Marqarinin orqanizmə zərərləri


Digərləri 20 Yan 2025 06:47:00 65 0

Marqarinin orqanizmə zərərləri

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 45 min 151.1 ton marqarin istehsal edilib ki, bu da bir il əvvələ nisbətən 8.3 faiz çoxdur. 2024-cü ilin dekabrın 1-nə ölkədə 3 min 634.8 ton duru bitki yağı ehtiyatı, 3 min 747.7 ton isə marqarin ehtiyatı yaranıb. Bu da illik müqayisədə müvafiq olaraq 5.6 faiz az və bir faiz çoxdur. Rəqəmlərdən də aydın olduğu kimi marqarin yağlarının həm istehsalı, həm də istehlakı artır. Bunun səbəbləri nələrdir? Bu yağların orqanizm üçün ziyanlı olduğu iddia edilir. Bu fikirlər həqiqəti nə dərəcədə əks etdirir?

Son.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Kərə yağının bahalaşması seçimlərə təsir edir

Qida məsələləri üzrə ekspert Asim Vəlinin sözlərinə görə, marqarin orqanizmimiz üçün olduqca təhlükəlidir. Lakin insanlar bəzi səbəblərdən onu alırlar: "Kərə yağının bahalaşması istehlakçıların daha ucuz alternativlərə, xüsusilə duru bitki yağlarını və marqarini seçmələrinə səbəb olur. İqtisadi çətinliklər və istehlak vərdişləri insanların seçimlərinə birbaşa təsir edir. Marqarin kərə yağına nisbətən daha münasib qiymətədir. Xüsusilə çörəkbişirmə və qənnadı məmulatlarında geniş istifadə edilir. Marqarin yağı, xüsusilə trans yağları ehtiva edən növləri sağlamlıq üçün təhlükəlidir. Trans yağlar ürək-damar xəstəlikləri riskini artırır, "pis" xolesterolu (LDL) yüksəldir və "yaxşı" xolesterolu (HDL) azaldır. Bu yağların uzun müddətli istehlakı piylənmə, ikinci tip şəkərli diabet, hətta bəzi xərçəng növləri ilə əlaqələndirilir. Son illərdə bəzi marqarinlərdə trans yağların miqdarı azaldılsa da, bu yağlar ümumilikdə təhlükəsiz hesab olunmur".

"Məhdud miqdarda istehlak edin"

A.Vəli bildirdi ki, marqarin yağlarının çox cüzi faydası olsa da, istifadəsi məsləhət deyil: "Ev şəraitində istifadə zamanı onu yüksək temperaturda, qızartma proseslərində istifadə etməkdən uzaq durmaq daha məqsədəuyğundur. Çünki qızartma zamanı zərərli maddələr yaranır. Əgər marqarin istifadə olunacaqsa, onu kiçik miqdarlarda və qarışıq qidalanma rejimi çərçivəsində qəbul etmək tövsiyə olunur. Marqarinin bəzi növləri vitaminlər, xüsusən də A, D və E ilə zənginləşdirilə bilir. Həmçinin bəzi bitki əsaslı marqarinlər kərə yağına allergiyası olan və ya vegan həyat tərzi sürən şəxslər üçün alternativ olaraq istifadə edilir. Sağlamlıq baxımından faydalarını zərərləri ilə müqayisə etdikdə, onu məhdud miqdarda istehlak etmək daha doğru olar".

Diqqət edilməli məqamlar

Ekspertin fikrincə, insanlar kərə yağı əvəzinə səhvən bu yağı almamaq üçün diqqətli olmalıdırlar: "Bəzi kərə yağlarının tərkibinə də marqarin yağı qatılır və ya kərə yağı adı ilə marqarin yağı satılır. Bəzi hallarda istehsalçılar xərcləri azaltmaq məqsədilə kərə yağının tərkibinə marqarin və ya digər bitki yağlarını qarışdırırlar. İnsanlar bu hallardan qorunmaq üçün məhsulun etiketindəki tərkib hissəsini diqqətlə oxumalı, yalnız etibar edilən istehsalçıların məhsullarını seçməli və mümkün qədər yerli, tanınmış brendlərə üstünlük verməlidirlər".

"Başqa maddələrin birləşməsindən əmələ gəldiyi üçün..."

Diyetoloq Lalə Yaqubova isə dedi ki, marqarin süni yolla müxtəlif məhsulların birləşməsindən hazırlanır: "Marqarinin yaranma səbəbi insan sayının artımı və təbii yağın bu tələbatı ödəyə bilməməsindəndir. Əhalinin tələbatını ödəmək üçün süni şəkildə yaradılmış tərkibdir. Tam təbiət məhsulu olmadığı üçün də orqanizm üçün ziyanlıdır. Marqarin əslində rəng, ləzzət, görüntü, quruluş baxımından kərə yağına çox bənzəyir. Bitki yağları, süd, qatıq, pendir suyunun tozu, su və vitamin kimi bir çox maddələr istifadə olunaraq marqarin yağı əmələ gəlir".

L.Yaqubova bu yağın növlərindən də bəhs etdi: "Başqa maddələrin birləşməsindən əmələ gəldiyi üçün marqarinin tərkibini dəyişmək mümkündür. Əsasən səhər yeməyi üçün, yemək hazırlanmasında və sənayedə istifadə üçün üç çeşidi mövcuddur. Səhər yeməyi üçün olan marqarinin ərimə temperaturu daha aşağıdır. Yemək bişirmək üçün olanlar isə daha sərtdir və daha gec əriyir. Üzərində hansı növə aid olduğu qeyd edilir. Sənayedə istifadə dedikdə, qida sənayesi nəzərdə tutulur. Bu yağlar istehsalatda olur və onu adi insanlar almır. Marketlərdə rastlaşdığımız səhər yeməyi və yemək bişirmək üçün olan növləridir".

