Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?


Digərləri 04 Dek 2024 00:27:00 99 0

Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?

Yeni il bayramına bir aydan da az vaxt qalıb. Ölkə vətəndaşlarının əksəriyyəti bayramı müxtəlif şəhər və rayonlarımızda qarşılayırlar. Bu hal regionlarda gündəlik kirayə qiymətlərinə də öz təsiri göstərir. Artıq indidən evlərin kirayələnməsinə başlanılıb.

Son.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən turizm məsələləri üzrə ekspert Azər Həsənov bildirib ki, artıq bir neçə ildir qeyri-iş günləri ilə bağlı regionlara güclü axın olur.

"Bunun da əsas səbəbi xarici turların və yerli hotellərin qiymətinin baha olmasıdır.

Bu hal regionlarda gündəlik kirayə qiymətlərinə öz təsiri göstərir. Hər il olduğu kimi, bu il də belə olacaq. Qiymətlər evin otaq sayına və şəraitinə uyğun olaraq dəyişir. Adi günlərdə 50 manata təklif olunan gündəlik ikiotaqlı kirayə evin qiyməti bayram ərəfəsində minimum 80 manat olur.

Qiymətlər regionlardan asılı olaraq dəyişir. Bayramda ən bahalı gündəlik kirayə evlər İsmayıllı-Qəbələ, Quba-Qusar bölgəsində rast gəlinir. Belə ki, bu rayonlarda sadə evlərin qiyməti 100 manatdan başlayır. Şəki-Qax-Zaqatala bölgəsində qiymətlər nisbətən ucuzdur. Bu rayonlarda sadə evlərin günlük kirayəsi 50 manatdan başlayır.

Bölgələrdə villalar var ki, orada bir neçə ailə qala bilir. Həmin villaların hər şəraiti var. Belə villaların günlük qiymətləri 350-500 manat aralığında dəyişir. Belə villaları üç, dörd ulduzlu hotellərlə müqayisə etmək olar".

Daşınmaz əmlak məsələləri üzrə ekspert Pünhan İsmayılov bildirib ki, Yeni il və digər bayramlarda insanların daha çox səyahət etməsi və rayonlara getməsi təbii haldır.

"Bu dövr ərzində rayondakı kirayə evlərə olan tələbin artması qiymətlərin yüksəlməsinə səbəb olur. Həmçinin, bayramda daha çox ailəvi səyahət və qonaq gəlmə halları olduğu üçün kirayə evlərə tələbat artır.

Azərbaycanda bəzi rayonlar turizm baxımından cazibədar bölgələrdir. Xüsusilə qış turizminin inkişaf etdiyi rayonlarda (məsələn, Quba, Qusar, Şəki, İsmayıllı və s.) Yeni il və bayram dövründə turist axını artdıqca, kirayə evlərə tələbat yüksəlir və bu da qiymət artımına səbəb olur".

Ekspert qeyd edib ki, Yeni il zamanı rayondan şəhərə gələn və ya şəhərdən rayonlara gedən insanlar üçün kirayə evlərə tələbat artır.

"Bu mövsümə xas olaraq artan tələbat xüsusən yerli əhali üçün kirayə qiymətlərinin yüksəlməsinə gətirib çıxarır. Kirayə ev sahibləri bayram dövründə kirayə qiymətlərini artıraraq, daha çox gəlir əldə etməyə çalışırlar. Bu, xüsusən kirayə evlərin sayı məhdud olan bölgələrdə daha çox müşahidə edilir.

Bu səbəblərdən Yeni il və digər bayram dövrlərində Azərbaycanda rayonlarda kirayə evlərin qiymətində artım müşahidə oluna bilər. Tələb artdıqca, təklifin də məhdud olduğu bölgələrdə qiymətlər yüksəlir", - deyə o qeyd edib. Son.az 

Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə etdi like
  • 03 Dek 21:12  
Siyasət Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon d

arrow Ətraflı
Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın oldu like
  • 03 Dek 20:51  
Digərləri Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın oldu

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında

arrow Ətraflı
Bakı bulvarında maraqlı evlilik təklifi  VİDEO like
  • 03 Dek 20:50  
Digərləri Bakı bulvarında maraqlı evlilik təklifi VİDEO

Bakı bulvarında qeydə alınan görüntü marağa səbəb olub.

arrow Ətraflı
Pensiya alanların nəzərinə like
  • 03 Dek 14:29  
Digərləri Pensiya alanların nəzərinə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsi Azərbaycandadır like
  • 03 Dek 14:24  
Digərləri Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsi Azərbaycandadır

MTM-in Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsas

arrow Ətraflı
Ermənistan rəsmisi BMT tribunasından faşist Qaregin Njdeni müdafiə etdi like
  • 03 Dek 12:49  
Siyasət Ermənistan rəsmisi BMT tribunasından faşist Qaregin Njdeni müdafiə etdi

Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilmə

arrow Ətraflı
BMT rəsmisi Ermənistandan bütün azərbaycanlıların qovulduğunu ifşa etdi like
  • 03 Dek 12:44  
Siyasət BMT rəsmisi Ermənistandan bütün azərbaycanlıların qovulduğunu ifşa etdi

Bu günlərdə Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin

arrow Ətraflı
Əsəd uçurumun kənarında: bundan sonra nə olacaq? like
  • 03 Dek 12:41  
Siyasət Əsəd uçurumun kənarında: bundan sonra nə olacaq?

Hələb ətrafında baş verən son hadisələr son illərdə donmuş kimi gör�

arrow Ətraflı
Mənzil almaq istəyənlərin nəzərinə like
  • 03 Dek 12:31  
Digərləri Mənzil almaq istəyənlərin nəzərinə

Bu ilin III rübündə mənzil bazarında qiymət indeksi II rübə nəzərən 3

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq? like
  • 03 Dek 12:24  
Digərləri Sabah Bakıda yağış yağacaq?

Bakıda və Abşeron yarımadasında noyabrın 4-də hava şəraitinin dəyişk�

arrow Ətraflı
Bir evdə yolka bəzəmək neçəyə başa gəlir? like
  • 03 Dek 12:21  
Digərləri Bir evdə yolka bəzəmək neçəyə başa gəlir?

Yeni ilin gəlişinə az qalıb. Bu səbəbdən yeni il şənliklərinin simvolu

arrow Ətraflı
Nazirlər Kabineti təhsillə bağlı mühüm qərar qəbul etdi like
  • 03 Dek 12:14  
Digərləri Nazirlər Kabineti təhsillə bağlı mühüm qərar qəbul etdi

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların yeni Təsnifatı təs

arrow Ətraflı
Magistr olmaq istəyənlərin nəzərinə like
  • 03 Dek 12:12  
Digərləri Magistr olmaq istəyənlərin nəzərinə

"Magistratura təhsilinin məzmunu, təşkili və "magistr" dər�

arrow Ətraflı
ABŞnin Azərbaycandakı səfiri istefa verdi  Səbəbini AÇIQLADI like
  • 03 Dek 12:10  
Siyasət ABŞnin Azərbaycandakı səfiri istefa verdi Səbəbini AÇIQLADI

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi istefa verib.

arrow Ətraflı