Prezident bəzi fərmanlarda dəyişiklik etdi
Siyasət 23 Yan 2025 19:08:00 59 0
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında" 2021-ci il 22 iyun tarixli 1375 nömrəli, "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2022-ci il 21 iyul tarixli 1756 nömrəli, "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2022-ci il 21 iyul tarixli 1757 nömrəli, "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2023-cü il 26 may tarixli 2151 nömrəli, "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2024-cü il 1 aprel tarixli 25 nömrəli və "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında" 2024-cü il 10 iyul tarixli 134 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Bu xəbəri də oxu: AzərbaycanPakistan hərbi əməkdaşlığı müzakirə olunub, təlimat imzalanıb
Trend xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 590 (Cild I); 2024, № 4, maddə 373) ilə təsdiq edilmiş "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"nə aşağıdakı məzmunda 3.1.16-1 - 3.1.16-3-cü və 4.7.7-1-ci yarımbəndlər əlavə edilsin:
"3.1.16-1. idarə etdiyi çoxmənzilli binaları isti su və istiliklə təchiz etmək, həmin binaların istilik enerjisinə tələbatının ödənilməsini təmin etmək;
3.1.16-2. tikintisini təşkil etdiyi çoxmənzilli binaların idarə edilməsi, ümumi əmlakının (o cümlədən liftlərin) saxlanılması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqq daxil olmaqla, yaşayış sahəsinin saxlanılmasına və təmirinə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almaq;
3.1.16-3. müvafiq ərazidə müqavilə əsasında isti su və istilik təchizatı xidmətləri göstərmək və bu xidmətlərə görə müqavilə ilə müəyyən edilmiş məbləğdə haqq almaq (o cümlədən bu Nizamnamənin 3.1.16-1-ci yarımbəndində göstərilən hallarda);";
"4.7.7-1. bu Nizamnamənin 3.1.16-2-ci və 3.1.16-3-cü yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;".
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 745 (Cild I); 2024, № 4, maddə 373) ilə təsdiq edilmiş "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərə "haqq" sözündən əvvəl "müqavilə ilə müəyyən edilmiş məbləğdə" sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:
"4.7.7-1. bu Nizamnamənin 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;".
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1757 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 746 (Cild I); 2024, № 4, maddə 373) ilə təsdiq edilmiş "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərə "haqq" sözündən əvvəl "müqavilə ilə müəyyən edilmiş məbləğdə" sözləri əlavə edilsin;
3.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:
"4.7.7-1. bu Nizamnamənin 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;".
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 2151 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 655 (Cild I); 2024, № 4, maddə 343, № 7, maddə 794) ilə təsdiq edilmiş "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
4.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərə "haqq" sözündən əvvəl "müqavilə ilə müəyyən edilmiş məbləğdə" sözləri əlavə edilsin;
4.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:
"4.7.7-1. bu Nizamnamənin 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;".
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 4, maddə 372) ilə təsdiq edilmiş "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
5.1. 3.1.6-cı və 3.1.12-ci yarımbəndlərə "haqq" sözündən əvvəl "müqavilə ilə müəyyən edilmiş məbləğdə" sözləri əlavə edilsin;
5.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:
"4.7.7-1. bu Nizamnamənin 3.1.6-cı və 3.1.12-ci yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;".
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 134 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 793) ilə təsdiq edilmiş "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərə "haqq" sözündən əvvəl "müqavilə ilə müəyyən edilmiş məbləğdə" sözləri əlavə edilsin;
6.2. aşağıdakı məzmunda 4.7.7-1-ci yarımbənd əlavə edilsin:
"4.7.7-1. bu Nizamnamənin 3.1.5-ci və 3.1.11-ci yarımbəndlərində göstərilən müqavilələr üzrə haqların məbləğlərini təsdiq etmək;".
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Prezident İlham Əliyev "Dövlət büdcəsindən ayrılmış vəsait hesab
Azərbaycanın mülki qanunvericiliyi kirayə münasibətlərini tənzimləyər�
Kənd Təsərrüfatı Nazirliyi Aparatı və dövlət aqrar inkişaf mərkəzlə
Ötən ilin avqust ayında Biləsuvar rayon Məhkəməsinə boşanmaq üçün m�
Müğənni Ramal İsrafilov atası Yaqub İsrafilovun vəfatından danışıb.
2025-ci ildə bürclər diqqət etmədikləri, lakin həyatlarına ciddi təsir
Lavrov-Mirzoyan danışıqları üç saat davam edib.
Dövlətə xəyanətdə ittiham olunan Xəzər Dəniz Neft Donanmasının gəmi
Türkiyənin Elazığ vilayətində mədəndə partlayış baş verib.
"Mən sevmirəm axı. Sevmək ayrı bir şeydir, müvəqqətidir. Sinifdə
Dünyanın hər yerindən olan istifadəçilər "ChatGPT" saytının i
Azərbaycan Mərkəzi Bankı (AMB) üç kredit ittifaqına icrası məcburi gös
Narkotiklərin satışında ittiham edilən tiktoker Zeynəb Ən-Nəimi yə hök
Xalq artisti Ağadadaş Ağayevə qarşı xuliqanlıqda ittiham olunan "Med