Uşaqları aqressiv olan valideynlərin NƏZƏRİNƏ
Digərləri 19 Yan 2025 15:28:00 76 0
Bir çox faydalı xüsusiyyətləri ilə tanınan "omega-3" əlavələri aqressivlik səviyyəsini də azalda bilir.
Bu xəbəri də oxu: Sumqayıtda yanğın xəsarət alan var
Son.az xəbər verir ki, bu barədə Pensilvaniya Universitetinin alimləri bəyan ediblər. Onların təxminən 4000 nəfəri əhatə edən geniş tədqiqatlarının nəticələri "Aggression and Violent Behavior" (AVB) jurnalında dərc edilib.
"Omega-3" yağ turşuları fiziki və psixi sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə çoxdan tanınır. Alimlərin sözlərinə görə, "omega-3" şizofreniyanın qarşısının alınması, aqressiya və antisosial davranışın azaldılmasına faydalıdır.
Alimlər 1996-2024-cü illər arasında aparılmış 29 nəzarət edilən sınağın məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, "omega-3" qəbulu qısa müddətdə aqressiyanı təsirli şəkildə 28% azalda bilər. Müsbət təsir 16 yaşadək uşaqlar və 50 yaşdan yuxarı böyüklər də daxil olmaqla müxtəlif qruplarda müşahidə edilib.
"Omega-3" həm reaktiv aqressiyanı (təxribata cavab), həm də proaktiv aqressiyanı (qəsdən aqressiv davranış) azaltmağa kömək edir. Alimlər hesab edirlər ki, sözügedən əlavə, iltihabı azaldır və beyində həyati prosesləri dəstəkləyir ki, bu da aqressiyanın tənzimlənməsinə kömək edir.
"Ən azı, aqressiyadan əziyyət çəkən uşaqları olan valideynlər öyrənə bilərlər ki, digər müalicə üsulları ilə yanaşı, həftədə əlavə bir porsiya balıq kömək edə bilər", - tədqiqatın müəlliflərindən biri qeyd edib.
Tədqiqatlar, həmçinin göstərib ki, balıq yağı əsaslı preparatlar ürək xəstəlikləri, insult və digər ürək problemləri riskini azalda bilər.
"Omega-3 cəmiyyətdə zorakılıq problemini həll edəcək universal vasitə deyil. Amma o kömək edə bilərmi? Yeni məlumatlara əsasən biz qətiyyətlə əminik ki, bəli", - deyə məqalədə vurğulanıb. (oxu.az)
HAMAS 3 israilli girovu bu gün yerli vaxtla saat 16.00-da azad edəcək.
Türkiyənin məşhur aktyoru Hüseyn Avni Danyala ağır itki üz verib.
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakının bəzi küçə və p
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək ü�
Türkiyə Suriya ilə sərhədə ağır texnika cəlb edir.
"Əvəllər ailələr xeyir işləri üçün kredit götürürdülər. İnd
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbülo�
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisind
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrd
Radikal "HƏMAS" hərəkatının öhdəliklərini pozması səbəbind�
Şirvan şəhər sakini Cəmaləddin Məmmədzadə aralarında yaranmış mübah
Müğənni Dima Bilan yeni görünüşü ilə pərəstişkarlarını təəccübl
Yəməndə İranın dəstəklədiyi husilər bir ay ərzində 8-ci dəfə Qırm