Sumqayıtdakı partlayışda yaralananların SON VƏZİYYƏTİ
Digərləri 04 Dek 2024 13:50:00 125 0
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə TƏBİB-in tibb müəssisələrinə hospitalizasiya olunan 6 nəfərdən 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Bu xəbəri də oxu: Qəzayda həlak olan 13 yaşlı Məhəmmədəlinin
Son.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1 nəfər stasionar müalicədən imtina edib, 3 nəfər isə paytaxtda yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə olunub./APA
-------
11:13
Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 6 nəfər (4 kişi cinsli, 2 qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə təxliyə olunublar.
Son.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına ağır yanıq xəsarətləri ilə yerləşdirilən 1977 (kişi cinsli), 2007 (kişi cinsli) və 2010-cu il (qadın cinsli) təvəllüdlü şəxslərə zəruri tibbi yardımlar göstərilib. Onlar ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunurlar.
Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunan 1952-ci il təvəllüdlü (kişi cinsli) şəxsə arterial hipertenziya səbəbilə zəruri tibbi yardımlar göstərilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
1975-ci il təvəllüdlü (qadın cinsli) şəxsə sol ayağın yüngül kəsilmiş yarası diaqnozu təyin edilib. Sözügedən şəxs stasionar müalicədən imtina edib.
Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsə diz oynağının açıq yarası diaqnozu təyin edilib. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Novxanı bağları massivindəki partlayışla əlaqədar isə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına xəsarət alan 2 nəfər (1 qadın cinsli, 1 kişi cinsli) hospitalizasiya olunub.
1949-cu il təvəllüdlü (kişi cinsli) şəxsə müxtəlif nahiyələrin I, II dərəcəli termiki yanığı diaqnozu, 1959-cu il (qadın cinsli) təvəllüdlü şəxsə əzilmiş, cırılmış yaralar diaqnozları təyin edilib.
1949-cu il təvəllüdlü şəxs ixtisaslı tibbi yardımın göstərilməsi üçün Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur.
Hazırda digər şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır.
Azərbaycanın təndirçilik sənəti və çörək bişirmə üsulu BMT-nin Elm,
60 yaşlı məşhur aktrisa Monika Belluççi 66 yaşlı rejissor Tim Burtonla
Oulu Universitetinin alimləri müəyyən ediblər ki, mərhəmətli insanlar yu
Yeni il bayramına bir aydan da az vaxt qalıb. Ölkə vətəndaşlarının əks
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon d
Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında
Bakı bulvarında qeydə alınan görüntü marağa səbəb olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
MTM-in Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsas
Rusiya işıqları söndürə bilər - Avropada müharibəyə hazırlıq gedir
Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilmə
Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin
Hələb ətrafında baş verən son hadisələr son illərdə donmuş kimi gör�
Bu ilin III rübündə mənzil bazarında qiymət indeksi II rübə nəzərən 3