Azərbaycanda doğuş zamanı növbəti uşaq ölümü
Digərləri 16 Noy 2024 23:54:00 145 0
Kürdəmirdə doğuş üçün xəstəxanaya gətirilən 20 yaşlı ananın uşağı ölü doğulub.
Bu xəbəri də oxu: “Sübutlar təyyarənin Rusiya tərəfindən vurulduğunu göstərir” Ağ Ev
Son.az Xəzər TV-yə istinadən bildirir ki, ananın yaxınları həkimləri ittiham edirlər.
Məlumata görə, rayonun Sor-Sor kənd sakini 2004-cü il təvəllüdlü Nailə Cəfərova noyabr ayının 6-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib. Noyabrın 11-nə kimi müalicə olunub və sonradan xəstəxanadan evə buraxılıb. Hamilə qadın noyabr ayının 15-də ağrıları tutduğu üçün yenidən doğuş üçün xəstəxanaya müraciət edib, amma uşağın ana bətnində ölü olduğu məlum olub.
Qaynanası isə iddia edir ki, Nailə Cəfərova xəstəxanaya gətirilərkən həkim ona başqa xəstəsinin olduğunu bildirərək gedib.
Körpənin atası Cahid Cəfərov isə iddia edir ki, həkim onlara əvvəldən hər şeyin qaydasında olduğunu deyib.
Məsələ ilə bağlı TƏBİB-DƏN "Xəzər Xəbər"ə bildirilib ki, xəstənin noyabrın 11-dək tibb müəssisələrində müalicəsi davam etdirilib və zəruri tibbi xidmət göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. O, noyabrın 15-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına təkrar müraciət edib. Hamiləliyin 38-ci həftəsində olan pasiyentin müayinəsi zamanı dölün ölü olduğu müəyyən olunub. Aparılan konsilium nəticəsində süni doğuşla ölü döl ana bətnindən götürülüb. Son.az Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Yeni ilə kolleqanıza hədiyyə seçərkən onun maraqlarını, iş şəraitini
Beynəlxalq Muğam Mərkəzində Aşıq musiqisindən ibarət konsert proqramı
Rəqqasə Fatimə Fətəliyeva istirahət üçün Türkiyəyə yollanıb.
Xəbər verdiyimiz kimi ABŞ-ın erməni lobbi hərəkatının əsas fiqurların
Mariinski Teatrının baş rəqqası Vladimir Şklyarov vəfat edib.
Bir qrup Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçisi ABŞ konqresmeninin
Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində küçələrd�
Dekabr ayında bəxti gətirəcək bürclər, əsasən, bəzi astroloji tranzitl
Siyəzən rayonunun Yenikənd kəndi ərazisində 39 yaşlı A.Teymurovun idarə
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına Özbəkistanın
Əsasən şərq ölkələrində qəbul edilmiş təqvimə əsasən 12 illik döv
Pivənin "zərərsiz" miqdarı ilə bağlı fikir bildirərkən, bunun
BMT-nin İqlim Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi dünya