33 milyon manatı ölkəyə qaytarmayan şəxslər ifşa edildi


Digərləri 04 Dek 2024 16:27:00 143 0

33 milyon manatı ölkəyə qaytarmayan şəxslər ifşa edildi

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda pul vəsaitlərini ölkəyə qaytarmayan şəxslərin ifşası davam etidirilir.

Son.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına, habelə vergilərin ödənilməsindən yayınmasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə Kərimov Vasif Həsənxan oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması zamanı xəsarət almış I qrup əlillik dərəcəsi olan şəxslər-Nemət Yalçın Oqtay oğlu və Askarov Şəmistan Kidır oğlunun adlarına qeydiyyata alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrindən istifadə etməklə apardığı sahibkarlıq fəaliyyəti zamanı konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 19 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 33 milyon manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmaması və 3 milyon manatdan artıq vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması müəyyən edildiyindən Vasif Kərimov təqsirləndirilən şəxs qismində cəlb olunub və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilmişdir. 

Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə istintaq edilən cinayət işi üzrə "Şam-Od" MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 1,5 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 2,5 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Təhməzov Şamil Kamil oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Sulu qəlyanın quru ölümü like
  • 04 Dek 16:20  
Digərləri Sulu qəlyanın quru ölümü

Qəlyan son illərdə gənclər arasında populyarlığı artan bir vərdişdir.

arrow Ətraflı
Bakıda yaşayan əhalinin sayı açıqlandı like
  • 04 Dek 16:11  
Digərləri Bakıda yaşayan əhalinin sayı açıqlandı

Bakı şəhərində yaşayan əhalinin sayı açıqlanıb.

arrow Ətraflı
Türkana efirdə bahalı üzük hədiyyə gəldi: "Səni alan mən olacağam"  VİDEO like
  • 04 Dek 13:53  
Şou-biznes Türkana efirdə bahalı üzük hədiyyə gəldi: "Səni alan mən olacağam" VİDEO

ATV-də yayımlanan "Gün ortası" verilişində maraqlı anlar yaşan

arrow Ətraflı
Sumqayıtdakı partlayışda yaralananların SON VƏZİYYƏTİ like
  • 04 Dek 13:50  
Digərləri Sumqayıtdakı partlayışda yaralananların SON VƏZİYYƏTİ

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş

arrow Ətraflı
Azərbaycanda axund öldü like
  • 04 Dek 13:44  
Digərləri Azərbaycanda axund öldü

Naxçıvanda ölüm hadisəsi baş verib.

arrow Ətraflı
Azərbaycanda bu qədimi sənət UNESCOnun qeyrimaddi irs siyahısına salındı like
  • 04 Dek 07:00  
Digərləri Azərbaycanda bu qədimi sənət UNESCOnun qeyrimaddi irs siyahısına salındı

Azərbaycanın təndirçilik sənəti və çörək bişirmə üsulu BMT-nin Elm,

arrow Ətraflı
60 yaşlı Monika Belluççi sevgilisi ilə  FOTOlar like
  • 04 Dek 02:02  
Şou-biznes 60 yaşlı Monika Belluççi sevgilisi ilə FOTOlar

60 yaşlı məşhur aktrisa Monika Belluççi 66 yaşlı rejissor Tim Burtonla 

arrow Ətraflı
Bu insanlar yata bilmirlər like
  • 04 Dek 01:01  
Digərləri Bu insanlar yata bilmirlər

Oulu Universitetinin alimləri müəyyən ediblər ki, mərhəmətli insanlar yu

arrow Ətraflı
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir? like
  • 04 Dek 00:27  
Digərləri Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?

Yeni il bayramına bir aydan da az vaxt qalıb. Ölkə vətəndaşlarının əks

arrow Ətraflı
Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə etdi like
  • 03 Dek 21:12  
Siyasət Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon d

arrow Ətraflı
Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın oldu like
  • 03 Dek 20:51  
Digərləri Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın oldu

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında

arrow Ətraflı
Bakı bulvarında maraqlı evlilik təklifi  VİDEO like
  • 03 Dek 20:50  
Digərləri Bakı bulvarında maraqlı evlilik təklifi VİDEO

Bakı bulvarında qeydə alınan görüntü marağa səbəb olub.

arrow Ətraflı
Pensiya alanların nəzərinə like
  • 03 Dek 14:29  
Digərləri Pensiya alanların nəzərinə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

arrow Ətraflı
Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsi Azərbaycandadır like
  • 03 Dek 14:24  
Digərləri Cənubi Qafqazda ən aşağı işsizlik səviyyəsi Azərbaycandadır

MTM-in Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsas

arrow Ətraflı