“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Digərləri 24 Yan 2025 14:50:00 67 0
İnnovasiya və sürət lideri "Bakcell" inklüzivliyə dəstək strategiyası çərçivəsində "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan "Kaşalata" kafedə "İnnovasiyalarla Müxtəlifliyə Doğru" adlı tədbir təşkil edib. Tədbirin məqsədi "Bakcell" ilə "Birgə və Sağlam" İctimai Birliyi arasındakı tərəfdaşlığın qeyd olunması və kafedə çalışan gənclərlə görüş olub.
Bu xəbəri də oxu: KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb
Tədbir çərçivəsində "Bakcell"in baş icraçı direktoru Klaus Müller, Korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova, "Birgə və Sağlam" İB-nin sədri Aytən Eynalova, İB-in Valideyn Məşvərət Şurasının sədri Natəvan Məmmədova və millət vəkili Nigar Arpadarai çıxış ediblər. Tədbirə diplomatik nümayəndəliklərdən, qeyri-hökumət təşkilatlarından (QHT) və media sektorundan olan nümayəndələr də qatılıb və ümumilikdə 40-a yaxın qonaq iştirak edib.
"Bakcell"in baş icraçı direktoru Klaus Müller çıxışında bu təşəbbüsün innovasiya və inklüzivlik baxımından şirkət üçün əhəmiyyətli olduğunu vurğulayıb: "İnnovasiya yalnız texnologiyalarla deyil, həm də cəmiyyətimizin hər bir üzvünə yeni fürsətlər yaratmaqla bağlıdır. "Kaşalata" kimi layihələr neyro-müxtəlifliyi olan gənclərin potensialını ortaya çıxararaq onların cəmiyyətə bərabərhüquqlu inteqrasiyasına və parlaq gələcəyinə zəmin yaradır. "Bakcell" olaraq innovativ həllərlə dayanıqlı və inklüziv cəmiyyətin qurulmasında töhvə verməkdən qürur duyuruq və gələcəkdə də bu kimi təşəbbüsləri dəstəkləməyə davam edəcəyik".
"Birgə və Sağlam" İctimai Birliyinin məqsədi neyro-müxtəlifliyi olan şəxslərin və onların ailələrinin sosial rifahını dəstəkləməkdir. Bu məqsədlə autizmli şəxslərin cəmiyyətə inteqrasiyasını, inklüziv təhsili və məşğulluq imkanlarının artırılmasını hədəfləyən tədbirlər həyata keçirilir. Hazırda Birliyin nəzdində 2 Autizm Mərkəzi fəaliyyət göstərir. "Birgə və Sağlam" İctimai Birliyinin təşəbbüsü ilə təsis edilmiş "Kaşalata" kafe xüsusi qayğıya ehtiyacı olan gənclərin məşğulluğunu dəstəkləyən mühüm bir sosial layihədir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" üç milyondan çox müştərini yüksək innovativ, keyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Sumqayıt şəhər pr
Ayşe Barım Gəzi Parkı hadisələrində iştirak etdiyinə dair yazılı və
Müğənni Aysun İsmayılova ayrılıq xəbərləri ilə bağlı növbəti dəf
Putin 'beynəlxalq zəng'i qəbul etmək üçün efirdəki görüşü t�
Bu gün mətbəxdə ümumi səhv limonların səhv saxlanmasıdır.
"Premium Bank" ASC-də filial müdiri işləmiş Nəzakət Məmmədxan
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin şəhərətrafı qatarları 29 y
69-cu "Avroviziya" Mahnı Müsabiqəsinin aparıcıları müəyyən ed
"Əgər Tramp administrasiyası səhvlər edildiyini etiraf edib, Ukraynada
Balakən şəhər sakini Ülkər Qurbanova mobil operator nümayəndəsi kimi t�
Prezident Donald Trampın Palm-Biçdəki Mar-a-Laqodaki malikanəsinə girməyə
Təəssüf ki, insan həyatı sonsuz deyil. Gec-tez hər bir canlı insan ölən
Beynəlxalq səhnədə böyük dövlətlər arasında geosiyasi rəqabət gücl