Bu qurumların fəaliyyətlərində nöqsanlar aşkarlandı
Digərləri 24 Yan 2025 16:11:00 77 0
Hesablama Palatası Azәrbaycan Respublikasının Qida Tәhlükәsizliyi Agentliyinin vә onun tabeli qurumlarının fәaliyyәtlәrinin qәnaәtliliyinin, sәmәrәliliyinin vә nәticәliliyinin qiymәtlәndirilmәsinə dair audit keçirib.
Bu xəbəri də oxu: İtkin düşən balıqçıları İrana aparıblar? AÇIQLAMA
Bu barədə Son.az-a Palatadan bildirilib.
Qeyd edilib ki, 01.05.2024-cü il tarixә ölkәnin 18 dövlәt sәrhәdindәn buraxılış mәntәqәlәrindәn yalnız Qazax rayonundakı "Qırmızı Körpü" dövlәt sәrhәdindәn buraxılış mәntәqәsindә nәzarәt-keçid mәntәqәsinin tikilmәsi şәraitindә, qida mәhsullarının idxalı zamanı qida tәhlükәsizliyinin tәmin edilmәsi istiqamәtindә görülәn tәdbirlәrin operativliyinin tәmin edilmәsi baxımından nәzarәt buraxılış mәntәqәlәrinin әhәmiyyәti nәzәrә alınmaqla, sәrhәd keçid mәntәqәlәrinin әksәriyyәtindә belә nәzarәt-keçid mәntәqәlәrinin olmaması qeyd edilәn istiqamәtlәrdә fәaliyyәtlәrin güclәndirilmәsinin zәruriliyini göstәrib.
Dövlәt Proqramının tәlәbinә uyğun olaraq Agentlik tәrәfindәn "Azәrbaycan Respublikasının Qida Tәhlükәsizliyi Agentliyi üzrә böhran vәziyyәtlәrinin kommunikasiya Planı" hazırlansa da, kommunikasiya planın tәsdiq olunmasından sonra böhran vәziyyәtlәrinin baş vermәmәsi şәraitindә simulyasiya tәlimlәrinin dә keçirilmәmәsi hәmin planın effektivliyinin qiymәtlәndirilmәsinә şәrait yaradıb.
Bildirilib ki, "Qida vә yem mәhsullarına sağlamlıq sertifikatlarının verilmәsi Qaydası vә forması" tәsdiq edilsә dә, elektron sertifikat verilmәsi üzrә Agentlik tәrәfindәn müәyyәn edilmiş hәdәflәrә nail olunmaması qeyd olunan istiqamәtlәrdә fәaliyyәtin güclәndirilmәsinin zәruriliyini göstәrib.
***
Hesablama Palatası Azәrbaycan Dövlәt Bәdәn Tәrbiyәsi vә İdman Akademiyası tərəfindən 2022-2023-cü illәrdә, elәcә dә 2024-cü ilin birinci rübündә dövlәt vәsaitinin vә digәr dövlәt әmlakının idarә olunmasının hüquqi aktların tәlәblәrinә uyğunluğunun qiymәtlәndirilmәsi məqsədilə audit aparıb.
Bu barədə Son.az-a Palatadan bildirilib.
Auditin әhatә etdiyi tәdris illәrindә ştat cәdvәli üzrә kadrların sayı 122,5 vahid vә ya 21,9% artmış, artım inzibati heyәt üzrә tәmin olunmuş, Akademiya tәrәfindәn әmәyin ödәnilmәsinә 2022-2023-cü illәrdә vә 2024-cü ilin ilk rübündә müvafiq olaraq 9688,9 min manat, 11515,4 min manat vә 3313,5 min manat vәsait icra edilmişdir. Әmәyin ödәnilmәsi prosesindә bir sıra nöqsanlara yol verilmiş, nöqsanlar mükafatların vә mәzuniyyәt mәblәğlәrinin düzgün hesablanılmaması, elәcә dә, әmәk fәaliyyәti sona çatdırılmış әmәkdaşlara vәsaitin ödәnilmәsi ilә bağlı olunub. Qeyd edәk ki, bu nöqsanlar nәticәsindә artıq vә düzgün olmayaraq ödәnilmiş vәsaitin mәblәği әmәyin ödәnişi ilә bağlı xәrclәnmiş mәblәğin icra vәziyyәtinә әhәmiyyәtli tәsir göstәrmәyib.
Akademiya tәrәfindәn xәrclәr smetasının tәrtibi zamanı xarici ölkәlәrdәn dәvәt edilmiş әmәkdaşlara vәsaitin ödәnilmәsi düzgün olmayaraq "Xarici ezamiyyәtlәr" maddәsindә nәzәrdә tutulmaqla icra edilmiş, toplanmış audit sübutları ilә müәyyәn olunmuşdur ki, 2022-2023-cü illәrdә smetada "Xarici ezamiyyәtlәr" kimi tәsniflәşdirilmiş vәsaitin Akademiyanın xarici ölkәlәrә ezam olunmasına yönәldilmiş hissәsi tәxminәn 22,0%-23,0% tәşkil edib.
Ezamiyyәlәr üzrә xәrclәrin icrası prosesindә әksәr hallarda hesabatlar mühasibatlığa tәqdim olunmamış, normaların düzgün tәtbiq edilmәmәsi sәbәbindәn 1,6 min manat ezamiyyә haqqı artıq hesablanaraq ödәnilib.
Dövlәt sifarişi ilә tәhsilin maliyyәlәşdirilmәsini tәnzimlәyәn hüquqi aktların tәlәblәrinә әmәl olunmaması ayrılmış mәqsәdli vәsaitlәrin istifadә olunmayan hissәsinin geri qaytarılmaması ilә nәticәlәnib.
***
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsi
Uşaqlarda boyun qısa olması təkcə genetik və ya yanlış qidalanma ilə ba
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Ermitaj" muzeyi
"Kiçik banketlərə yüksək qonorar verəndə belə getmirəm. Düz gəlm
Mədəniyyət Nazirliyi Əmircan qəsəbəsində yerləşən Nizaməddin məscid
Ötən il İnterpol vasitəsilə axtarışa verilən 118 şəxsin yeri müəyyə
Sabunçu rayonunda yerləşən OBA-8 mağazasında baş verən olayla bağlı
Daxili İşlər Nazirliyində 2024-cü ildə cinayətkarlığa qarşı mübariz�
Əməkdar artist Zaur Əmiraslanovun idarə etdiyi nəqliyyat vasitəsi marağa
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Maliyyə bazarla
Ötən il ağır və xüsusilə ağır cinayətlər törətmiş 3 min 271 nəfə
Moskva vilayətinin Sergiyev Posad şəhərinə Ukrayna tərəfindən pilotsuz u
"YouTube Premium" abunəçiləri üçün yeni funksiyalar istifadəyə
İnnovasiya və sürət lideri "Bakcell" inklüzivliyə dəstək strat