Hansı balıq orqanizm üçün daha faydalıdır?


Digərləri 17 Noy 2024 09:22:00 72 0

Hansı balıq orqanizm üçün daha faydalıdır?

"Qidalanmanın sağlam olması üçün ət və balıq arasında seçim olmamalıdır. Tam rasion üçün hər ikisi vacibdir".

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Yekaterina Kaşux danışıb.

Onun sözlərinə görə, həkimlər həftədə ən azı iki dəfə balıq yeməyi məsləhət görürlər.

"Bu, rasionu müxtəlifləşdirməyə və sağlamlığın qorunması üçün lazım olan maddələri əldə etməyə kömək edəcək".

Ekspert balığın yüksək keyfiyyətli zülal mənbəyi olduğunu bildirib.

"Bu qida yaxşı mənimsənilir. Belə yeməkdən sonra qarında ağırlıq hissi yaranmır. Balıq təkcə sümüklərin sağlamlığı və ürəyin normal fəaliyyəti üçün lazım olan kalsiumla zəngin deyil. O, sinir, immun və ürək-damar sistemi üçün vacib olan "omeqa-3" yağ turşuları ilə zəngindir. Beynin işi və sağlam hormon balansının saxlanması da bunlardan asılıdır. Qızılbalıqda, həmçinin "D", "B12" vitaminləri, fosfor, kalsium, sink, dəmir, maqnezium, kalium və yod var. Bütün bu mikronutrientlər sağlamlıq üçün vacibdir", - deyə Kaşux qeyd edir.

O, ən faydalı dəniz məhsullarının rəsmi reytinqinin mövcud olmadığını vurğulayıb.

"Lakin bəzi dəniz məhsulları sağlamlıq üçün xüsusilə dəyərli hesab olunur. Sağlamlıq üçün faydalı balıq siyahısını qızılbalıqsız təsəvvür etmək mümkün deyil. "Omeqa-3" tərkibinə görə onu yalnız treska ciyəri üstələyir, lakin o çox kalorilidir. "Omeqa-3" əvəzolunmazdır, yəni insan orqanizmində bu turşular sintez olunmur. Onları yalnız qida ilə əldə etmək olar. Onlar xolesterin səviyyəsinin normallaşmasına və bu yağabənzər maddənin zərərli fraksiyalarının konsentrasiyasının azalmasına kömək edir. Xolesterin artıqlığı insult və infarkt riskini artırır. Qızılbalıq həmçinin "D" vitamini ilə zəngindir - o, sinir və immun sisteminin işinə təsir edir, sümüklərin və dişlərin möhkəmlənməsi üçün vacibdir", - deyə ekspert qeyd edir.

Faydalı dəniz məhsulları siyahısında liderlik mövqeyini qızılbalıqla bərabər digər yağlı balıq növləri - siyənək, sardina və forel də bölüşə bilər.

"Mağaza rəflərində asanlıqla tapmaq mümkün olan faydalı balığa başqa bir misal skumbriyadır. O da "omeqa-3"lə zəngindir. Bu, zülal və "B12" vitamininin əla mənbəyidir, onun çatışmazlığı anemiya riskini artırır və sinir sisteminin işinə, həmçinin görmə, həzm, saç və dırnaqların vəziyyətinə təsir edir", - deyə mütəxəssis şərh edir.

Həkimin sözlərinə görə, rasiona treska da daxil edilməlidir.

"O, azkalorili və zülalla zəngindir, həmçinin selen və yod kimi vitamin və minerallar var. Treska dəri, saç və dırnaqların sağlamlığını qorumağa kömək edir, həmçinin qalxanabənzər vəzin normal işləməsinə şərait yaradır", - deyə Kaşux bildirir.

Yeri gəlmişkən xatırladaq ki, yağlı balıqlar, xüsusən qızılbalıq, sardina və skumbriya stresin qarında yaratdığı piyi əridən "sehrli" qidalar siyahısındadır.

Kaşux civə tərkibi yüksək olduğu üçün daha az yeyilməli olan balıqlar barədə də danışıb.

"Bu, orqanizmdə toplanan və sinir sisteminə toksik təsir göstərə bilən ağır metaldır. Civə demək olar ki, bütün balıqlarda var, lakin bəzi dəniz məhsullarında, məsələn, tuna, makrel və qılıncbalığında onun miqdarı xüsusilə çoxdur", - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.

