Ermənipərəst Pallone Azərbaycana niyə gəlib?
Siyasət 16 Noy 2024 23:14:00 129 0
Xəbər verdiyimiz kimi ABŞ-ın erməni lobbi hərəkatının əsas fiqurlarından biri olan, Azərbaycanın ərazi bütövlüyünü tanımayan və ölkəmizə qarşı sanksiyalar tələb edən Frank Pallone hazırda Bakıda keçirilən yüksək səviyyəli COP29 tədbirində iştirak edir.
Bu xəbəri də oxu: Monteneqro Parlamentinin sədri Azərbaycana başsağlığı verib
Bəs ermənipərəst Pallonenin Azərbaycana səfər etməkdə məqsədi nədir?
"Bu onun növbəti avantürasına bənzəyir..."
Son.az bildirir ki, politoloq Elxan Şahinoğlu məsələyə bu cür şərh verib:
"Ermənipərəst konqresmen Frenk Pallone Bakıya ilk dəfə deyil gəlib. O 1999-cu ildə Konqresin bir qrup nümayəndəsi ilə Azərbaycanda səfərdə olub. Həmin il konqresmenlərlə görüşən mərhum dövlət başçısı Heydər Əliyev Azərbaycan torpaqlarının işğal altında qalmasına ədalətsiz yanaşmalarına görə onları tənqid etmişdi. Konqresmenlər helikopterlə çadır şəhərçiklərinin birinə gedib orada yaşayan insanların bir qismi ilə görüşmüşdülər. Təkcə Frenk Pallone qaçqınlarla görüşməkdən imtina etmişdi. Maraqlıdır ki, həmin il Frenk Pallone Azərbaycana xanımı ilə gəlmişdi. Həmin görüşün maraqlı məqamlarından biri də buydu ki, konqresmenlər Heydə Əliyevdən mətbuatı görüşü tərk etmələrini istəmişdilər. Bunu belə əsaslandırmışdılar ki, onlar Bakıda mətbuat konfransı keçirəcəklər. Buna baxmayaraq, Heydər Əliyev onlarla razılaşmayaraq görüşdə medianın iştirakını təmin etmişdi.
Frenk Pallone Azərbaycan həqiqətlərini 25 il əvvəl yerindəcə dinləmək imkanı qazanıb. Ancaq bu onun ermənipərəst mövqeyinə təsir etməyib, o əvvəlkitək Azərbaycanı ittiham edib, hətta işğal dövründə Qarabağda olub. 25 ildən sonra Bakıya yenidən gələn Frenk Pallone geri qayıtdıqdan sonra yenə fikirlərini dəyişməyəcək. Sadəcə, Frenk Pallone Konqresin bəlkə də yeganə ermənipərəst üzvüdür ki, ittiham etdiyi Azərbaycana ikinci dəfə səfər etməyi lazım bilib. Doğrudur, o COP29 tədbirinə görə Bakıya gəlib və X platformasındakı hesabında yazıb ki, Amerikanın iqlim dəyişikliyi ilə mübarizədə iştirakı davam edir. Konqresin energetika və ticarət Komitəsinin üzvü olan Pallone yeni prezident Donald Trampın Birləşmiş Ştatları iqlim üzrə Paris sazişindən yenidən çıxarmaq planlarını da pisləyib. Ancaq bunun üçün Azərbaycana gəlməyə ehtiyac yox idi. Bu Frenk Pallonenin növbəti avantürasına bənzəyir. Hər halda ABŞ-ın erməni lobbisi üçün də bu sual maraqlıdır: "Frenk Pallonenin Azərbaycana səfər etməkdə məqsədi nədir?" Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Mariinski Teatrının baş rəqqası Vladimir Şklyarov vəfat edib.
Bir qrup Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçisi ABŞ konqresmeninin
Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində küçələrd�
Dekabr ayında bəxti gətirəcək bürclər, əsasən, bəzi astroloji tranzitl
Siyəzən rayonunun Yenikənd kəndi ərazisində 39 yaşlı A.Teymurovun idarə
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına Özbəkistanın
Əsasən şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik döv
Pivənin "zərərsiz" miqdarı ilə bağlı fikir bildirərkən, bunun
BMT-nin İqlim Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi dünya
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Mənfi düşüncəni iyirmi birinci əsrin əsl bəlası adlandırmaq olar.
Rusiya Ədliyyə Nazirliyi rəsmi səhvlərə görə Pivə həvəskarları Parti
Dünyaca məşhur aktrisa Kelli Rusirfordun "Elie Saab" dəfiləsində