Valideyn məktəbdə təhqir olunub? RƏSMİ
Digərləri 23 Yan 2025 20:05:00 61 0
Övladı Bakının Nərimanov rayonundakı 212 saylı məktəbdə təhsil alan valideynin direktor tərəfindən təhqir olunması və mühafizəçinin əli ilə zorla təhsil müəssisəsindən çıxarılması haqda iddialar yayılıb.
Bu xəbəri də oxu: BakıQuba yolundan istifadə edən sürücülərin NƏZƏRİNƏ
Son.az xəbər verir ki, valideyn İlahə Hüseynova hadisənin bu gün səhər saatlarında oğlu ilə bağlı məktəbə gedərkən baş verdiyini bildirib.
İddialarla əlaqədar təhsil müəssisəsinə müraciət etdik. Məktəbdən sorğumuza belə cavab aldıq: "Məktəbin VII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) davranış qaydalarını mütəmadi olaraq pozur, müəllim və şagirdlərə qarşı qeyri-etik ifadələr işlədir, dərs prosesi zamanı aqressiv davranışlar göstərir, eyni zamanda digər şagirdlərə təzyiq edir. Ümumilikdə şagirdin hərəkətləri tədris prosesinin pozulmasına səbəb olur.
Həmin sinifdə tədris aparan müəllimlər şagirdin dərs prosesini ciddi şəkildə pozduğuna görə mütəmadi olaraq şikayətlənirlər. Onlar bununla bağlı məktəb rəhbərliyinə rəsmi müraciət ünvanlayıblar.
Şagirdlə məktəb rəhbərliyi və məktəbin psixoloqu tərəfindən profilaktik söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Şagirdin valideyni dəfələrlə məktəbə dəvət edilərək övladının uyğunsuz davranışı ilə bağlı xəbərdarlıq olunmasına baxmayaraq, müsbət nəticə əldə edilməyib.
"Məktəblinin dostu" layihəsinin psixoloqu tərəfindən də tövsiyə olunub ki, valideyn övladının davranışlarına nəzarəti artırsın.
Tədris prosesini davamlı olaraq pozan, müəllim və şagirdlərə qarşı qeyri-etik ifadələr işlədən övladının həkim müayinəsindən keçirilməsi tövsiyə olunduğu üçün valideyn məktəbə gələrək məktəb rəhbərliyi və müəllimlərə nalayiq ifadələr işlədib, açıq ictimai hörmətsizlik nümayiş etdirib, tədris prosesinin gedişatına maneçilik törədib".
Məktəbdən, həmçinin bildirildi ki, rəhbərlik tərəfindən məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görülməsi yönündə işlər aparılır. Məsələ ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarının müvafiq nümayəndələrinə də məlumat verilib./"qafqazinfo"
Qazaxıstanın Karaqanda vilayətində üç gün ardıcıl olaraq qar fırtınas
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün hüq
Bir çoxları deyir ki, ziyanlı olan bir şey həm də haramdır. Buna görə d
Ağdam rayonunun Xıdırlı kəndində bərpa və yenidənqurma işləri sürət
Şamaxıya yağan güclü qar nəticəsində dağlıq kəndlərə gedən avtomob
Əməkdar artist Nazir Rüstəmov oğlunun vəfat etməsinin səbəblərini aç�
"Dövlət sirrinə aid edilən məlumatların Siyahısı"nda dəyişik
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Şuşa Ş
Prezident İlham Əliyev "Dövlət büdcəsindən ayrılmış vəsait hesab
Azərbaycanın mülki qanunvericiliyi kirayə münasibətlərini tənzimləyər�
Kənd Təsərrüfatı Nazirliyi Aparatı və dövlət aqrar inkişaf mərkəzlə
Ötən ilin avqust ayında Biləsuvar rayon Məhkəməsinə boşanmaq üçün m�
Müğənni Ramal İsrafilov atası Yaqub İsrafilovun vəfatından danışıb.
2025-ci ildə bürclər diqqət etmədikləri, lakin həyatlarına ciddi təsir