Dünya İqtisadi Forumu Azərbaycanın nailiyyətlərindən danışıb
Digərləri 22 Yan 2025 18:27:00 64 0
Azərbaycan rəqəmsal keçidin iqtisadi artımın əsas aparıcı qüvvəsi olduğu, sürətlə dəyişən qlobal landşaftda öz rəqabətədavamlı yerini tutmağa can atır.
Bu xəbəri də oxu: Azərbaycanda ov etmək istəyənlərin nəzərinə
Trend xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun "Impact Report: Centre for the Fourth Industrial Revolution Network 2023-2024" adlı hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Digital FDI layihəsi məqsədlərin müəyyənləşdirildiyi və konkret strategiyaların təsbit olunduğu silsiləvi strateji görüşlərdən başlayıb.
"Təşəbbüs çərçivəsində artıq Azərbaycan rəqəmsal iqtisadiyyatında çalışan yerli və xarici şirkətlərlə soğrular və müsahibələr aparılıb. Toplanmış məlumatlar təhlil olunub və 4 dekabr 2023-cü ildə seminarda təqdim olunub. Digital FDİ təşəbbüsü artıq Azərbaycanda innovasiya mədəniyyəti və sahibkarlığın inkişafına dəstək olmaqla əhəmiyyətli təsir göstərməyə başlayıb. Keçirilmiş seminarlar bilik mübadiləsini və strateji dəstəyi təmin edib, və beləcə yerli şirkətlərin rəqəmsal keçidin qlobal trendlərinə uyğunlaşmasına yardımçı olub. Şirkətlər və startaplar öz rəqəmsal hazırlıq səviyyələrinin qiymətləndirilməsi və təkmilləşməli olan sahələrin müəyyən edilməsi üzrə praktiki tövsiyələr əldə ediblər və bu onların investisiya baxımından cəlbediciliyini və miqyaslanma imkanlarını artırıb", - deyə hesabatda deyilir.
Qeyd olunur ki, layihənin əsas elementlərindən biri InvesTech kalkulyatorunun yaradılması olub. Sözügedən alət - rəqəmsal investisiyalar barədə dəqiq məlumatların çatdırılması hesabına investisiya qərarlarının qəbul olunmasını sadələşdirmək məqsədi daşıyır.
Tverdə saxta spirtli içki və tütün satışı ilə məşğul olan mütəşə
Gözəl və sağlam saçlara sahib olmaq üçün mütəmadi baxım etmək lazım
Vətəndaşlardan daxil olan müraciətlər əsasında saxlanılan "Dunyani
Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər
"WhatsApp"da statuslar hekayələr şəklində olacaq, lakin funksiya
Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə
Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirl�
2025-ci il üzrə neftin qiyməti üzrə proqnoz açıqlanıb.
Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam
Yanvarın 22-də Davosda Azərbaycan Respublikası ilə Avropa Yenidənqurma və
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda
22 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naz
2 saylı Dəmiryol Poliklinikasının sabiq baş həkimi, fəxri dəmiryolçu, t
Füzuli rayonunda ictimaiyyətin, rayon ağsaqqallarının, din xadimlərinin, z