NASA alimləri Qrenlandiya buzlaqlarının altında nəhəng gizli nüvə şəhəri aşkar edib


Digərləri 19 Yan 2025 16:20:00 76 0

NASA alimləri Qrenlandiya buzlaqlarının altında nəhəng gizli nüvə şəhəri aşkar edib

"Century" düşərgəsi 1959-cu ildə Qrenlandiyada ABŞ tərəfindən inşa edilib və Sovet İttifaqına potensial hücuma hazırlıq görülüb...".   NASA "soyuq müharibə" dövrünün hərbi bazasının sirlərini açıb   2024-cü ilin aprel ayında Qrenlandiya üzərində uçuş zamanı NASA alimləri gözlənilməz bir kəşf edib. Onlar 30 metr buz qatının altında gizlədilmiş nəhəng tunellər şəbəkəsini aşkar edib.    Son.az xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri məlumat yayıb.   "Biz buzlaqların xəritəsini tərtib edirdik və bu zaman "Century" düşərgəsi ortaya çıxıb", - deyə NASA-nın kriosfer üzrə alimi Aleks Qardner bildirib.   Bəlli olub ki, bu, "soyuq müharibə" dövründə ABŞ-ın inşa etdiyi supergizli hərbi baza olub. Həmin bazada Arktika tunellərində nüvə raketləri saxlanılıb.   "Hal-hazırda bu, tərk edilmiş təhlükəli tullantılarla dolu bir qalıqdır və buzların əriməsi ilə Qrenlandiyada "Century" düşərgəsinin "ruhları" üzə çıxa bilər. Bu isə həm ekoloji mühitə, həm də beynəlxalq münasibətlərə təhlükə törədə bilər", - materialda vurğulanır.   "Buz qurd" layihəsi haqqında bəlli olanlar   "Century" düşərgəsi ABŞ-ın Mühəndis Korpusu tərəfindən 1959-cu ildə inşa edilib. Bu baza təkcə uzaq bir Arktika forpostu deyil. Baza yer səviyyəsindən təxminən 3 min metr hündürlükdə, temperatur -56 °C-yə qədər enən, küləyin sürəti isə saatda 193 km-dən artıq olan ekstremal iqlim şəraitində yerləşib.    Əvvəlcə "Century" düşərgəsi tədqiqat obyekti kimi elan edilsə də, "soyuq müharibə" dövründə "Iceworm" layihəsi çərçivəsində nüvə raketlərinin buz tunellərində saxlanılması planlaşdırılıb.   Bununla ABŞ Sovet İttifaqına potensial hücum hazırlığı görüb. Lakin buzun dəyişkən və qeyri-sabit təbiəti layihəni qeyri-praktiki hala gətirib. Bu səbəbdən 1967-ci ildə baza bağlanıb və 47 min galon radioaktiv tullantı buzun altında qalıb.   Bu tullantılar və "Buz qurd" layihəsinin digər təfərrüatları 1995-ci ilə qədər heç kimə məlum olmayıb. Lakin Danimarkanın xarici siyasət araşdırması onları üzə çıxarıb.   1997-ci ildə ABŞ-ın "Iceworm" planlarını əhatə edən sənədlər dərc edilib. Həmin sənədlərə görə, bu layihə Qrenlandiyanın buzları altında 135 min kvadrat kilometr sahədə (Danimarkanın üç qatı qədər) nəhəng raket şəbəkəsinin inşasını nəzərdə tutub.   2016-cı ildə alimlər bu obyektlə bağlı ciddi xəbərdarlıq edib. Qrenlandiya buzlarının əriməsi səbəbindən toksik tullantılar 2100-cü ilə qədər səthə çıxa bilər.   "Bu kəşf ABŞ, Danimarka və Qrenlandiya arasında diplomatik gərginliyi artırıb. Hər üç tərəf bu potensial ekoloji fəlakətin nəticələrinin aradan qaldırılması məsuliyyətini müzakirə edir", - nəşr qeyd edib.   Qrenlandiya ilə bağlı son xəbərlər   Xatırladaq ki, 2024-cü ilin dekabr ayında Donald Tramp Qrenlandiyaya iddia etdiyini bəyan edib. O, ABŞ-ın bu ərazini nəzarətə götürmək arzusunda olduğunu bildirib.   Qrenlandiya baş naziri Mute Egedə isə bu bəyanata cavab olaraq ölkəsinin satılmayacağını və azadlıq uğrunda mübarizədən geri çəkilməyəcəyini bildirib.   Daha sonra Danimarka baş naziri Tramp ilə Qrenlandiya haqqında danışıb və vurğulayıb ki, adanın gələcəyi ilə bağlı qərarı yalnız Qrenlandiya sakinləri verə bilər./moderator.az

