Sabiq hakim məhkəmə zalında HƏBS EDİLDİ
Digərləri 22 Yan 2025 20:02:00 93 0
Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Əhmədov Elsun Məzahir oğlunun barəsində olan cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Bu xəbəri də oxu: Ermənistanda hərbi maşın qəzaya düşdü: yaralılar var
Son.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, sabiq hakim 5 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb.
İbtidai istintaqla Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.
İş üzrə toplanmış ilkin sübutlar əsasında Əhmədov Elsun Məzahir oğlu şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatl əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Slovakiyanın baş naziri Robert Fitso, ölkədə hakimiyyəti devirməyi planla
nu keçənlər sürücülük vəsiqələrini əllərində saxlayırlar: praktiki
Türkiyədə 16 yaşlı oğlan babasına məxsus sərnişin avtobusunu qaçırd
Bakı-Qazax yolunda yol nəqliyyat hadisəsi baş verib.
Kosmik səyahətlərin gələcəyinə dair mühüm açıqlamalar verilib.
Texnologiyanın ayrılmaz hissəsi olan Wi-Fi, gün ərzində həyatımızı asa
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda
Yanvarın 23-də Milli Məclisin 4 komitəsinin iclası keçiriləcək.
Vergi güzəşti almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek
22 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naz
"Avroviziya" təşkilatçıları İsveçrənin Bazel şəhərində ke�
Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan "Məzunların mə
Azərbaycan rəqəmsal keçidin iqtisadi artımın əsas aparıcı qüvvəsi old