326 milyonluq qaçaqmalçılıq edənlər məhkəmənin qapalı keçirilməsini istəyib
Digərləri 28 Dek 2024 09:55:00 59 0
Bu xəbəri də oxu: Bakıda yağış, Şahdağ və Qaxda qar yağır FAKTİKİ HAVA
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən istintaqı aparılmış cinayət işi üzrə saxlanılan şəxslər barəsində məhkəmə prosesi olub.
Son.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə iş üzrə baxış iclası keçirilib.
Təqsirləndirilən Elvin Şirinovun müdafiəçisi vəsatətlə çıxış edərək məhkəmələrin qapalı keçirilməsini istəyib. Digər müdafiəçilər də ittiham aktında kommersiya sirlərinin olduğunu əsas gətirərək eyni vəsatətlə çıxış ediblər.
Məhkəmə vəsatəti əsassız sayaraq qəbul etməyib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
"Hidayətov Zöhrab Raqub oğlu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb olunduğu halda belə razılıq olmadan xüsusilə külli miqdarda gəlir əldə etmək üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xüsusilə külli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirərək qaçaqmalçılıq cinayəti törətmişdir.
Belə ki, o, 1 yanvar 2022-ci il tarixindən 24 dekabr 2023-cü il tarixinədək olan müddət ərzində Xudat, Bərdə, Yevlax, həmçinin 25 dekabr 2023-cü il tarixində Xudat, Xaçmaz, Bərdə və digər rayonlarda dövlət qeydiyyatına alınmadan kənd təsərrüfatı istehsalçılarından, bu sahədə qeyri-rəsmi gömrük broker xidməti göstərən şəxslərdən 1 nəqliyyat vasitəsi, yəni yük avtomobili, vaqon üçün 100 manat məbləğində qeyri-rəsmi haqq müqabilində sonuncuların kənd təsərrüfatı məhsullarının vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyata alınmasını təmin etdiyi Şirinov Elvin Valeh oğlunun və Hümbətov Qaçqın Şura oğlunun adından ixrac edilməsini təşkil edib qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq ümumilikdə 1 559 400 manat məbləğində xüsusi külli miqdarda gəlir əldə edib, E.Şirinov və Q.Hümbətovla qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin məhsulların ixrac üçün ərazi gömrük orqanlarına mallar barədə sahiblik, sərəncam vermə hüquqlarını təsdiq edən sənədlərində həmin məhsulların guya E.Şirinov və Q.Hümbətova məxsus olmalarına dair qeydlər aparmaqla, müvafiq sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməyərək 326 milyon 69 min 684 manat məbləğində xüsusilə külli miqdarda malları Azərbaycan Respublikasının Gömrük sərhədindən xarici ölkələrə keçirməklə qaçaqmalçılıq əməlləri törətmişdir".
Təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı özlərini təqsirli bilib etirafedici ifadələr verməklərinə baxmayaraq, məhkəmə zamanı elan olunan ittiham ilə tam razılaşmayıblar.
Məhkəmə şahid ifadəsi ilə davam edib.
Məhkəməyə şahid kimi dəvət olunmuş şəxs ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını, iş materiallarına əlavə olunmuş gömrük sənədlərində təqsirləndirilən şəxslərin guya ondan kənd təsərrüfatı məhsulunu satın alıb xaricə ixrac etdikləri göstərilsə də o, heç kimə mal satmadığını, həmin şəxslərlə iş birliyinin olmadığını və bu şəxslərin belə saxta sənədlər tərtib etdiklərindən xəbərsiz olduğunu göstərmişdir.
Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə yenidən əlaq
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevr
Kazan hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və yola salm
2025-ci il astrologiya baxımdan bəzi bürclər üçün böyük şanslar gətir
Azərbaycan Mərkəzi Bankı (AMB) 28 dekabr tarixindən etibarən valyuta məz�
İşlənmiş avtomobil almaq diqqətli yanaşma tələb edən məsuliyyətli bir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Bakıda
Beyləqanda yük və minik avtomobilləri toqquşub, iki nəfər ölüb, bir nə
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yo
Azərbaycan Respublikası Mərkəzi Bankı 2025-ci il üçün pul siyasətinin �
Türkiyənin Diyarbəkir bölgəsində törədilən və bütün ölkəni şoka s
Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində təmir işləri ilə əlaq�
Təyyarə qəzasından sağ çıxan azərbaycanlı Ayhan Bayramzadə qəza anı
Ermənistan hakimiyyəti AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra av