Şiddətə məruz qalmış Azərbaycan QHT təmsilçiləri bəyanat yaydı


Siyasət 16 Noy 2024 22:48:00 123 0

Şiddətə məruz qalmış Azərbaycan QHT təmsilçiləri bəyanat yaydı

Bir qrup Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətlər alması barədə birgə bəyanat yayıb.

Son.az Trend-ə istinadən bəyanatı təqdim edir:

"Biz - bir qrup Azərbaycan QHT təmsilçiləri Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına müraciət edərək Bakıya gəlmiş ABŞ konqresmeni Frank Peloninin göstərişi ilə onun mühafizəçiləri tərəfindən zorakılığa, şiddətə məruz qaldığımızı bəyan edirik.

İslamafob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti Azərbaycana qarşı iftiralar üzərində qurulub. O, ABŞ-da erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib. Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib.

Biz onun Azərbaycana səfərinə etiraz edirik. Onun qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirirək Azərbaycan xalqından üzr istəməsini tələb etmişik. O, müharibə cinayətkarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhz edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək. Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib.

Dinc aksiya zamanı Frank Peloninin mühafizəçiləri bizlərə çoxsaylı xəsarətlər yetirib. Bədənimizin müxtəlif yerlərindən müxtəlif dərəcəli zədələr almışıq.

Bizim həyatımızı yerli hüquq mühafizə orqanları xilas edə bildi. Aksiyanın foto və videoları ictimailəşib. Biz həmin görüntülərin araşdırılmasını, Frank Peloninin mühafizəçiləri, Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Peloni barəsində hüquqi tədbirlər görülməsini tələb edirik. Frank Peloni Azərbaycanda ədalət mühakiməsinə cəlb olunmalıdır.

Biz hüquq mühafizə orqanlarına məruz qaldığımız şiddət və xəsarətlər barədə rəsmi ərizə ilə müraciət edəcəyik".

İmza:

Könül Behdudova - "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin sədri Xatirə Vəliyeva - "Xankəndi" Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Naibə Behdudova - "Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Qəmzə Yusubova - Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Rahilə Mehtiyeva - "Sosial-iqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Amin Məmmədov - "Environmental Protection First" Koalisiyasının həmtəsisçisi Asim Məmmədov - "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Telman Qasımov - "Elmi Araşdırmalar" İctimai Birliyinin sədri Nailə İsmayılova - Yeni Həyat Humanitar Və Sosial Dayaq İctimai Birliyi Fatma Hacıyeva - "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fuad Kərimli - İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin fəalı Elçin Muxtarlı - Sağlamlığa Xidmət İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva - Sosial-İqtisadi və Kənd Təsərrüfatını İnkişafına Dəstək İctimai Birliyinin sədri Ruxsarə Axundova - "Könül Evi"Aztəminatlı Ailələrə Yardım İctimai Birliyinin sədri Mehriban Abdullayeva - "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri İradə Rizazadə - Vətəndaşların Sosial Rifahi Naminə İctimai Birliyinin sədri Rəşad Mehdiyev- "Gilavar Foto Klubu" İctimai Birliyinin sədri Elşad Məmmədli - Vətəndaş Maarifləndirməsi İctimai Birliyinin fəalı Araz Əhmədov - "İnternat Məzunlarının Sosial İnteqrasiyasi" Gənclər İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə - İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Mahirə Əmirhüseyova - XXI əsrin Qadınları İctimai Birliyinin sədri Ədil Ədilzadə - Yeni Həyat-İqtisadi İnkişaf İctimai Birliyinin sədri Ayaz Hüseynov - "Hemofiliyalı Xəstələr" İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva - "Dünya, Ana və Uşaqlar" İctimai Birliyinin sədri

Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

"Uşağını atıb qaçan anaataları qınamamalıyıq" like
  • 16 Noy 22:46  
Şou-biznes "Uşağını atıb qaçan anaataları qınamamalıyıq"

Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində küçələrd�

arrow Ətraflı
Dekabrda bu bürclər sanki ikinci dəfə doğulacaq  bu dəfə "xalxın uşağı" siz olacaqsınız like
  • 16 Noy 22:24  
Digərləri Dekabrda bu bürclər sanki ikinci dəfə doğulacaq bu dəfə "xalxın uşağı" siz olacaqsınız

Dekabr ayında bəxti gətirəcək bürclər, əsasən, bəzi astroloji tranzitl

arrow Ətraflı
Siyəzəndə ağır qəza  ölən var like
  • 16 Noy 22:12  
Digərləri Siyəzəndə ağır qəza ölən var

Siyəzən rayonunun Yenikənd kəndi ərazisində 39 yaşlı A.Teymurovun idarə

arrow Ətraflı
Xalq artistlərinə xarici ölkədə ev verdilər like
  • 16 Noy 22:00  
Şou-biznes Xalq artistlərinə xarici ölkədə ev verdilər

Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına Özbəkistanın

arrow Ətraflı
Xalq artistinin oğlu vəfat etdi like
  • 16 Noy 21:48  
Şou-biznes Xalq artistinin oğlu vəfat etdi

Xalq artisti Kamal Xudaverdiyevin oğlu vəfat edib.

arrow Ətraflı
İllərə görə xasiyyətinizi öyrənin  Astroloji dəyərləndirmə like
  • 16 Noy 21:38  
Digərləri İllərə görə xasiyyətinizi öyrənin Astroloji dəyərləndirmə

Əsasən şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik döv

arrow Ətraflı
Hansı miqdarda pivə içmək zərərsizdir? like
  • 16 Noy 21:30  
Digərləri Hansı miqdarda pivə içmək zərərsizdir?

Pivənin "zərərsiz" miqdarı ilə bağlı fikir bildirərkən, bunun

arrow Ətraflı
Bakı dünyaya səslənir: iqlim problemlərinin həllində simiclik olmamalıdır like
  • 16 Noy 21:26  
Siyasət Bakı dünyaya səslənir: iqlim problemlərinin həllində simiclik olmamalıdır

BMT-nin İqlim Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi dünya

arrow Ətraflı
“Barselona” prezidentinin Bakıdan like
  • 16 Noy 21:21  
Digərləri “Barselona” prezidentinin Bakıdan

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər

arrow Ətraflı
Mənfi düşüncələrdən necə qurtulmaq olar: like
  • 16 Noy 21:08  
Digərləri Mənfi düşüncələrdən necə qurtulmaq olar:

Mənfi düşüncəni iyirmi birinci əsrin əsl bəlası adlandırmaq olar.

arrow Ətraflı
Pivəsevərlər Partiyası yarandı, qeydiyyata almadılar like
  • 16 Noy 20:58  
Dünya Pivəsevərlər Partiyası yarandı, qeydiyyata almadılar

Rusiya Ədliyyə Nazirliyi rəsmi səhvlərə görə Pivə həvəskarları Parti

arrow Ətraflı
Handeni şəkildən kəsdilər like
  • 16 Noy 20:48  
Şou-biznes Handeni şəkildən kəsdilər

Dünyaca məşhur aktrisa Kelli Rusirfordun "Elie Saab" dəfiləsində

arrow Ətraflı
Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib  FOTO like
  • 16 Noy 20:17  
Siyasət Leyla Əliyeva Xəzər dənizinin mühafizəsinə dair dəyirmi masa müzakirələrində iştirak edib FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Na

arrow Ətraflı
Britni Spirs pərəstişkarlarını aldadıb like
  • 16 Noy 20:07  
Şou-biznes Britni Spirs pərəstişkarlarını aldadıb

Məşhur amerikalı müğənni Britni Spirs izləyicilərini aldatmaqda ittiham

arrow Ətraflı