Doktorantura təhsili ilə bağlı yeni təklif gələcək üçün nə vəd edir?


Digərləri 23 Yan 2025 21:01:00 55 0

Doktorantura təhsili ilə bağlı yeni təklif gələcək üçün nə vəd edir?

Xəbər verdiyimiz kimi, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin bu gün keçirilən iclasında təklif edib ki, Azərbaycanda doktorantura təhsilinin səviyyəsi birə endirilməlidir. Onun fikrincə, bu qanunun qəbul edilməsi təhsilimizin inkişafına öz töhfəsini verəcək.

Bu yerdə insanlar üçün qanunun məğzi olduqca maraqlıdır. Doktorantura təhsilinin səviyyəsinin birə endirilməsi nədir? Bu qanun qəbul edilərsə, gələcək təhsil üçün nə vəd edəcək?

Mövzu ilə bağlı Trend-ə danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, burada söhbət doktorantura təhsilinin dünyanın bir çox ölkəsində olduğu kimi, sadəcə bir mərhələli olmağından gedir.

"Məlumdur ki, Azərbaycanda fəlsəfə doktoru, elmlər doktoru kimi mərhələlər var. Yəni, köhnə adla desək, doktorantura, aspirantura var. Bunu dəyişdirməyi tövsiyə edirlər. Bu dəyişiklik xüsusilə qeyd etmək istəyirəm ki, gecikmiş bir dəyişiklikdir.

Çünki illərdir bu məsələ müzakirə olunur, ancaq bizə məlum olmayan, vətəndaşlara məlum olmayan səbəblərə görə həmişə yubanır. Dünyanın bir çox ölkəsində isə doktorantura təhsili bir mərhələli olaraq illərdir davam edir. Azərbaycanda doktorantura təhsili almaq bəlkə də dünyanın bir çox ölkəsində doktorantura təhsili almaqdan daha çətindir. Yəni bu, elmi cəhətdən daha çətin yox, prosedur cəhətdən daha çətindir. Azərbaycanda daha çox mərhələlər var. Prosedurlar, addımlar, fazalar var. Bu fazaların bir çoxuna gərək yoxdur", - o əlavə edib.

O qeyd edib ki, doktorantura təhsili universitetin verdiyi təhsildir və universitetin qurduğu heyət tərəfindən doktorantura təhsili verilir.

"Nəticədə tələbə fəlsəfə doktoru elmi ünvanı alır. Bizdə isə məlumdur ki, universitetlər burada vasitəçi qurum kimi fəaliyyət göstərir. Ali Attestasiya Komissiyası doktorantura diplomunun verilməsini öz əlində saxlayır.

"Beləcə, bir mənada monopoliya yaranır. Düşünülür ki, bu monopoliya, yəni bu tək əldə saxlama keyfiyyəti qoruyur. Çünki zənn edilir ki, universitetlərə bu iş tamamilə verilsə, universitetlər bunu sui-istifadə edər. Əlbəttə ki, bu mənada baxdıqda iki qurum, yəni universitet deyir ki, bu iş mənə təhvil verilsin, mən özüm bu işi icra edim. Ali Attestasiya Komissiyası deyir ki, yox, universitetə versək, bu işin keyfiyyəti düşər, ona görə də mənim əlimdə qalmalıdır. Belə müxtəlif fazalar olmalıdır. Yəni bu əslində, mənafelərin toqquşmasıdır. Əslində qarşılıqlı etibar, güvən, keyfiyyət olsa, keyfiyyətə nəzarət olsa, monitorinq olsa, əlbəttə ki, hər iki qurum bir-birinə etibar edəcək və etibarı da doğruladacaq. Yekunda isə nəticədə yaxşı, keyfiyyətli kadrlar, fəlsəfə doktorları ortaya çıxacaq",- deyə o əlavə edib.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə Trend-ə bildirib ki, deputat Ceyhun Məmmədovun bu gün Milli Məclisdə doktorantura təhsili ilə bağlı səsləndirdiyi fikirlər doğru yanaşmadır.

"Biz xarici təcrübəyə baxanda, Avropa təcrübəsi ilə yanaşanda görürük ki, Azərbaycanda doktorantura pilləsi onlardan fərqli olaraq iki pilləlidir. Yəni, fəlsəfə və elmlər doktoru pilləsindən ibarətdir.

Beləliklə, bir insan doktoratura təhsili alır, fəlsəfə doktoru üzrə müdafiə edir, fəlsəfə doktoru elmi dərəcəsi alır, ikinci dəfə təzədən elmlər doktoru proqramı üzrə təhsil alır və elmlər doktoru olur. Düşünürəm ki, bu dəyişiklik həm də bu sahədə müəyyən yeniliklərin tətbiqinə gətirib çıxaracaq. Elmi təsir üçün həqiqətən faydalı ola bilər.

Yəni, bir insan neçə dəfə gedib doktorantura oxumalıdır? Və yaxud bir insan neçə dəfə elmi işini müdafiə etməlidir?

Hətta qonşu Türkiyə təcrübəsində belə bir dəfə müdafiə edirlər. İnsan bir dəfə müdafiə edir və daha sonra o elmi yaradıcılığını davam etdirir. Yəni, iki dəfə müdafiə etmək özü nə qədər ağır bir prosesdir. Amma bu o demək deyil biz işləri yüngülləşdirəcəyik.