Diyetoloqun sözlərinə görə, tərkibinə qatılan maddələr marqarini zərərli edir: "Onlar müxtəlif proseslərə məruz qalır. Hansı ki, bu yağların otaq temperaturunda qatı qalması, yaxud rəf ömrünün uzadılması üçündür. Bitki mənşəli yağlar da müxtəlif proseslərə məruz qalır. Beləliklə, daha çox doymuş yağ miqdarı olur. Marqarinlər tərkibinə görə çox sürətlə oksidləşə bilən qida növləridir. Bu səbəbdən onların saxlanılması və istifadəsi çox önəmlidir".

"Bizim üçün sağlam olan doymamış yağlardır"

Müsahibimiz hansı marqarin yağını seçməklə bağlı məsləhətlərini də verdi: "Bizim üçün sağlam olan doymamış yağlardır. Hansı ki, onlar əsasən maye halındadır. Bunlara da bitki yağları aiddir. Səhər yeməyi üçün olan marqarin yağları daha az kaloriyə malikdir. Bu səbəbdən onlar daha az zərərli hesab oluna bilər. Amma istifadə etməmək daha məsləhətdir". Son.az

Tolikin verilişi bu tarixdə efirdə olacaq like
  • 20 Yan 06:33  
Şou-biznes Tolikin verilişi bu tarixdə efirdə olacaq

Aparıcı-prodüser Tarix Əliyevin verilişinin yauım tarixi açıqlanıb.

arrow Ətraflı
Sağ qalmaq üçün pul ödəyib, həbsə girirlər like
  • 20 Yan 06:19  
Dünya Sağ qalmaq üçün pul ödəyib, həbsə girirlər

Yaponiyanın yaşlı sakinləri sağ qalmaq və tənhalıqdan xilas olmaq üçü

arrow Ətraflı
40 yaşından sonra bütün kişilərin qəbul etməli olduğu 6 vitamin like
  • 20 Yan 06:06  
Digərləri 40 yaşından sonra bütün kişilərin qəbul etməli olduğu 6 vitamin

Kişilər yaşlandıqca onların qida ehtiyacları dəyişir və müəyyən vita

arrow Ətraflı
Qulaq cingildəməsini gözardı etməyin like
  • 20 Yan 05:05  
Digərləri Qulaq cingildəməsini gözardı etməyin

Tinnitus (qulaq cingildəməsi), tez-tez ciddi bir problem olmasa da, bəzi hall

arrow Ətraflı
Həkimlər qrip olanda bunu edirlər like
  • 20 Yan 04:04  
Digərləri Həkimlər qrip olanda bunu edirlər

Qrip hər il milyonlarla insana təsir edən bir virusdur və sağlamlığımız

arrow Ətraflı
Yaddaş gücünü artıran 9 sadə vərdiş like
  • 20 Yan 03:03  
Digərləri Yaddaş gücünü artıran 9 sadə vərdiş

Yaddaşımız və bildiklərimizi yadda saxlamaq qabiliyyətimiz gündəlik həy

arrow Ətraflı
93 yaşlı Ruhi Dədənin sağlam həyat sirri: 3 qızıl qaydası var like
  • 20 Yan 02:02  
Digərləri 93 yaşlı Ruhi Dədənin sağlam həyat sirri: 3 qızıl qaydası var

93 yaşlı Ruhi Ayaz sağlam həyat sirrlərini bölüşüb. O, balanslı qidala

arrow Ətraflı
Günorta və axşam yeməyi arasında ideal interval nə qədər olmalıdır? like
  • 20 Yan 01:01  
Digərləri Günorta və axşam yeməyi arasında ideal interval nə qədər olmalıdır?

Nahar və şam yeməyi arasında ideal interval 4-6 saat olmalıdır. Bu, düzg�

arrow Ətraflı
Ödül gecəsində dava etdikləri deyilmişdi… like
  • 20 Yan 00:48  
Şou-biznes Ödül gecəsində dava etdikləri deyilmişdi…

Fahriye Evcen və Burak Özçivit cütlüyünün mübahisə etdiyi iddia olunub.

arrow Ətraflı
Lənkəranda bazarda yanğın olub like
  • 20 Yan 00:37  
Digərləri Lənkəranda bazarda yanğın olub

Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində yerləşən bazar ərazisind

arrow Ətraflı
Azərbaycanlı xanım Trampın inauqurasiyasına dəvət olundu like
  • 20 Yan 00:35  
Dünya Azərbaycanlı xanım Trampın inauqurasiyasına dəvət olundu

Dünyada bir çox məşhur layihələrə imza atan azərbaycanlı xanım Aytən

arrow Ətraflı
Bayden 85 il əvvəl vəfat etmiş şəxsi əfv etdi like
  • 20 Yan 00:24  
Dünya Bayden 85 il əvvəl vəfat etmiş şəxsi əfv etdi

Prezident Co Bayden Marcus Garveyi ölümündən sonra əfv edib.

arrow Ətraflı
Qalmaqaldan sonra yenidən birlikdə... like
  • 20 Yan 00:12  
Şou-biznes Qalmaqaldan sonra yenidən birlikdə...

Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Serenay Sarıkaya və müğənni se

arrow Ətraflı
Bu gün 20 Yanvar faciəsindən 35 il ötür like
  • 20 Yan 00:02  
Digərləri Bu gün 20 Yanvar faciəsindən 35 il ötür

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 35-ci ildönümüdür.

arrow Ətraflı
Günün qoroskopu: Maddi məsələlərdə sabitlik... like
  • 20 Yan 00:01  
Digərləri Günün qoroskopu: Maddi məsələlərdə sabitlik...

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı