Milli Dirçəliş Günüdür


Digərləri 17 Noy 2024 00:03:00 104 0

Milli Dirçəliş Günüdür

Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu.

Ötən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi "beyin mərkəzi"nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.

Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli- mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı oldu.

1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada muxtar respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Günün qoroskopu: Mənasız xərclərə yol verməyin like
  • 17 Noy 00:01  
Digərləri Günün qoroskopu: Mənasız xərclərə yol verməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Azərbaycanda doğuş zamanı növbəti uşaq ölümü like
  • 16 Noy 23:54  
Digərləri Azərbaycanda doğuş zamanı növbəti uşaq ölümü

Kürdəmirdə doğuş üçün xəstəxanaya gətirilən 20 yaşlı ananın uşa�

arrow Ətraflı
Yeni ilə kolleqamıza nə hədiyyə edək? like
  • 16 Noy 23:45  
Digərləri Yeni ilə kolleqamıza nə hədiyyə edək?

Yeni ilə kolleqanıza hədiyyə seçərkən onun maraqlarını, iş şəraitini

arrow Ətraflı
COP 29a həsr olunmuş Aşıq musiqisindən ibarət konsert proqramı təqdim olundu like
  • 16 Noy 23:37  
Kriminal COP 29a həsr olunmuş Aşıq musiqisindən ibarət konsert proqramı təqdim olundu

Beynəlxalq Muğam Mərkəzində Aşıq musiqisindən ibarət konsert proqramı

arrow Ətraflı
Fatimə qadağan olunmuş yerdə FOTO çəkdirdi like
  • 16 Noy 23:32  
Şou-biznes Fatimə qadağan olunmuş yerdə FOTO çəkdirdi

Rəqqasə Fatimə Fətəliyeva istirahət üçün Türkiyəyə yollanıb. 

arrow Ətraflı
Ermənipərəst Pallone Azərbaycana niyə gəlib? like
  • 16 Noy 23:14  
Siyasət Ermənipərəst Pallone Azərbaycana niyə gəlib?

Xəbər verdiyimiz kimi ABŞ-ın erməni lobbi hərəkatının əsas fiqurların

arrow Ətraflı
Bakıda kafe yandı like
  • 16 Noy 23:04  
Digərləri Bakıda kafe yandı

Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib.

arrow Ətraflı
39 yaşlı Əməkdar artist faciəvi şəkildə öldü like
  • 16 Noy 23:01  
Şou-biznes 39 yaşlı Əməkdar artist faciəvi şəkildə öldü

Mariinski Teatrının baş rəqqası Vladimir Şklyarov vəfat edib.

arrow Ətraflı
Şiddətə məruz qalmış Azərbaycan QHT təmsilçiləri bəyanat yaydı like
  • 16 Noy 22:48  
Siyasət Şiddətə məruz qalmış Azərbaycan QHT təmsilçiləri bəyanat yaydı

Bir qrup Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçisi ABŞ konqresmeninin

arrow Ətraflı
"Uşağını atıb qaçan anaataları qınamamalıyıq" like
  • 16 Noy 22:46  
Şou-biznes "Uşağını atıb qaçan anaataları qınamamalıyıq"

Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində küçələrd�

arrow Ətraflı
Dekabrda bu bürclər sanki ikinci dəfə doğulacaq  bu dəfə "xalxın uşağı" siz olacaqsınız like
  • 16 Noy 22:24  
Digərləri Dekabrda bu bürclər sanki ikinci dəfə doğulacaq bu dəfə "xalxın uşağı" siz olacaqsınız

Dekabr ayında bəxti gətirəcək bürclər, əsasən, bəzi astroloji tranzitl

arrow Ətraflı
Siyəzəndə ağır qəza  ölən var like
  • 16 Noy 22:12  
Digərləri Siyəzəndə ağır qəza ölən var

Siyəzən rayonunun Yenikənd kəndi ərazisində 39 yaşlı A.Teymurovun idarə

arrow Ətraflı
Xalq artistlərinə xarici ölkədə ev verdilər like
  • 16 Noy 22:00  
Şou-biznes Xalq artistlərinə xarici ölkədə ev verdilər

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına Özbəkistanın

arrow Ətraflı
Xalq artistinin oğlu vəfat etdi like
  • 16 Noy 21:48  
Şou-biznes Xalq artistinin oğlu vəfat etdi

Xalq artisti Kamal Xudaverdiyevin oğlu vəfat edib.

arrow Ətraflı
İllərə görə xasiyyətinizi öyrənin  Astroloji dəyərləndirmə like
  • 16 Noy 21:38  
Digərləri İllərə görə xasiyyətinizi öyrənin Astroloji dəyərləndirmə

Əsasən şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik döv

arrow Ətraflı