Hesab edirəm ki, biz bürokratik məsələləri yüngüləşdirəcəyik. Amma aktiv elmi fəaliyyətlə məşğul olan şəxs təbii ki, öz tədqiqatlarını davam etdirəcək, öz elmi məqələlərini yazacaq. Tədqiqatlarının nəticələri olaraq elmi yeniliklərlə bağlı beynəlxalq elmi jurnallarda, yerli elmi nəşrlərdə çap olunacaq. Və yaxud adi təhsil müəssisəsində, elmi tədqiqat müəssisələrində çalışacaq və s.

Yəni, bütünlükdə doktoranturanın bir mərhələli olması, bir pilləli doktorantura sisteminə keçid bu sahədə olan vacib dəyişikliklərdən biridir. Zamanında bu təkliflə mən də çıxış etmişəm. Bu gün də fikirləşirəm ki, biz elmi fəaliyyət üçün o üfüqləri açmalıyıq, elmi mühiti sağlamlaşdırmalıyıq. Biz bürokratik əngəllər yaratmalı deyilik. O sağlam mühit formalaşacaqsa, eyni zamanda yanaşma doğru olacaqsa, bu elm adamlarının fəaliyyətində müsbətə doğru dəyişikliklərin yer almasına gətirib çıxalacaq",- deyə o əlavə edib.

"Prius"la toqquşan maşın tərsinə çevrildi  Qəza anı like
  • 23 Yan 20:57  
Digərləri "Prius"la toqquşan maşın tərsinə çevrildi Qəza anı

Bu gün səhər saatlarında Bakının Mirzəağa Əliyev küçəsində avtomobi

arrow Ətraflı
Putin tanker donanmasında təftiş aparılmasına göstəriş verib like
  • 23 Yan 20:54  
Dünya Putin tanker donanmasında təftiş aparılmasına göstəriş verib

Rusiya Prezidenti Vladimir Putin Baş nazirin müavini Vitali Savelyevə tanker

arrow Ətraflı
Ceyhun Bayramov Belarus səfiri Andrey Ravkovu qəbul edib like
  • 23 Yan 20:47  
Siyasət Ceyhun Bayramov Belarus səfiri Andrey Ravkovu qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 23-də Belarus Respublikasının

arrow Ətraflı
Xətai rayonunda anbar və sexdə yanğın like
  • 23 Yan 20:40  
Digərləri Xətai rayonunda anbar və sexdə yanğın

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

arrow Ətraflı
13 ildən sonra ilk  Türkiyədən Suriyaya...  FOTO like
  • 23 Yan 20:32  
Digərləri 13 ildən sonra ilk Türkiyədən Suriyaya... FOTO

Türk Hava Yolları 13 ildən sonra Suriyaya uçuşları bərpa edib. Son.az

arrow Ətraflı
Van Damm 36 il sonra bu rəqsi təkrarladı like
  • 23 Yan 20:24  
Şou-biznes Van Damm 36 il sonra bu rəqsi təkrarladı

Hollivud ulduzu Jan Klod Van Damm illər sonra ikonik rəqsini təkrarlayıb.

arrow Ətraflı
Günəşdə nadir baş verən hadisə anbaan lentə alınıb like
  • 23 Yan 20:16  
Dünya Günəşdə nadir baş verən hadisə anbaan lentə alınıb

Günəşdə nadir hallarda rast gəlinən qara plazma emissiyasının görüntü

arrow Ətraflı
Valideyn məktəbdə təhqir olunub?  RƏSMİ like
  • 23 Yan 20:05  
Digərləri Valideyn məktəbdə təhqir olunub? RƏSMİ

Övladı Bakının Nərimanov rayonundakı 212 saylı məktəbdə təhsil alan v

arrow Ətraflı
Qazaxıstanda qar fırtınası: 5 mindən çox insan təcrid şəraitindədir like
  • 23 Yan 19:58  
Dünya Qazaxıstanda qar fırtınası: 5 mindən çox insan təcrid şəraitindədir

Qazaxıstanın Karaqanda vilayətində üç gün ardıcıl olaraq qar fırtınas

arrow Ətraflı
Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib  FOTO like
  • 23 Yan 19:54  
Siyasət Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı
Abşeron polisi hərəkətə keçdi  çox sayda saxlanılan var like
  • 23 Yan 19:50  
Digərləri Abşeron polisi hərəkətə keçdi çox sayda saxlanılan var

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün hüq

arrow Ətraflı
Siqaret çəkmək haramdır?  AÇIQLAMA like
  • 23 Yan 19:40  
Digərləri Siqaret çəkmək haramdır? AÇIQLAMA

Bir çoxları deyir ki, ziyanlı olan bir şey həm də haramdır. Buna görə d

arrow Ətraflı
Ağdamın Xıdırlı kəndində bu işlərə 30 milyon manat ayrılıb like
  • 23 Yan 19:25  
Digərləri Ağdamın Xıdırlı kəndində bu işlərə 30 milyon manat ayrılıb

Ağdam rayonunun Xıdırlı kəndində bərpa və yenidənqurma işləri sürət

arrow Ətraflı
Şamaxıda güclü qar: Avtomobillər yolda qaldı like
  • 23 Yan 19:20  
Digərləri Şamaxıda güclü qar: Avtomobillər yolda qaldı

Şamaxıya yağan güclü qar nəticəsində dağlıq kəndlərə gedən avtomob

arrow Ətraflı
Əməkdar artist oğlunun ölümündən danışdı: "Heç bir xəstəliyi yox idi" like
  • 23 Yan 19:15  
Şou-biznes Əməkdar artist oğlunun ölümündən danışdı: "Heç bir xəstəliyi yox idi"

Əməkdar artist Nazir Rüstəmov oğlunun vəfat etməsinin səbəblərini aç�

arrow Ətraflı