300 min manat rüşvət almaqda ittiham olunur:
Kriminal 06 Dek 2024 17:15:00 110 0
"Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu xəbəri də oxu: Əhsən Dadaşovun 100 illiyinə həsr olunan gecə keçirilib – FOTO
Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron Regional İdarəsinin rəisi Əliyev Arzu Təvəkgül oğlunun qanunsuz əməlləri barədə həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaqla Arzu Əliyevin həmin vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə edərək 2019-2020-ci illər ərzində rəhbərlik etdiyi qurumun istifadəsində olmaqla Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq satılması, çoxsaylı şəxslər tərəfindən zəbt olunmaqla tikinti işlərinin aparılmasına şərait yaradılması və himayədarlıq göstərilməsi müqabilində ona müraciət etmiş ayrı-ayrı şəxslərdən ümumilikdə 300 min manatdan artıq pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Arzu Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılmaqla hazırda istintaq tədbirləri davam etdirilir.
Dekabrın 6-da Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü lise
Türkiyədə yayımlanan məşhur "Master Chef Türkiye"nin aşpazı
''BASE 2024''də Azərbaycan guşəsi
Vəfa Şərifovanın vətəndaş nikahında yaşadığı Familin qanuni xanımı
Müdafiə Nazirliyinin 143 milyonluq cinayətdə təqsirli bilinərək məhkum e
Azərbaycanın Xalq artisti Şərqiyyə Hüseynovanın səhhəti pisləşib.
Bir dövrə damğasını vuran "Çocuklar Duymasın" serialında canla
Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərin
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Mil
İşsizlikdən Sığorta Fondunun gəlirləri əsasən işçilər və işə göt
2024-cü il bir sıra müsbət hadisələrlə yanaşı kədərli xəbərlərlə
Əməkdar artist Rühəngiz Musəvi "Nəsimi" filmi ilə bağlı yarı
Yeni il gecəsi üçün restoranlar müxtəlif qiymət aralıqlarında maraqlı
Bir çox ölkələr danışıqlar üçün öz ərazilərini verməyə hazır old