Xəbəri olmadan adına 18 min manatdan çox kredit götürdülər


Digərləri 24 Yan 2025 13:50:00 79 0

Xəbəri olmadan adına 18 min manatdan çox kredit götürdülər

Balakən şəhər sakini Ülkər Qurbanova mobil operator nümayəndəsi kimi təqdim olunan bir şəxsdən aldığı zəng nəticəsində böyük maddi itkiyə uğrayıb.

Son.az xəbər verir ki, hadisə dekabrın 9-da baş verib. Mobil operatorun əməkdaşı kimi özünü təqdim edən şəxs Ülkər Qurbanovaya 5G xidməti üçün üztanıma tətbiqini aktiv etməyi təklif edib. Tətbiqi aktiv etdikdən sonra gənc xanımın telefonuna giriş məhdudlaşdırılıb.

Ülkər Qurbanova baş verənlərdən şübhələnərək dərhal bankla əlaqə saxlayıb. Bankdan ona hər şeyin qaydasında olduğu bildirilsə də, telefonunda hələ də problem yaşadığı üçün bankın bir filialına gedib. Orada isə ona adına 18 828 manatlıq kredit götürüldüyü və aylıq 529 manat 30 qəpik ödəməli olduğu bildirilib.

Ülkər Qurbanova Balakən Rayon Mərkəzi Xəstəxanasında işləyən və yalnız 500 manat məvacib alan bir şəxs olaraq böyük bir kredit öhdəliyi ilə qarşılaşıb. Məlum olub ki, bu kredit yalnız ona xeyli zərər vurmayıb, eyni zamanda aylıq maaşından da artıq ödəniş tələb olunur.

Zərərçəkən dərhal bank və polisə müraciət edib. Bank onun müraciətinə əsasən hesablarını dondursa da, ertəsi gün köçürmə həyata keçirilib və kreditin bir hissəsi silinib. Lakin Ülkər Qurbanova hələ də çıxılmaz vəziyyətdədir və ona nə etmək lazım olduğu sualı gündəmə gəlir.

Hüquqşünas Cavid Cəfərov bildirib ki, bu halda polis orqanları məhkəmə qərarı ilə banka sorğu göndərməlidir:

"Həmin bankdan çıxmış əmanətlərin hansı hesaba oturulması tapılmalı və hesabın kimə məxsus olması müəyyən edilərək o şəxslər məsuliyyətə cəlb edilməlidir. Bu cinayəti törədən şəxslərin əməllərinə görə 1 ildən 3 ilə qədər azadlığının məhdudlaşdırılması və ya 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur".

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, Balakən şəhər sakini Ülkər Qurbanovanın üzləşdiyi kiberdələduzluqla bağlı  rayon polis şöbəsində cinayət işi başlanılıb, müvafiq sorğular göndərilib. Polis əməkdaşları tərəfindən əməli törədən şəxs və yaxud şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Asya Son.az 

Trampın malikanəsinə girmək istəyən şəxs saxlanıldı like
  • 24 Yan 13:44  
Dünya Trampın malikanəsinə girmək istəyən şəxs saxlanıldı

Prezident Donald Trampın Palm-Biçdəki Mar-a-Laqodaki malikanəsinə girməyə

arrow Ətraflı
Ölülərin əşyalarını geyinmək niyə olmaz?  RUH... like
  • 24 Yan 13:38  
Digərləri Ölülərin əşyalarını geyinmək niyə olmaz? RUH...

Təəssüf ki, insan həyatı sonsuz deyil. Gec-tez hər bir canlı insan ölən

arrow Ətraflı
Nüvə gücləri arasında toqquşma riski artır  Rusiyadan XƏBƏRDARLIQ like
  • 24 Yan 13:31  
Dünya Nüvə gücləri arasında toqquşma riski artır Rusiyadan XƏBƏRDARLIQ

Beynəlxalq səhnədə böyük dövlətlər arasında geosiyasi rəqabət gücl�

arrow Ətraflı
Dünyanın ən böyük aysberqi Britaniya adasına çırpıla bilər like
  • 24 Yan 13:25  
Dünya Dünyanın ən böyük aysberqi Britaniya adasına çırpıla bilər

Dünyanın ən böyük aysberqi A23a Britaniyanın Cənubi Corciya adasına çı

arrow Ətraflı
Azərbaycanda müğənni qara maska taxaraq evə oğurluğa girib like
  • 24 Yan 13:21  
Digərləri Azərbaycanda müğənni qara maska taxaraq evə oğurluğa girib

Xəbər verdiyimiz kimi, Masallıda 11 il əvvəl evə qara maska ilə silahlı

arrow Ətraflı
Xəstəliklərə qarşı qoruyucu güc  Qocalmanı gecikdirir, iltihabı aradan qaldırır... like
  • 24 Yan 13:19  
Digərləri Xəstəliklərə qarşı qoruyucu güc Qocalmanı gecikdirir, iltihabı aradan qaldırır...

Son illərdə populyar qidalar arasında yer alan avokado təbii xüsusiyyətl�

arrow Ətraflı
Bu il Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə başlanılacaq like
  • 24 Yan 13:12  
Digərləri Bu il Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə başlanılacaq

Bu il Cəbrayıl şəhərində 240 meqavatlıq "Şəfəq" günəş ele

arrow Ətraflı
KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb like
  • 24 Yan 13:05  
Digərləri KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb

Yanvarın 21-də Almaniya Federativ Respublikasının Münhen şəhərində ölk

arrow Ətraflı
Yanan otelin altından görün nə çıxdı  Pulları buna xərcləyiblər like
  • 24 Yan 12:56  
Digərləri Yanan otelin altından görün nə çıxdı Pulları buna xərcləyiblər

Kartalkaya "Grand Kartal" otelində baş verən yanğın faciəsindən

arrow Ətraflı
Pensiya alanlara xoş xəbər  bank hesabına pul köçürüldü like
  • 24 Yan 12:27  
Digərləri Pensiya alanlara xoş xəbər bank hesabına pul köçürüldü

Bölgələr üzrə pensiya ödənişi həyata keçirilib.

arrow Ətraflı
Sabah Bakıda hava necə olacaq?  PROQNOZ like
  • 24 Yan 12:25  
Digərləri Sabah Bakıda hava necə olacaq? PROQNOZ

Bakıda və Abşeron yarımadasında yanvarın 25-də hava şəraitinin dəyişk

arrow Ətraflı
İtkin düşən balıqçıları İrana aparıblar?  AÇIQLAMA like
  • 24 Yan 12:23  
Digərləri İtkin düşən balıqçıları İrana aparıblar? AÇIQLAMA

Yanvarın 13-də Lənkəran şəhəri Siyavar kəndi yaxınlığında Xəzər d�

arrow Ətraflı
Bakıda döyüşə yararlı qumbara və partladıcı tapıldı like
  • 24 Yan 12:17  
Digərləri Bakıda döyüşə yararlı qumbara və partladıcı tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşer

arrow Ətraflı
Mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı bu şəxslərə də verilə bilər like
  • 24 Yan 12:00  
Digərləri Mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı bu şəxslərə də verilə bilər

"Azərbaycan milli mətbuatının 150 illiyi" yubiley medalı ilə əc

arrow Ətraflı
Nohurgöldə batan şəxsin meyiti sudan çıxarıldı like
  • 24 Yan 11:47  
Digərləri Nohurgöldə batan şəxsin meyiti sudan çıxarıldı

Qəbələdə göldə batan şəxsin meyiti tapılıb.

arrow Ətraflı