Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir


Digərləri 24 Yan 2025 11:41:00 98 0

Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən satınalma prosedurları keçirilmədən, habelə nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadan tətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədən bağlanılmış müqavilələr əsasında maliyyə vəsaitlərinin xərclənməsi, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Son.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının, habelə müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma prosedurları keçirilmədən baş tutması, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

"Dövlət satınalmaları haqqında" qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən həmin Qanunda müəyyən edilən maraqlar toqquşması ilə bağlı tələblərə cavab verməyən təchizatçı ilə satınalma müqaviləsi bağlanılaraq maliyyə vəsaitlərinin xərclənməsi, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nəzərdə tutulan əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

- təkrar törədildikdə;

- külli miqdarda ziyan vurduqda;

- hədə-qorxu tətbiq olunmaqla törədildikdə -

cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmə, yaxud 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan mərhum edilməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qeyd edək ki, xeyli miqdar dedikdə 50 min manatdan 250 min manatadək olan məbləğ, külli miqdar dedikdə isə 250 min manatdan yuxarı olan məbləğ başa düşülür.

Qüvvədə olan qanuna əsasən, satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərini xərcləmə və ya malların (işlərin) satın alınmasını "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq açıq tender üsulu ilə və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından (vasitəsindən) qanunsuz istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Satınalan təşkilat tərəfindən hər hansı digər satınalma metodlarından istifadə etmək üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasını ayrı-ayrı müqavilələrə bölmə, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol vermə, bu əməllər xeyli miqdarda ziyan vurduqda

cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hazırda qüvvədə olan qanuna əsasən, "xeyli miqdar" dedikdə, əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, "külli miqdar" dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür./APA

Tiktoker “Roşka” yenidən həbs edildi like
  • 24 Yan 11:37  
Digərləri Tiktoker “Roşka” yenidən həbs edildi

"Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov yenidən həbs edili

arrow Ətraflı
Türkiyədə avtobus dərəyə aşdı  Ölənlər və yaralananlar var like
  • 24 Yan 11:36  
Digərləri Türkiyədə avtobus dərəyə aşdı Ölənlər və yaralananlar var

İstanbulun Tuzla rayonunun Aydınlı məhəlləsində sərnişin mikroavtobusu

arrow Ətraflı
Təyyarə qəzası ilə bağlı ilkin nəticələr bu taixdə açıqlanacaq like
  • 24 Yan 11:26  
Digərləri Təyyarə qəzası ilə bağlı ilkin nəticələr bu taixdə açıqlanacaq

AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araş

arrow Ətraflı
Fərdi sahibkarlar nə qədər sosial haqlar ödəyəcəklər? like
  • 24 Yan 11:22  
Digərləri Fərdi sahibkarlar nə qədər sosial haqlar ödəyəcəklər?

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın ödədiyi

arrow Ətraflı
Sosial kirayə evlərlə bağlı like
  • 24 Yan 11:18  
Digərləri Sosial kirayə evlərlə bağlı

Mənzil Məcəlləsinə sosial kirayə evlərlə bağlı dəyişiklik təklif ed

arrow Ətraflı
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsinə dair prosedur müəyyənləşir like
  • 24 Yan 11:15  
Digərləri Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsinə dair prosedur müəyyənləşir

Üzərinə həbs qoyulmuş əmlakın qanunla müəyyən edilmiş hallarda və qa

arrow Ətraflı
Bakıda məşhur klinka bağlandı like
  • 24 Yan 11:07  
Digərləri Bakıda məşhur klinka bağlandı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisl�

arrow Ətraflı
Fevralın 1də fəaliyyətini dayandırır:  WhatsApp... like
  • 24 Yan 11:06  
Digərləri Fevralın 1də fəaliyyətini dayandırır: WhatsApp...

Dünyanın ən məşhur mesajlaşma proqramlarından biri olan WhatsApp bəzi k�

arrow Ətraflı
Qaraciyər yağlanmasının 5 əlaməti like
  • 24 Yan 11:02  
Digərləri Qaraciyər yağlanmasının 5 əlaməti

Qaraciyər yağlanmasının əsas əlamətləri bir çox hallarda nəzərə çar

arrow Ətraflı
Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir like
  • 24 Yan 10:58  
Siyasət Avropa İttifaqının “müşahidəçilər"inin sərhəddə aktivliyi səngimir

Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş "müşahi

arrow Ətraflı
Azərbaycanda ən çox şikayət olunan internet provayderləri like
  • 24 Yan 10:56  
Digərləri Azərbaycanda ən çox şikayət olunan internet provayderləri

Azərbaycanda ən çox şikayət olunan internet provayderlərinin siyahısı a�

arrow Ətraflı
Həmin otelin memarı da saxlanıldı like
  • 24 Yan 10:50  
Digərləri Həmin otelin memarı da saxlanıldı

Bolu Kartalkayadakı "Grand Kartal" hotelində baş verən yanğınla

arrow Ətraflı
Bu bürclər heç kimə güvənmirlər like
  • 24 Yan 10:46  
Digərləri Bu bürclər heç kimə güvənmirlər

Güvən ünsiyyətin əsaslandığı sütunlardan biridir - əgər yoxdursa, dos

arrow Ətraflı
Cərimələr bu xərclərin ödənilməsinə yönəldiləcək  Baş nazirdən QƏRAR like
  • 24 Yan 10:39  
Digərləri Cərimələr bu xərclərin ödənilməsinə yönəldiləcək Baş nazirdən QƏRAR

Cərimələrdən daxil olan vəsait yol hərəkətinin nizama salınmasında ist

arrow Ətraflı
Həlak olan əsgər yüksək balla akademiyada oxuyub like
  • 24 Yan 10:35  
Digərləri Həlak olan əsgər yüksək balla akademiyada oxuyub

Ötən gün Azərbaycan ordusunun hərbi qulluqçusu Camal Hüseynovun həlak ol

arrow Ətraflı