Ermənilər Şövkət Ələkbərovanın 4 mahnısını mənimsəmək istədilər


Kriminal 06 Dek 2024 17:16:00 88 0

Ermənilər Şövkət Ələkbərovanın 4 mahnısını mənimsəmək istədilər

Əqli Mülkiyyət Agentliyi tərəfindən aparılan araşdırma zamanı Şövkət Ələkbərovanın ifasında videolentə alınmış "Töhfə" mahnısının "Armenian Music, Caucasian (Torkish languge) Music 10. Şövkət Ələkbərova (rare)", "Getmə amandır" mahnısının "Armenian Music, Caucasian (Torkish languge) Music 11. Şövkət Ələkbərova (rare) Music 13.", "Yavaş-yavaş" mahnısının "Armenian Music, Caucasian (Torkish languge) Music 12 Şövkət Ələkbərova (rare)" və "Bayram şamları" mahnısının "Armenian music, Caucasian (Torkish languge) Music 13 Şövkət Ələkbərova (rare)" adı ilə erməni musiqi nümunəsi kimi Youtube-nin "BehrooZ Abshar" səhifəsində yerləşdirildiyi müəyyən edilib.

Bu barədə Son.az-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, "Töhfə" mahnısının musiqisi Firəngiz Babayevaya, sözləri Baba Vəziroğluna məxsusdur. Mahnı 1980-ci il 30 may tarixində Adil Bağırovun rəhbərliyi və "Xatirə" Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 14 saniyədir. 3226-S kod nömrəsi ilə AzTV-nin "Qızıl Fondu"nda saxlanılır:

"Bəstəkar Hacı Xanməmmədovun musiqi bəstələdiyi "Getmə amandır" mahnısının sözləri Aşıq Ələsgərə məxsusdur. Müğənni bu mahnını 1971-ci il 13 dekabr tarixində Əhsən Dadaşovun rəhbərliyi və Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə lentə aldırmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 19 saniyədir. 41986 kod nömrəsi ilə AzTV-nin "Qızıl Fondu"nda saxlanılır.

Musiqisi Nazil Qəmərlinskiyə və sözləri Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadəyə məxsus olan "Yavaş-yavaş" mahnısı Ş.Ələkbərovanın ifasında 1986-cı il 1 iyul tarixində Adil Bağırovun rəhbərliyi və "Xatirə" Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə lentə alınmışdır. Mahnının səslənmə müddəti (xronometraj) 6 dəqiqə 48 saniyədir. AzTV-nin "Qızıl Fondu"nda 6693-S kod nömrəsi altında saxlanılır.

"Bayram şamları" mahnısının musiqisi Cahangir Cahangirova, sözləri Şıxəli Qurbanova məxsusdur. Mahnı 1968-ci il 8 fevral tarixində Əhsən Dadaşovun rəhbərliyi və Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə Ş.Ələkbərovanın ifasında lentə alınmışdır. Səslənmə müddəti (xronometraj) 3 dəqiqə 24 saniyədir. 38485 kod nömrəsi ilə AzTV-nin "Qızıl Fondu"nda saxlanılır".

"Müğənni Ş.Ələkbərovanın "Youtube"da əmlak hüquqlarının idarəçiliyini bu sahədə Bakı şəhərində fəaliyyət göstərən "Mikpro" MMC həyata keçirir. "Mikpro" MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən görülən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulmasına səbəb olan yuxarıda qeyd edilən 4 video "Youtube"un "BehrooZ Abshar" səhifəsindən silinib. Bununla da Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması "Youtube" rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və onun pozulmuş hüquqları bərpa edilib", - deyə məlumatda bildirilib.

