Hacı Zeynalabdin Tağıyevin doğum günüdür FOTO
Digərləri 25 Yan 2025 12:32:00 105 0
Bu gün maarifpərvər və ictimai xadim, hər kəsin böyük xeyriyyəçi kimi tanıdığı Hacı Zeynalabdin Tağıyevin doğum günüdür.
Bu xəbəri də oxu: "Opel" 100 min avtomobili geri çağırır
Son.az xatırladır ki, ağır həyat yolu keçən Hacı Zeynalabdin Tağıyev 1823-cü il yanvarın 25-də Bakıda anadan olub. Xeyriyyəçinin anası Ümmü xanım hələ Hacı Zeynalabdin Tağıyev uşaq olarkən dünyasını dəyişib. Anasını itirəndə 10 yaşı olan Zeynalabdini atası peşə öyrənsin deyə bir bənnanın yanına usta köməkçisi olaraq göndərib. 15 yaşı tamam olanda Zeynalabdin bənnalıq etməyə başlayıb.
O, bir müddət sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayıb, müəyyən qədər vəsait toplayaraq artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edib. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edib. Tikdirdiyi binalarda, şəxsən açdırdığı qızlar gimnaziyasının binasında da onun dəst-xəti hiss edilib.
Bir müddət sonra Zeynalabdin özünü ticarət sahəsində və yüngül sənayedə də sınamaq qərarına gəlib. Hər iki sahədə də qabiliyyəti, fərasəti ilə uğur qazanıb, dükanlara və manufakturaya sahib olub. O, həm də Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan birinə çevrilib.
1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu olub. Kerosin zavodu ilə yanaşı, o sonradan "Hacı Zeynalabdin" şirkətini yaradıb. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilib. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb və burada neft buruqları ucaldılıb. Bu, Hacını da maraqlandırıb və o, podratçılığı buraxaraq neft işinə başlayıb.
Götürdüyü torpaqdan neft fəvvarə vuran Hacı "H.Z.Tağıyev" adlandırdığı neft şirkətini qeydiyyata aldıraraq mədənində ustalara yüksək maaş verib və ən yeni avadanlıq quraşdırıb.
Nəticədə onun gəlirləri sürətlə artmağa başlayıb. Bundan sonra o, neft zavodları alıb. Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min rubl vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirib. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Tağıyevin ikinci həyat yoldaşı Sona xanımın təklif etdiyi göstərilir.
Bu, bütün Qafqazda yeganə qızlar məktəbi olub. Binanı 1898-ci ildə tikməyə başlayıblar. 1900-cü ildə hazır olub. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.
Qəzzada 470 gün davam edən müharibə bir çox yerləri yeksan edib.
Vladimir Putin ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiy
Moskvanın Lyublino rayonunda naməlum şəxs hər gecə həyətlərdən birind�
"Bu yaxınlarda belə bir hadisə oldu, deməli, bir xanımla eyni masada o
Türkiyənin Konya vilayətinin Səlcuqlu rayonunda yaşayış binasının uçma
Davos İqtisadi Forumunda Ermənistanın baş naziri Nikol Paşinyan bir daha d�
Xəbər verdiyimiz kimi, Türkiyənin Konya vilayətində dünən axşam saatla
İranda iki gənc qız həlak olmuş SEPAH əsgərlərinin xatirəsinə ucaldıl
Yaxın günlərdə xəbər verdiyimiz kimi, İraqda doqquz yaşlı qızlarla n
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu qalmaqallı açıqlama verib.
Rumıniyada yaşayan və 5 gündür xəbər alınmayan Adriana Neaqoe adlı qad�
Yanvarın 24-də ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması po
Bu günlərdə Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri, ictimai f
"Həyat Davam edir" serialı ilə məşhurlaşan türkiyəli aktrisa M