"Ukraynadakı müharibə 2025ci il boyunca davam edəcək"  Dünya Bankından proqnoz like
  • 19 Yan 16:09  
Dünya "Ukraynadakı müharibə 2025ci il boyunca davam edəcək" Dünya Bankından proqnoz

"Ukraynada iqtisadi artım 2024-cü ildə 3, 2 faizədək azalıb, bu, ener

arrow Ətraflı
Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir? like
  • 19 Yan 16:00  
Digərləri Kiberdələduzluq hadisələrində işlədilən virtual nömrələr nədir?

Virtual nömrələr... Dələduzlar indi də bu üsula əl atıblar...

arrow Ətraflı
Millinin keçmiş futbolçusunun qızı realitişou ulduzundan boşandı like
  • 19 Yan 15:48  
Şou-biznes Millinin keçmiş futbolçusunun qızı realitişou ulduzundan boşandı

Fransanın və "Çelsi"nin keçmiş oyunçusu Frank Lebefanın qızı

arrow Ətraflı
Ukrayna 66 PUA və HİMARSla Rusiyaya hücum etdi like
  • 19 Yan 15:39  
Dünya Ukrayna 66 PUA və HİMARSla Rusiyaya hücum etdi

Rusiya hava hücumundan müdafiə sistemləri bir gündə Ukraynanın 66 PUA-sı

arrow Ətraflı
Uşaqları aqressiv olan valideynlərin NƏZƏRİNƏ like
  • 19 Yan 15:28  
Digərləri Uşaqları aqressiv olan valideynlərin NƏZƏRİNƏ

Bir çox faydalı xüsusiyyətləri ilə tanınan "omega-3" əlavələ

arrow Ətraflı
HAMAS 3 israilli girovu bu tarixdə azad edəcək like
  • 19 Yan 15:19  
Dünya HAMAS 3 israilli girovu bu tarixdə azad edəcək

HAMAS 3 israilli girovu bu gün yerli vaxtla saat 16.00-da azad edəcək.

arrow Ətraflı
Sumqayıtda yanğın  xəsarət alan var like
  • 19 Yan 15:09  
Digərləri Sumqayıtda yanğın xəsarət alan var

Sumqayıtda yaşayış evi yanır, xəsarət alan var.

arrow Ətraflı
Məşhur aktyorun anası vəfat etdi like
  • 19 Yan 15:00  
Şou-biznes Məşhur aktyorun anası vəfat etdi

Türkiyənin məşhur aktyoru Hüseyn Avni Danyala ağır itki üz verib.

arrow Ətraflı
Sabah Bakıda bu marşrutların hərəkəti dəyişdiriləcək like
  • 19 Yan 14:50  
Digərləri Sabah Bakıda bu marşrutların hərəkəti dəyişdiriləcək

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakının bəzi küçə və p

arrow Ətraflı
Beynəlxalq müşahidəçilər MSKya müraciət edib? like
  • 19 Yan 14:44  
Digərləri Beynəlxalq müşahidəçilər MSKya müraciət edib?

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək ü�

arrow Ətraflı
Türkiyə Suriya ilə sərhədə ağır texnika TOPLAYIR like
  • 19 Yan 14:35  
Dünya Türkiyə Suriya ilə sərhədə ağır texnika TOPLAYIR

Türkiyə Suriya ilə sərhədə ağır texnika cəlb edir.

arrow Ətraflı
"Yas mərasimi üçün kredit götürürlər" like
  • 19 Yan 14:24  
Şou-biznes "Yas mərasimi üçün kredit götürürlər"

"Əvəllər ailələr xeyir işləri üçün kredit götürürdülər. İnd

arrow Ətraflı
Qəzzada atəşkəs rejimi qüvvəyə minib like
  • 19 Yan 14:13  
Dünya Qəzzada atəşkəs rejimi qüvvəyə minib

Qəzza zolağında atəşkəs rejimi qüvvəyə minib.

arrow Ətraflı
Musiqili Teatrda “Leyli və Məcnun” tamaşası like
  • 19 Yan 14:00  
Kriminal Musiqili Teatrda “Leyli və Məcnun” tamaşası

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbülo�

arrow Ətraflı
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib like
  • 19 Yan 13:53  
Digərləri Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisind

arrow Ətraflı