

"Ağdamı vətən saymaqla səhv etmişəm" like
  • 21 Yan 17:56  
Digərləri "Ağdamı vətən saymaqla səhv etmişəm"

"Artsax deyil, Qarabağ demək daha düzgündür"

arrow Ətraflı
Əli Əsədov Türkiyənin Vitseprezidentinə başsağlığı verib like
  • 21 Yan 17:48  
Siyasət Əli Əsədov Türkiyənin Vitseprezidentinə başsağlığı verib

Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 21-də Türkiyənin Vitse-pre

arrow Ətraflı
İmişlidə qəzada xəsarət alan məktəblinin son vəziyyəti like
  • 21 Yan 17:43  
Digərləri İmişlidə qəzada xəsarət alan məktəblinin son vəziyyəti

İmişli rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan məkt�

arrow Ətraflı
Rəqsanənin oğlu ilə VİDEOsu müzakirələr yaratdı like
  • 21 Yan 17:36  
Şou-biznes Rəqsanənin oğlu ilə VİDEOsu müzakirələr yaratdı

Müğənni Rəqsanənin sosial mediada oğlu ilə birlikdə videosu ilə diqqət

arrow Ətraflı
İlham Əliyev Ərdoğana başsağlığı verib like
  • 21 Yan 17:35  
Siyasət İlham Əliyev Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdo�

arrow Ətraflı
Hamilə qadınlar bunları yesin like
  • 21 Yan 17:31  
Digərləri Hamilə qadınlar bunları yesin

Hamilə olduğunuz zaman körpənizin sağlam inkişafı sizin qəbul etdiyiniz

arrow Ətraflı
Mahsun Kırmızıgül yanan oteldən danışdı: "Ölümdirim mübarizəsi gedirdi..."  FOTO like
  • 21 Yan 17:23  
Şou-biznes Mahsun Kırmızıgül yanan oteldən danışdı: "Ölümdirim mübarizəsi gedirdi..." FOTO

Məşhur müğənni Mahsun Kırmızıgül Kartalkayada baş verən yanğının �

arrow Ətraflı
Baş nazir məktəblərlə bağlı vacib qərar imzaladı like
  • 21 Yan 17:15  
Digərləri Baş nazir məktəblərlə bağlı vacib qərar imzaladı

"Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları"nda də

arrow Ətraflı
Nəzrinin ölümünə görə həkim Sənan Mehdiyev saxlanıldı  FOTO like
  • 21 Yan 17:08  
Kriminal Nəzrinin ölümünə görə həkim Sənan Mehdiyev saxlanıldı FOTO

Bakıda burun əməliyyatı zamanı vəfat edən Nəzrin Mansurlunun ölüm fak

arrow Ətraflı
Baş həkim İŞDƏN ÇIXARILDI like
  • 21 Yan 16:59  
Digərləri Baş həkim İŞDƏN ÇIXARILDI

Zaqatala xəstəxanasının baş həkimi işdən çıxarılıb. 

arrow Ətraflı
“Qiyamət qopacaq”  İranla müharibə qərarı verildi like
  • 21 Yan 16:52  
Dünya “Qiyamət qopacaq” İranla müharibə qərarı verildi

Donald Trampın yenidən ABŞ prezidenti kimi Ağ Evə qayıtması ilə İran v�

arrow Ətraflı
"İflic ola və ölə bilərdim"  VİDEO like
  • 21 Yan 16:45  
Şou-biznes "İflic ola və ölə bilərdim" VİDEO

Xəbər verdiyimiz kimi, aparıcı Zaur Nəbioğlunun efir zamanı halı pislə�

arrow Ətraflı
İlham Əliyev Davosda İraq Kürdüstan regionunun Baş naziri ilə görüşüb  FOTO like
  • 21 Yan 16:42  
Siyasət İlham Əliyev Davosda İraq Kürdüstan regionunun Baş naziri ilə görüşüb FOTO

Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yan

arrow Ətraflı
Trilyonluq FOTO  Dünyanın ən zənginləri orada idi like
  • 21 Yan 16:37  
Dünya Trilyonluq FOTO Dünyanın ən zənginləri orada idi

ABŞ-nin 47-ci Prezidenti Donald Trampın inauqurasiyasında milyarderlər də i

arrow Ətraflı
Bloger cütlüyün reklam etdiyi şirkətdə like
  • 21 Yan 16:29  
Şou-biznes Bloger cütlüyün reklam etdiyi şirkətdə

Bir müddət öncə evində ölü tapılan iş adamı Ali Akşunun şirkəti &qu

arrow Ətraflı