İşsizlərə ŞAD XƏBƏR: 17 milyon manat ayrılır, kimlərə veriləcək?


Digərləri 05 Dek 2024 12:00:00 186 1

İşsizlərə ŞAD XƏBƏR: 17 milyon manat ayrılır, kimlərə veriləcək?

İşsizlikdən Sığorta Fondunun gəlirləri əsasən işçilər və işə götürənlər tərəfindən verilən vəsaitlərdən ibarətdir.

Son.az xəbər verir ki, işsizliyə görə edilən ödənişlər isə Fondun büdcəsinin cüzi bir hissəsini təşkil edir.

Gələn il üçün nəzərdə tutulan büdcə layihəsində işsizliyə görə sığorta ödənişlərinə 17 milyon manatın ayrılması planlaşdırılır ki, bu da ümumi xərclərin 8,2 faizini təşkil edir.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, Fondun büdcəsində işsizliyə görə ödənişin az olmasının səbəbi qanunvericiliklə əlaqəlidir. O, həmçinin qeyd edib ki, işsizlərə ödənilən bu məbləğin məhdud bir qrup üçün ayrılması, vəsaitin tam istifadə olunmamasına səbəb olur. Yəni, ümumilikdə az olan məbləğin bir hissəsi xərclənmir. Müqayisə üçün, 2025-ci ildə Fondun büdcəsinin 57 faizinin müxtəlif dövlət qurumlarının saxlanılması və onların göstərdiyi xidmətlərə sərf ediləcəyi gözlənilir. Bəs, bu vəsaiti kimlər ala biləcək? Məsələ ilə balı deputat Vüqar Bayramov bildirib ki, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlarımız üçün nəzərdə tutulub. Belə ki, ödəniş dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verildiyi hallarda vətəndaşa ödənilir. 

Bu zaman həmin şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyatdan keçməsi vacibdir. Bundan sonra şəxs sığorta ödənişi almaq üçün ərizə və ərizəyə tikilməli olan sənədləri təqdim edir və sığorta ödənişi təyin edilir. "Müraciət edən şəxsin əmək müqaviləsinin müddətinin qutarmasına görə işdən azad olunursa işsizliyin başlamasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə 24 aydan, hüquqi şəxs ləğv edildikdə və işçilərin sayı və ya ştatları ixtisar edildikdə, müəssisənin mülkiyyətçisinin dəyişməsi və digər hallar ilə əlaqədar hallarda işdən azad olunarsa, işsizliyin başlamasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olması əsas tələblərdəndir. Ödəniş sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. Həmin məbləğ əvvəlki ildə ölkə üzrə orta aylıq əməkhaqqı məbləğindən çox və minimum sığorta ödənişi məbləğindən az ola bilməz.

Deməli, qeyd olunan hallarda iş yerlərini itirən vətəndaşlarımız ərizə ilə müraciət edərək işsizlər üçün nəzərdə tutulan vəsaiti ala bilərlər". Aysel Əkbər Son.az

2024cü ildə bu məşhur simaları itirdik like
  • 05 Dek 11:59  
Digərləri 2024cü ildə bu məşhur simaları itirdik

2024-cü il bir sıra müsbət hadisələrlə yanaşı kədərli xəbərlərlə

arrow Ətraflı
"Nəsimi" filminə çəkilməyimə Rəşid Behbudov icazə vermədi" like
  • 04 Dek 21:28  
Şou-biznes "Nəsimi" filminə çəkilməyimə Rəşid Behbudov icazə vermədi"

Əməkdar artist Rühəngiz Musəvi "Nəsimi" filmi ilə bağlı yarı

arrow Ətraflı
Restoranlarda Yeni İl menyusu  narazılıqlar olan zaman nə etməli? like
  • 04 Dek 18:30  
Digərləri Restoranlarda Yeni İl menyusu narazılıqlar olan zaman nə etməli?

Yeni il gecəsi üçün restoranlar müxtəlif qiymət aralıqlarında maraqlı

arrow Ətraflı
"Rusiya  Ukrayna danışıqları üçün heç bir əsas yoxdur" like
  • 04 Dek 18:23  
Dünya "Rusiya Ukrayna danışıqları üçün heç bir əsas yoxdur"

Bir çox ölkələr danışıqlar üçün öz ərazilərini verməyə hazır old

arrow Ətraflı
Məktəbli yoldaşını yaralayan şagird saxlanıldı like
  • 04 Dek 17:27  
Digərləri Məktəbli yoldaşını yaralayan şagird saxlanıldı

Məktəbli yoldaşını yaralayan şagird saxlanılıb.

arrow Ətraflı
Daha bir tanınmış jurnalistə vəzifə verildi like
  • 04 Dek 16:54  
Digərləri Daha bir tanınmış jurnalistə vəzifə verildi

Tanınmış jurnalist Cəmaləddin Quliyev Dini Qurumlarla İş üzrə Dövlət

arrow Ətraflı
33 milyon manatı ölkəyə qaytarmayan şəxslər ifşa edildi like
  • 04 Dek 16:27  
Digərləri 33 milyon manatı ölkəyə qaytarmayan şəxslər ifşa edildi

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda

arrow Ətraflı
Sulu qəlyanın quru ölümü like
  • 04 Dek 16:20  
Digərləri Sulu qəlyanın quru ölümü

Qəlyan son illərdə gənclər arasında populyarlığı artan bir vərdişdir.

arrow Ətraflı
Bakıda yaşayan əhalinin sayı açıqlandı like
  • 04 Dek 16:11  
Digərləri Bakıda yaşayan əhalinin sayı açıqlandı

Bakı şəhərində yaşayan əhalinin sayı açıqlanıb.

arrow Ətraflı
Türkana efirdə bahalı üzük hədiyyə gəldi: "Səni alan mən olacağam"  VİDEO like
  • 04 Dek 13:53  
Şou-biznes Türkana efirdə bahalı üzük hədiyyə gəldi: "Səni alan mən olacağam" VİDEO

ATV-də yayımlanan "Gün ortası" verilişində maraqlı anlar yaşan

arrow Ətraflı
Sumqayıtdakı partlayışda yaralananların SON VƏZİYYƏTİ like
  • 04 Dek 13:50  
Digərləri Sumqayıtdakı partlayışda yaralananların SON VƏZİYYƏTİ

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş

arrow Ətraflı
Azərbaycanda axund öldü like
  • 04 Dek 13:44  
Digərləri Azərbaycanda axund öldü

Naxçıvanda ölüm hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycanda bu qədimi sənət UNESCOnun qeyrimaddi irs siyahısına salındı like
  • 04 Dek 07:00  
Digərləri Azərbaycanda bu qədimi sənət UNESCOnun qeyrimaddi irs siyahısına salındı

Azərbaycanın təndirçilik sənəti və çörək bişirmə üsulu BMT-nin Elm,

arrow Ətraflı
60 yaşlı Monika Belluççi sevgilisi ilə  FOTOlar like
  • 04 Dek 02:02  
Şou-biznes 60 yaşlı Monika Belluççi sevgilisi ilə FOTOlar

60 yaşlı məşhur aktrisa Monika Belluççi 66 yaşlı rejissor Tim Burtonla 

arrow Ətraflı
Bu insanlar yata bilmirlər like
  • 04 Dek 01:01  
Digərləri Bu insanlar yata bilmirlər

Oulu Universitetinin alimləri müəyyən ediblər ki, mərhəmətli insanlar yu

arrow Ətraflı