300 min manat rüşvət almaqda ittiham olunur: like
  • 06 Dek 17:15  
Kriminal 300 min manat rüşvət almaqda ittiham olunur:

"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" Məhdud Məsuliyyə

arrow Ətraflı
Kimyəvi reaksiya düz getmədi  Müəllim və 4 şagird yaralandı like
  • 06 Dek 17:08  
Digərləri Kimyəvi reaksiya düz getmədi Müəllim və 4 şagird yaralandı

Dekabrın 6-da Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü lise

arrow Ətraflı
"Master Chef Türkiye"nin aşpazı həbs olundu like
  • 06 Dek 17:01  
Digərləri "Master Chef Türkiye"nin aşpazı həbs olundu

Türkiyədə yayımlanan məşhur "Master Chef Türkiye"nin aşpazı

arrow Ətraflı
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə like
  • 05 Dek 23:27  
Şou-biznes Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə

Vəfa Şərifovanın vətəndaş nikahında yaşadığı Familin qanuni xanımı

arrow Ətraflı
MNnin 143 milyonluq cinayətdə təqsirli bilinən polkovnikinin cəzası ağırlaşdırıldı like
  • 05 Dek 18:54  
Digərləri MNnin 143 milyonluq cinayətdə təqsirli bilinən polkovnikinin cəzası ağırlaşdırıldı

Müdafiə Nazirliyinin 143 milyonluq cinayətdə təqsirli bilinərək məhkum e

arrow Ətraflı
Bu şəxslər cərimə olunacaq like
  • 05 Dek 18:19  
Digərləri Bu şəxslər cərimə olunacaq

"Bioloji fəallığa malik qida əlavə" anlayışı "bioloji akt

arrow Ətraflı
Xalq artistinin vəziyyəti pisləşdi like
  • 05 Dek 17:51  
Şou-biznes Xalq artistinin vəziyyəti pisləşdi

Azərbaycanın Xalq artisti Şərqiyyə Hüseynovanın səhhəti pisləşib.

arrow Ətraflı
"Çocuklar duymasın"ın Havuçu evlənir like
  • 05 Dek 17:26  
Şou-biznes "Çocuklar duymasın"ın Havuçu evlənir

Bir dövrə damğasını vuran "Çocuklar Duymasın" serialında canla

arrow Ətraflı
Bakıda 90 yaşlı təbiət fondu  Mərkəzi Nəbatat Bağından like
  • 05 Dek 16:56  
Digərləri Bakıda 90 yaşlı təbiət fondu Mərkəzi Nəbatat Bağından

Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərin

arrow Ətraflı
Ziya Hacılıya yeni vəzifə verildi like
  • 05 Dek 15:51  
Digərləri Ziya Hacılıya yeni vəzifə verildi

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Mil

arrow Ətraflı
İşsizlərə ŞAD XƏBƏR: 17 milyon manat ayrılır, kimlərə veriləcək? like
  • 05 Dek 12:00  
Digərləri İşsizlərə ŞAD XƏBƏR: 17 milyon manat ayrılır, kimlərə veriləcək?

İşsizlikdən Sığorta Fondunun gəlirləri əsasən işçilər və işə göt

arrow Ətraflı
2024cü ildə bu məşhur simaları itirdik like
  • 05 Dek 11:59  
Digərləri 2024cü ildə bu məşhur simaları itirdik

2024-cü il bir sıra müsbət hadisələrlə yanaşı kədərli xəbərlərlə

arrow Ətraflı
"Nəsimi" filminə çəkilməyimə Rəşid Behbudov icazə vermədi" like
  • 04 Dek 21:28  
Şou-biznes "Nəsimi" filminə çəkilməyimə Rəşid Behbudov icazə vermədi"

Əməkdar artist Rühəngiz Musəvi "Nəsimi" filmi ilə bağlı yarı

arrow Ətraflı
Restoranlarda Yeni İl menyusu  narazılıqlar olan zaman nə etməli? like
  • 04 Dek 18:30  
Digərləri Restoranlarda Yeni İl menyusu narazılıqlar olan zaman nə etməli?

Yeni il gecəsi üçün restoranlar müxtəlif qiymət aralıqlarında maraqlı

arrow Ətraflı