COP for Hope: COP29da artıq mühüm nəticələr əldə edilib
Digərləri 17 Noy 2024 08:42:00 80 0
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Bu xəbəri də oxu: Çiy də faydalıdır,
Budəfəki müsahibimiz İsrailin iqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə xüsusi elçisi, səfir Qideon Behardır.
Son.az xəbər verir ki, Qideon Behar COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində konfransın çox uğurla keçdiyini qeyd edib.
"Biz artıq konfransın ilk günündə karbon bazarları ilə bağlı 6.4-cü maddə üzrə sazişin imzalanması ilə mühüm bir nailiyyətin şahidi olduq. Azərbaycanın bu uğurdakı rolunu və 200-dək ölkənin nümayəndələrinə göstərilən misilsiz qonaqpərvərliyi yüksək qiymətləndiririk", - deyə səfir bildirib.
Səfir Q.Behar COP29 çərçivəsində səmərəli maliyyə mexanizminin qəbul olunacağına ümid etdiyini bildirib və xüsusilə inkişaf etməkdə olan və kiçik ada dövlətləri üçün iqlim maliyyələşdirilməsinin artırılmasının zəruriliyini vurğulayıb.
"Bu il müşahidə tarixində ən isti il, son on il isə ən isti dövr oldu. İndi hərəkət etməliyik. Biz bu konfransda iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması və karbon bazarları mexanizminin tamamlanması ilə bağlı qərarlı addımlara ümid edirik", - deyə o qeyd edib.
Səfir ölkələri, çoxtərəfli inkişaf banklarını, beynəlxalq maliyyə sistemlərini və özəl sektoru kollektiv hərəkətə çağırıb. İsrailin innovasiya sahəsindəki töhfələrini vurğulayaraq, su təchizatı, kənd təsərrüfatı, qida təhlükəsizliyi və bərpa olunan enerji sahələrində qabaqcıl həllər təqdim edən 20 startapın COP29-da nümayiş olunduğunu bildirib.
"İsrail startaplarından biri havadan su istehsal edir, digəri isə qeyri-keyfiyyətli kənd təsərrüfatı məhsullarını emal edərək, tullantıların və bağlı emissiyaların qarşısını alır. Üçüncü isə atmosferdən karbon dioksidi tutmaq üçün bataqlıq əraziləri bərpa edir", - deyə o izah edib.
Qideon Behar İsraillə Azərbaycanın su ehtiyatlarının idarə olunması, bərpa olunan enerji və kənd təsərrüfatı innovasiyaları sahəsində güclü əməkdaşlığını vurğulayıb.
Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Tur
"New Yorker" moda şəbəkəsinin yaradıcısı və sahibi Fridrix Kna
"Elçin, sənin müsahibəni gördük. Hətta sosial şəbəkələrdə də
"Bakıda keçirilən COP29 sammitində çox ilhamverici bir gün keçirdik.
İmişlidə xurma bağlarında meyvə tədarükünə başlanıb.
Yalan danışmaq xoşagəlməz bir haldır. Uşaqlar valideynlərinə yalan dan�
Noyabrın ikinci yarısında bəzi bürclər üçün xüsusi uğur və dəyişik
Dünyaca məşhur müğənni Rihanna küçədə görüntülənib.
Siqareti tərgitmək istəyənlər üçün bir çox məhsul və metod mövcuddur
Müğənni Türkan Vəlizadənin yeni fotosessiyasındakı geyimləri qadınlar�
Qəbzliyin qarşısını almaq və onu müalicə etmək üçün həm qidalanma,
Hamilə qadın həyat yoldaşının onu xəstəxanaya yerləşdirdikdən sonra x
Son 30 ildə dünyada şəkər xəstəliyi halları ikiqat artıb. Dünya Səhiy