Bakıda məşhur klinka bağlandı
Digərləri 24 Yan 2025 11:07:00 68 0
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri tərəfindən 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küç., məhəlllə 507-511 ünvanda yerləşən "Laser Beauty Estetik Klinikası" MMC-yə məxsus özəl tibb müəssisəsində planlı yoxlamaya başlanılıb və proses 23 yanvar 2025-ci il tarixində davam etdirilib.
Bu xəbəri də oxu: Doktorantura təhsili ilə bağlı yeni təklif gələcək üçün nə vəd edir?
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Son.az-a verilən məlumata görə, yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunması, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilməsi, lisenziyada nəzərdə tutulan işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilirməsinin qanunauyğunluğu araşdırılıb.
Yoxlama nəticəsində məlum olub ki, tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilən forma və qaydalar üzrə aparılmır. Müəssisədə istifadə edilən tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlamaya natamam təqdim edilib. Dərman vasitələrinin saxlandığı soyuducularda termometr aşkar edilməyib həmçinin, "temperatur qeydiyyat vərəqəsi" də aparılmır. İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisənin "radioloji-gigiyenik pasport sənədi" yoxlamaya təqdim olunmayıb.
Bildirilib ki, müəssisəyə baxış keçirilən zaman stomatoloji otaqda sanitar-epidemioloji tələblərə dair qaydalara riayət etmədən, "cərrahi-stomatoloji", "rentgenoloji", "diş texniki" işlərinin həyata keçirilməsi üçün şəraitin yaradılması faktı aşkar edilib. Bundan əlavə, aradan qaldırılması vacib olan çoxsaylı digər nöqsanlar aşkar olunub.
Həmçinin, müəssisədə ixtisasa uyğun vəzifəyə təyin edilməməsi faktı müəyyənləşib. Bununla yanaşı, müəssisədə çoxlu sayda (30 nəfərdən çox) sertifikasiyadan keçmədən praktik özəl tibbi fəaliyyəti ilə məşğul olma faktları aşkarlanıb.
Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan WhatsApp bəzi k�
Qaraciyər yağlanmasının əsas əlamətləri bir çox hallarda nəzərə çar
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahi
Azərbaycanda ən çox şikayət olunan internet provayderlərinin siyahısı a�
Bolu Kartalkayadakı "Grand Kartal" hotelində baş verən yanğınla
Güvən ünsiyyətin əsaslandığı sütunlardan biridir - əgər yoxdursa, dos
Cərimələrdən daxil olan vəsait yol hərəkətinin nizama salınmasında ist
Ötən gün Azərbaycan ordusunun hərbi qulluqçusu Camal Hüseynovun həlak ol
Türkiyənin reytinli proqramında qeyri -adi hadisə baş verib.
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əmə
"Yuxu pozuntuları, psixoloji səbəblərdən qaynaqlanaraq bir çox insan�
Yanvarın 24-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.
Sosial şəbəkələrdə yayılan video maraq doğurub.