Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib FOTO
Siyasət 23 Yan 2025 19:54:00 50 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyeva yanvarın 23-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "İnnovasiya və əməkdaşlıq vasitəsilə dayanıqlılığın sürətləndirilməsi" mövzusunda tədbirdə iştirak ediblər.
Bu xəbəri də oxu: AzərbaycanPakistan hərbi əməkdaşlığı müzakirə olunub, təlimat imzalanıb
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Leyla Əliyeva regiondakı ekoloji problemlərə toxunub, xüsusilə Xəzər dənizində ekoloji vəziyyətin təcili diqqətə ehtiyacı olduğunu bildirib. Qeyd edib ki, son 10 ildə Xəzər dənizinin səviyyəsinin kəskin azalması müşahidə olunur. O, Xəzərin dünyanın ən böyük gölü olduğunu və dünya göllərinin ümumi su ehtiyatlarının 40 faizindən çoxunu təşkil etdiyini vurğulayaraq, onun nadir ekosistemi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Xəzər dənizində müşahidə olunan problemlərin bir sıra canlıların, o cümlədən Xəzər suitisi, nərə və qızılbalıq kimi qiymətli balıq növlərinin populyasiyasına mənfi təsir etdiyini bildirib. Xüsusilə Xəzər suitilərinin sayının əhəmiyyətli dərəcədə azaldığını qeyd edib və bu növün qorunmasının vacibliyini vurğulayıb.
Həmçinin Xəzər dənizində müşahidə olunan kompleks problemlərin elmi şəkildə öyrənilməsi, monitorinqi və onların mümkün həlli yollarına dair təkliflərin irəli sürülməsi məqsədilə IDEA tərəfindən COP29-da təqdim olunan Xəzər Dənizi Tədqiqat Mərkəzinin yaradıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Mərkəzin regional əməkdaşlığı gücləndirməyə və Xəzər dənizinin gələcək davamlılığını təmin etməyə töhfə verəcəyi qeyd olunub.
Çıxışının yekununda Leyla Əliyeva Xəzər dənizinin nadir ekoloji sisteminin qorunması naminə davamlı monitorinq və təhlillərin aparılmasının, elmi tədqiqatların dəstəklənməsinin vacibliyini vurğulayaraq, beynəlxalq ekspertləri, tədqiqat mərkəzlərinin nümayəndələrini və digər maraqlı tərəfləri bu istiqamətdə birgə layihə və təşəbbüslərlə çıxış etməyə, əməkdaşlıq qurmağa çağırıb.
Qeyd edək ki, dövrün ən aktual problemlərinə innovativ həll yollarını araşdırmaq üçün uzaqgörən liderləri, innovatorları və maraqlı tərəfləri bir araya gətirən tədbirdə müxtəlif ölkələrdən müvafiq sahədə fəaliyyət göstərən təşkilatların yüksəksəviyyəli nümayəndələri çıxış ediblər.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün hüq
Bir çoxları deyir ki, ziyanlı olan bir şey həm də haramdır. Buna görə d
Ağdam rayonunun Xıdırlı kəndində bərpa və yenidənqurma işləri sürət
Şamaxıya yağan güclü qar nəticəsində dağlıq kəndlərə gedən avtomob
Əməkdar artist Nazir Rüstəmov oğlunun vəfat etməsinin səbəblərini aç�
"Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nda dəyişik
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Şuşa Ş
Prezident İlham Əliyev "Dövlət büdcəsindən ayrılmış vəsait hesab
Azərbaycanın mülki qanunvericiliyi kirayə münasibətlərini tənzimləyər�
Kənd Təsərrüfatı Nazirliyi Aparatı və dövlət aqrar inkişaf mərkəzlə
Ötən ilin avqust ayında Biləsuvar rayon Məhkəməsinə boşanmaq üçün m�
Müğənni Ramal İsrafilov atası Yaqub İsrafilovun vəfatından danışıb.
2025-ci ildə bürclər diqqət etmədikləri, lakin həyatlarına ciddi təsir
Lavrov-Mirzoyan danışıqları üç saat davam edib.
Dövlətə xəyanətdə ittiham olunan Xəzər Dəniz Neft Donanmasının gəmi