"Psixoloji əsaslı yuxu problemlərinin müalicəsi..." Klinik psixoloqdan AÇIQLAMA
Digərləri 24 Yan 2025 09:50:00 94 0
"Yuxu pozuntuları, psixoloji səbəblərdən qaynaqlanaraq bir çox insanın həyatını mənfi şəkildə təsir edə bilər. Psixoloji amillər, yuxu keyfiyyətinə və müddətinə əhəmiyyətli təsir göstərir".
Bunu Son.az-a açıqlamasında klinik psixoloq Zəhra Zahidova deyib.
Onun sözlərinə görə, depressiya vəziyyətində, insanlar çox zaman gecə yatmaqda çətinlik çəkir:
"Yüksək stress və narahatlıq, beynin "savaş ya da qaç" reaksiyasını aktivləşdirə bilər. Bu da bədənin rahatlanmasına və yuxuya getməsinə mane olur. İş, şəxsi həyat və digər problemlər səbəbindən yaranan narahatlıq və gərginlik, insanda yuxu pozuntuları, xüsusən də yuxusuzluq (insomniya) yarada bilər. Depressiya: Depressiya da yuxu pozuntularına səbəb ola bilər. Depressiya vəziyyətində, insanlar çox zaman gecə yatmaqda çətinlik çəkir, yuxu keyfiyyəti aşağı düşür, ya da erkən oyanma və yuxusuzluq (yəni uzun müddət yatmadan qalmaq) yaşanır. Digər tərəfdən, bəzi depressiyalı insanlar uzun müddət yuxuda qalaraq özlərini "kaşki uzaqlara qaçmış kimi" hiss edə bilərlər, bu da hipersomniya (artıq yuxu istəyinin olması) ilə nəticələnə bilər. Xüsusən də davamlı və ya yayılmış narahatlıq, yuxu problemlərinə yol açan digər psixoloji bir faktordur. İnsanlar, xüsusən gecə yatmağa başlamazdan əvvəl düşüncələrini dayandıra bilmədikləri üçün yatmaqda çətinlik çəkirlər. Bəzi anksiyete növlərində isə insanlar yuxuda qorxulu xəyallar (fobiya və ya travma ilə bağlı) görə bilərlər".
Həmsöhbətimiz deyir ki, psixoloji travmalardan sonra yaranan PTSP, yuxu pozuntularının çox geniş yayılmış bir səbəbidir. "Travma keçirmiş insanlar tez-tez yuxuda travmatik xatirələri təkrarlayırlar və bunun nəticəsində yuxu problemləri, xüsusən də yuxudan oyanmalar və kabuslar yaşana bilər. Bipolyar pozuntusu olan insanlar, maniya dövrlərində çox az yuxu yatmaqla yanaşı, depressiv dövrlərdə isə yuxuya dalmaqda çətinlik çəkə bilərlər. Manik dövrlərdə enerji artımı və aktivlik, normal yuxu ehtiyacını azaldar. OKP xəstəliyi olan insanlar, daimi düşüncə və davranış təkrarı ilə yuxu pozuntularına səbəb ola bilərlər. Onların yuxusuzluğu, zəhlətökən təkrarlanan düşüncələr və davranışlar ilə əlaqəli ola bilər. İnsanın həyatında yaşadığı emosional dəyişikliklər (məsələn, birisi ilə münasibətlərdə çətinliklər, itkilər, sevdiyi insanla ayrılıq və ya böyük həyat dəyişiklikləri) da yuxu problemlərinə yol aça bilər. Emosional gərginlik yuxunun keyfiyyətini pozaraq, gecə oyanmalara və ya çətinliklə yuxuya getməyə səbəb ola bilər. Psixoloji əsaslı yuxu problemlərinin müalicəsi, həm psixoterapiya, həm də farmakoterapiyanı (dərman müalicəsi) əhatə edə bilər. Əgər yuxu pozuntuları kökənində dərin psixoloji zədələr və ya uşaqlıq travmaları varsa, psixodinamik terapiya uzun müddətli bir yanaşma olaraq istifadə oluna bilər. Bu terapiya, bilinçaltı problemləri, daxili konfliktləri və keçmiş travmaları kəşf etməyə yönəlir.Nəticədə şəxs psixoloji terapiya (seans) alaraq uzun müddətli yuxu pozuntusundan azad ola bilər.Bəzi hallarda isə psixoloji yuxu pozuntuları dərmanla müalicə edilə bilər, amma bu üsul daha çox qısa müddətli yuxu problemleri üçün istifadə olunur. Əsasən anksiyete, depressiya və ya narahatlıq səbəbiylə yaranan yuxu problemlərinə dərmanlar təyin oluna bilər. Dərman müalicəsi və psixoloji seansın birgə aparılması nəticəsində şəxs yuxu pozuntusundan qurtula bilər", deyə Z.Zahidova qeyd edib. Kənan Son.az
Yanvarın 24-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.
Sosial şəbəkələrdə yayılan video maraq doğurub.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 bareli
Sirkə turşusu içərək zəhərlənən şəxs həyata qaytarılıb.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
"Vətəndaşlar ikinci əl telefon alarkən Rəqəmsal İnkişaf və Rabit�
Bir müddət öncə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Mə
Naxçıvan Dövlət Universiteti əməkdaşlarının aylıq vəzifə maaşı ort
Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qar�
Ukraynada münaqişənin həlli ilə bağlı razılıq əldə olunmadı, çünki
Nəsimi Rayon Polis İdarəsinə bir qrup şəxs ərizə ilə müraciət edərə
Ermənistanın AB ilə ümumi sərhədi yoxdur, lakin onun Rusiya ilə də ümum
Əmək müqaviləsi ilə işləyən hər kəsin əməkhaqqısından müəyyən q
Bakının Əmircan qəsəbəsində yerləşən və zirzəmisində cəsədlər a�
Ümumiyyətlə, uzun illər müxtəlif cəhdlərə baxmayaraq, təəssüf ki, da