MNnin 143 milyonluq cinayətdə təqsirli bilinən polkovnikinin cəzası ağırlaşdırıldı
Digərləri 05 Dek 2024 18:54:00 116 0
Müdafiə Nazirliyinin 143 milyonluq cinayətdə təqsirli bilinərək məhkum edilmiş keçmiş idarə rəisi Mahir Şirvanov barəsindəki hökmdən verilmiş protest və şikayətlərə baxılıb.
Bu xəbəri də oxu: Təyyarədə olanlardan 10 nəfəri Balakən rayon sakinləridir SİYAHI
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda yekun qərar çıxarılıb.
Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən təqsirləndirilən şəxs Mahir Şirvanova Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsi ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ilə qaldırılıb.
Vəkilin bəraətlə bağlı şikayəti və protestdə qeyd edilən digər tələblər qəbul edilməyib.
Xatırladaq ki, 143 milyonluq cinayətin üstü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaqla açılıb. Yeyintiyə görə içərində general da olmaqla çoxsaylı zabit cinayət məsuliyyətinə cəlb edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə MN-in Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Mahir Şirvanov da daxil olmaqla üç polkovnikə üzərlərinə düşən ziyanı ödədikləri üçün sanksiya həddindən aşağı cəza verilib. Amma ziyanı ödəməyənlərə münasibətdə daha ağır cəzalar tətbiq edilib.
Azərbaycanın Xalq artisti Şərqiyyə Hüseynovanın səhhəti pisləşib.
Bir dövrə damğasını vuran "Çocuklar Duymasın" serialında canla
Bakıda abadlıq, əsaslı yenidənqurma, tikinti və genişləndirmə işlərin
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Mil
İşsizlikdən Sığorta Fondunun gəlirləri əsasən işçilər və işə göt
2024-cü il bir sıra müsbət hadisələrlə yanaşı kədərli xəbərlərlə
Əməkdar artist Rühəngiz Musəvi "Nəsimi" filmi ilə bağlı yarı
Yeni il gecəsi üçün restoranlar müxtəlif qiymət aralıqlarında maraqlı
Bir çox ölkələr danışıqlar üçün öz ərazilərini verməyə hazır old
Məktəbli yoldaşını yaralayan şagird saxlanılıb.
Tanınmış jurnalist Cəmaləddin Quliyev Dini Qurumlarla İş üzrə Dövlət
Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan külli miqdarda
Qəlyan son illərdə gənclər arasında populyarlığı artan bir vərdişdir.