Elektron imtahana keçid Test üsulu ləğv edilir?
Digərləri 24 Yan 2025 09:08:00 100 0
Bir müddət öncə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə yaxın gələcəkdə imtahanların rəqəmsal formada keçiriləcəyini bildirib. Onun sözlərinə görə, ölkədə kompüter və internet olan məktəblərin lisenziyalaşmasının aparılmasından sonra iştirakçı sayı 2 000-dək olan imtahanların bu məktəblərdə onlayn şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
Bu xəbəri də oxu: Azərbaycanda boşanmaq istəyən kişi həbs edildi
Bəs, imtahanların rəqəmsallaşdırılması prossesi nə zamandan başlayacaq və təhsilə necə təsir göstərəcək?
Son.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hələlik iştirakçı sayı olan imtahanların elektron formada kompüterlər vasitəsilə keçirilməsi nəzərdə tutulur.
"Məsələn, artıq dövlət qulluğuna qəbul imtahanları (bütün növ və qruplar üzrə) yalnız elektron formada olacaq. Bu həftə magistratura səviyyəsi üzrə sınaq imtahanı da Bakı və rayonlarda (DİM-in regional bölmələrində) kompüterlər vasitəsilə elektron qaydada təşkil olunacaq", - mərkəzdən qeyd edilib.
Trend-in suallarını cavablayarkən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, imtahanların rəqəmsallaşdırılması və elektron formada keçirilməsi təhsildə qiymətləndirmə prosesinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətli islahat kimi qiymətləndirir.
"Azərbaycanda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən atılan addımlar həm müsbət, həm də riskli tərəfləri ilə ciddi təhlil tələb edir. Elektron imtahanlar ənənəvi kağız formatlı imtahanlardan fərqli olaraq, şəffaflığı və səmərəliliyi artırmaq məqsədi daşıyır. Lakin bu prosesin həyata keçirilməsi üçün texnoloji, hüquqi və sosial aspektlərdə bir sıra dəyişikliklər və uyğunlaşmalar zəruridir.
Statistik məlumatlara əsasən, 2023-cü ildə DİM tərəfindən keçirilən qəbul imtahanlarında 100 mindən çox abituriyent iştirak edib. Bu qədər geniş miqyaslı imtahanların rəqəmsal platformaya keçirilməsi texniki baxımdan böyük bir çağırışdır. İmtahanların elektronlaşdırılması resurslardan səmərəli istifadəni təmin etməklə yanaşı, həm də nəticələrin operativliyini artırır. Lakin burada əsas məsələ regionlar arasında texnoloji bərabərsizlik və bu keçidin təhsilin keyfiyyətinə təsiridir. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 14.2-ci maddəsinə əsasən, təhsil prosesində texnologiyaların tətbiqi təhsilalanların bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi üçün təminat yaratmalıdır. Elektron imtahan sistemi bu qanunun tələblərinə uyğun olaraq obyektivliyin artırılmasında mühüm rol oynaya bilər", - deyə o vurğulayıb.
Ekspert əlavə edib ki, rəqəmsallaşmanın müsbət tərəflərindən biri şəffaflığın təmin olunmasıdır.
"Elektron sistemlər vasitəsilə imtahan sualları avtomatik təsadüfi şəkildə seçilir, cavablar isə insan müdaxiləsi olmadan qiymətləndirilir. Bu, imtahan prosesində subyektivliyə və korrupsiya riskinə son qoyur. Məsələn, hazırda elektron imtahanlar daha kiçik miqyaslı sertifikatlaşdırma proseslərində sınaqdan keçirilib və obyektivliyin təmin olunmasında müsbət nəticələr əldə edilib. Beynəlxalq təcrübədə də bu metodun effektivliyi sübut olunub. Estoniya kimi rəqəmsal idarəetmədə lider ölkələrdə artıq orta və ali təhsil səviyyəsində imtahanların böyük hissəsi rəqəmsallaşdırılıb və bu yanaşma dövlətin və təhsilalanların xərclərini əhəmiyyətli dərəcədə azaldıb.
Naxçıvan Dövlət Universiteti əməkdaşlarının aylıq vəzifə maaşı ort
Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qar�
Ukraynada münaqişənin həlli ilə bağlı razılıq əldə olunmadı, çünki
Nəsimi Rayon Polis İdarəsinə bir qrup şəxs ərizə ilə müraciət edərə
Ermənistanın AB ilə ümumi sərhədi yoxdur, lakin onun Rusiya ilə də ümum
Əmək müqaviləsi ilə işləyən hər kəsin əməkhaqqısından müəyyən q
Bakının Əmircan qəsəbəsində yerləşən və zirzəmisində cəsədlər a�
Ümumiyyətlə, uzun illər müxtəlif cəhdlərə baxmayaraq, təəssüf ki, da
Ekspertlər Bermud üçbucağında gəmilərin və təyyarələrin yoxa çıxmas
Müğənni Xatirə İslam qısa geyimlə obyektiv qarşısına keçib.
"Mənim problemim də odur ki, gəlib mənə deyirlər ki, çıxış et. İ
Bakının Nəsimi rayonunda yol qəzası zamanı qadın ağır xəsarət alıb.
07:34 Zirəddinin proqnozu ilə bağlı Publika.az Azərbaycan Milli Elmlər
İrəvanda təşkil olunmuş yarmarkada xarici turistlərə Qarabağ hələ də
Möcüzəsiz bir dünya, bir köhnə mahnı kimi, ona rəng vermək üçün ən