Mərasim evlərində ölünü "dirildən" qiymətlər 4 000 manata menyu
Digərləri 23 Yan 2025 21:39:00 68 0
Son dövrlər Bakıda mərasim zalları artmağa başlayıb. Müşahidələr göstərir ki, insanlar yas mərasimləri üçün artıq çadırlara deyil, mərasim zallarına üstünlük verməyə başlayıblar. Bunun bir neçə səbəbi var. Birincisi, Bakıda yaşayış binalarının həyətyanı sahələri kiçikdir. Çadırların qurulması avtomobillərin dayanmasını və hərəkətini məhdudlaşdırır. Digər tərəfdən, mərasim zalları yas sahibini əlavə işlərdən azad edir. Bəs bu komfort yas sahibinə hansı məbləğə başa gəlir?
Bu xəbəri də oxu: Soyuducudaki pis qoxudan necə qurtulmaq olar?
Son.az xəbər verir ki, Lent.az mərasim zallarında göstərilən xidmətləri və qiymətləri araşdırıb.
Məlum olub ki, Bakıda mərasim zalları üzrə sadə menyuların qiyməti orta hesabla 9-12 manat təşkil edir. Bu menyuya çay, halva, limon, şirniyyatlar, salat, dovğa və plov daxildir. Qonaqların sayına görə 100-150 nəfərlik zalları sifariş etmək daha bahadır (10-12 manat). 200-300 nəfərlik zalların sifarişi isə adambaşı 9 manata başa gəlir.
Qeyd edək ki, yas sahibinin istəyindən asılı olaraq menyuya meyvə, bozbaş və dolma da əlavə etmək olur. Bu isə əlavə 2-8 manata başa gəlir. Başqa sözlə, ən bahalı menyu adambaşı 14-20 manat təşkil edir.
Bütün mərasim zalları üzrə molla xidmətlərinin qiyməti standart olaraq 50 manat müəyyən edilib. Yəni, sadə menyu ilə 200 nəfərlik mərasim zalının sifarişi molla xidməti ilə birlikdə 2 050 manata, tam menyu ilə isə 2 850-4 050 manata başa gəlir.
Xətai rayonunda yerləşən tanınmış mərasim evlərindən birində adambaşına menyu qiyməti 100 nəfərədək 12, qonaqların sayı 200 nəfərdən yuxarı olduqda isə 10 manat hesablanır.
Bu ərazidə yerləşən digər bir mərasim evində isə menyuların qiyməti 250 nəfərədək 10, 250-dən yuxarı qonaq sayında isə 9 manata başa gəlir.
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər H
Abşeron Rayon Mərkəzi Xəstəxanasında bölmə müdiri vəzifəsinə təyina
Xəbər verdiyimiz kimi, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Cey
Bu gün səhər saatlarında Bakının Mirzəağa Əliyev küçəsində avtomobi
Rusiya Prezidenti Vladimir Putin Baş nazirin müavini Vitali Savelyevə tanker
Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 23-də Belarus Respublikasının
Türk Hava Yolları 13 ildən sonra Suriyaya uçuşları bərpa edib. Son.az
Hollivud ulduzu Jan Klod Van Damm illər sonra ikonik rəqsini təkrarlayıb.
Günəşdə nadir hallarda rast gəlinən qara plazma emissiyasının görüntü
Övladı Bakının Nərimanov rayonundakı 212 saylı məktəbdə təhsil alan v
Qazaxıstanın Karaqanda vilayətində üç gün ardıcıl olaraq qar fırtınas
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gün hüq
Bir çoxları deyir ki, ziyanlı olan bir şey həm də haramdır. Buna görə d