"Əlinin istiliyinə qədər hər şeyi hiss edirəm  VİDEO like
  • 17 Noy 09:15  
Şou-biznes "Əlinin istiliyinə qədər hər şeyi hiss edirəm VİDEO

Əməkdar artist Lalə Məmmədova "Maqazin Plus"-a müsahibəsində d

arrow Ətraflı
Energetika naziri vəzifəsinə like
  • 17 Noy 09:06  
Dünya Energetika naziri vəzifəsinə

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkənin energetika naziri və

arrow Ətraflı
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu like
  • 17 Noy 08:59  
Dünya Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu

Rusiyanın Moskva şəhərində yerləşən Şeremetyevo hava limanında azərba

arrow Ətraflı
"Bir gece masalı"nda yeni sima like
  • 17 Noy 08:44  
Şou-biznes "Bir gece masalı"nda yeni sima

"Bir Gece Masalı" serialının aktyor heyətinə çox gözəl və u�

arrow Ətraflı
COP for Hope: COP29da artıq mühüm nəticələr əldə edilib like
  • 17 Noy 08:42  
Digərləri COP for Hope: COP29da artıq mühüm nəticələr əldə edilib

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�

arrow Ətraflı
Almaxanım xeyli çəki itirdi like
  • 17 Noy 08:20  
Şou-biznes Almaxanım xeyli çəki itirdi

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Tur

arrow Ətraflı
“New Yorker”in qurucusu vəfat etdi like
  • 17 Noy 07:24  
Dünya “New Yorker”in qurucusu vəfat etdi

"New Yorker" moda şəbəkəsinin yaradıcısı və sahibi Fridrix Kna

arrow Ətraflı
Zaurdan müğənniyə qarşı hörmətsizlik: Əsəbiləşərək efiri tərk etdi  VİDEO like
  • 17 Noy 07:10  
Şou-biznes Zaurdan müğənniyə qarşı hörmətsizlik: Əsəbiləşərək efiri tərk etdi VİDEO

"Elçin, sənin müsahibəni gördük. Hətta sosial şəbəkələrdə də

arrow Ətraflı
COP29da ilhamverici bir gün yaşadıq  Britaniya inkişaf naziri like
  • 17 Noy 06:48  
Digərləri COP29da ilhamverici bir gün yaşadıq Britaniya inkişaf naziri

"Bakıda keçirilən COP29 sammitində çox ilhamverici bir gün keçirdik.

arrow Ətraflı
"Birinci insanların ayaqqabısına baxıram" like
  • 17 Noy 06:30  
Şou-biznes "Birinci insanların ayaqqabısına baxıram"

Müğənni Xatirə İslam kamera qarşısına keçib.

arrow Ətraflı
Azərbaycanda bu məhsul bolluq dövrünü yaşayır like
  • 17 Noy 06:17  
Digərləri Azərbaycanda bu məhsul bolluq dövrünü yaşayır

İmişlidə xurma bağlarında meyvə tədarükünə başlanıb.

arrow Ətraflı
Uşağınız niyə yalan danışır? like
  • 17 Noy 06:06  
Digərləri Uşağınız niyə yalan danışır?

Yalan danışmaq xoşagəlməz bir haldır. Uşaqlar valideynlərinə yalan dan�

arrow Ətraflı
Noyabrın ikinci yarısında böyük uğurlar bu bürcləri gözləyir like
  • 17 Noy 05:05  
Digərləri Noyabrın ikinci yarısında böyük uğurlar bu bürcləri gözləyir

Noyabrın ikinci yarısında bəzi bürclər üçün xüsusi uğur və dəyişik

arrow Ətraflı
Kürk və dekoltesi ilə diqqət çəkdi  FOTOlar like
  • 17 Noy 04:04  
Şou-biznes Kürk və dekoltesi ilə diqqət çəkdi FOTOlar

Dünyaca məşhur müğənni Rihanna küçədə görüntülənib.

arrow Ətraflı
Siqareti bu məhsullarla tərgidə bilərsiniz like
  • 17 Noy 03:03  
Digərləri Siqareti bu məhsullarla tərgidə bilərsiniz

Siqareti tərgitmək istəyənlər üçün bir çox məhsul və metod mövcuddur

arrow Ətraflı