Hamilə qadınlar bunları yesin
Digərləri 21 Yan 2025 17:31:00 58 0
Hamilə olduğunuz zaman körpənizin sağlam inkişafı sizin qəbul etdiyiniz qidalardan asılıdır. Düzgün qidalanma normal bir hamiləliyin və dölün tam inkişafını təmin edir.
Bu xəbəri də oxu: Bülbül prospektində yanğın olub
Son.az hamiləlik zamanı qəbul edəcəyiniz məsləhətli qidaları sizə təqdim edir.
Süd məhsulları
Süd, qatıq, kəsmik və pendirin tərkibində olan kalsium körpənin sümüklərinin və dişlərinin formalaşması üçün mütləqdir.
Paxlalı bitkilər
Zülal və karbohidrat tərkibli olan noxud, lobya, mərci və soyadan istifadə etmək ana və uşağın sağlamlığı üçün vacibdir.
Qramafonçiçək batat (Şirin kartof)
Hamiləlik zamanı A vitamini qəbul etmək lazımdır. Lakin bunu heyvan mənşəli məhsullardan almaq məsləhət deyil. Şirin kartofda kalsium, C və A vitaminləri və beta karotinlə bol olduğu üçün istifadəsi önəmlidir.
Balıq
Balıq hüceyrə funksiyası, beyin və göz inkişafı üçün əhəmiyyətli olan omeqa-3 yağ turşusunun əsas mənbəyidir. Həftədə iki dəfə D vitamini ilə zəngin olan somon balığı yemək tövsiyə olunur.
Yumurta
Gün ərzində bir ədəd yumurta yedikdə lazım olan protein, dəmir və B12 vitaminini qəbul etmiş olursunuz.
Yarpaqlı tərəvəzlər
C, A, K vitaminləri ilə zəngin brokoli, kahı, ispanaq, kələm və s. yarpaqlı tərəvəzlər hamilə qadınlar üçün təhlükə yaradan qəbizliyin də qarşısını alır.
Ət
Zülal körpənin orqanizmi üçün xeyirlidir. Heyvan mənşəli zülallar daha faydalı hesab olunur. Mal əti, qaraciyər və toyuqdan hazırlanan yeməklər zülal ilə yanaşı dəmir ehtiyatını da təmin edir.
Çiyələk
Karbohidrat, dəmir və C vitamini qəbul etməyin ləzzətli yolu çiyələk yeməkdir.
Avokado
Avokado bol lif, fol turşusu, B6 və C vitaminləri ilə zəngindir. Lifli quruluşu sayəsində qəbzliyin qarşısını alır, ürək bulanmasını kəsir, körpənin beyin və sinir sisteminin inkişafına müsbət təsir edir.
Manqo
Manqo hamiləlik boyu yeyilə biləcək ən faydalı meyvələr sırasındadır. Bu meyvə A, C vitamini və kalium cəhətdən zəngindir. Manqonu salatlarınıza və ya şirniyyatlarınıza da əlavə edə bilərsiniz.
Günəbaxan tumu
Günəbaxan tumu sadəcə omega-3 və omega-6 yağlı turşuların mənbələri deyil, həmçinin, magnezium, A,B,D,E və K vitaminləri, kalsium, dəmir, kalium və sink ilə boldur. Bu da hamilələr üçün möhtəşəm seçimdir.
Çərəz və quru meyvələr
Hamiləlikdə qoz, fındıq, fıstıq, badam və quru meyvələr yemək lazımdır. Quru meyvələr sizin və körpənizin sağlamlığı üçün çox vacib olan yağlara sahibdir. Qoz-fındıq maqnezium, mis, kalium, kalsium və vitamin E tərkiblidir. Bu vitaminlər körpənizin beyninin inkişafına müsbət təsir edir.
Su
Sistitin və qəbizliyin qarşısını almaq üçün su içmək mütləqdir. Gün ərzində iki litrə yaxın sudan istifadə etmək məsləhətdir. Kifayət qədər su içmədikdə, uşaq qarnınızda susuz qala bilər.
Qeyd edək ki, həddindən artıq yemək qadağandır. Yeməkdən sui-istifadə yalnız çəki artımı ilə yanaşı dölün obezliyinə də səbəb ola bilər. /Axşam.az
Məşhur müğənni Mahsun Kırmızıgül Kartalkayada baş verən yanğının �
"Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları"nda də
Bakıda burun əməliyyatı zamanı vəfat edən Nəzrin Mansurlunun ölüm fak
Donald Trampın yenidən ABŞ prezidenti kimi Ağ Evə qayıtması ilə İran v�
Xəbər verdiyimiz kimi, aparıcı Zaur Nəbioğlunun efir zamanı halı pislə�
Son.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yan
ABŞ-nin 47-ci Prezidenti Donald Trampın inauqurasiyasında milyarderlər də i
Bir müddət öncə evində ölü tapılan iş adamı Ali Akşunun şirkəti &qu
Yanvarın 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərli
Əlilliyi olan şəxslər üçün yeni güzəştlər müəyyənləşir.
Azərbaycan Ordusunun hərbi qulluqçusu Nurlan Şahyəddin oğlu Namazov vəfat
2025-ci ildə Həcc ziyarətinin qiymətləri bahalaşıb.
Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesi