Azərbaycanda bu məhsul bolluq dövrünü yaşayır
Digərləri 17 Noy 2024 06:17:00 130 0
İmişlidə xurma bağlarında meyvə tədarükünə başlanıb.
Bu xəbəri də oxu: Türkiyədə ödənişli hərbi xidmətin məbləği artdı
Son.az Xəzər TV-yə istinadən bildirir ki, xurma bağları rayonun Şahverdili kəndində daha çox əkilib. Kənddəki təsərrüfatların demək olar ki, 90 faizdən çoxunda xurma ağacları var.
Kənd sakini Nəbi Vəliyev deyir ki, bağda "şişburun" xurma növləri də var, amma içi qara olan növlər daha çox satılır.
Onun sözlərinə görə, hazırda məhsul bol, qiymətlər isə münasibdir. Xurmanın kiloqramı pərakəndə halda 90 qəpiyə, topdan satışla isə 40 qəpiyədir. Məhsul əsasən yerli bazarlara təhvil verilir. Lakin xaricdən də sifarişlər olur.
Fermerlər qeyd edirlər ki, ötən illərə nisbətən bu il xurma bağlarında daha çox məhsul yetişib. Çünki xurma bağlarında bu il demək olar ki, xəstəlik və ziyanvericilərə rast gəlinməyib. Bu da məhsuldarlığa müsbət təsir edib.
Qeyd edək ki, Şahverdili kəndində 200-dən çox təsərrüfatda hər il bağlardan 300 tondan çox məhsul tədarük edilir. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Yalan danışmaq xoşagəlməz bir haldır. Uşaqlar valideynlərinə yalan dan�
Noyabrın ikinci yarısında bəzi bürclər üçün xüsusi uğur və dəyişik
Dünyaca məşhur müğənni Rihanna küçədə görüntülənib.
Siqareti tərgitmək istəyənlər üçün bir çox məhsul və metod mövcuddur
Müğənni Türkan Vəlizadənin yeni fotosessiyasındakı geyimləri qadınlar�
Qəbzliyin qarşısını almaq və onu müalicə etmək üçün həm qidalanma,
Hamilə qadın həyat yoldaşının onu xəstəxanaya yerləşdirdikdən sonra x
Son 30 ildə dünyada şəkər xəstəliyi halları ikiqat artıb. Dünya Səhiy
Hazırda ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiy
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Kürdəmirdə doğuş üçün xəstəxanaya gətirilən 20 yaşlı ananın uşa�
Yeni ilə kolleqanıza hədiyyə seçərkən onun maraqlarını, iş şəraitini
Beynəlxalq Muğam Mərkəzində Aşıq musiqisindən ibarət konsert proqramı