Bayram ərəfəsi qızıl qiymətləri növbəti il üçün nə proqnozlaşdırılır?


Digərləri 28 Dek 2024 08:16:00 61 0

Bayram ərəfəsi qızıl qiymətləri  növbəti il üçün nə proqnozlaşdırılır?

Bu il dünya zərgərlik məmulatları bazarında mühim dəyişikliklərlə yadda qaldı. Müşahidə olunan dəyişikliklər bir sıra mühim iqtisadi, geosiyasi və bazar faktorları ilə izah oluna bilər. Sözsüz ki, dünya bazarındakı zərgərlik məmulatları qiymətində dəyişiklik Azərbaycana da təsirsiz ötüşmədi.

Hazırda dünya bazarlarında, eləcə də, Azərbaycanda qızıl və gümüş istehsalı və qiymətləri hansı səviyyədədir? Yeni İl öncəsi qiymətlər necə dəyişir və növbəti il üçün nə proqnozlaşdırılır?

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov fikirlərini bölüşüb.

O deyib ki, bu il qızılın qiymətində müşahidə olunan dəyişikliklər bir sıra mühim iqtisadi, geosiyasi və bazar faktorları ilə izah olunur.

Mütəxəssisin sözlərinə görə, cari il ərzində baş verən hadisələrə nəzər saldıqda, ABŞ-də faiz dərəcələrinin azaldılması ilə bağlı gözləntilər qızılın qiymətində artıma səbəb olub:

"ABŞ Federal Ehtiyat Sistemi (FES) faiz dərəcələrini dəyişməklə qiymətlərin müvəqqəti enişinə səbəb olsa da, inflyasiyanın azalması və gələcəkdə faizlərin azaldılacağına dair açıqlamaları qızıl bazarına müsbət təsir edib. Bununla yanaşı, Yaxın Şərqdəki geosiyasi gərginliklər və Rusiya-Ukrayna münaqişəsi kimi hadisələr qızılın qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub.

Həmçinin, ABŞ-də keçirilən prezident seçkiləri fonunda yaranmış qeyri-müəyyənliklər qiymət dəyişikliklərinə əlavə təsir göstərib. Seçki nəticələri və dolların möhkəmlənməsi qızılın qiymətlərində müvəqqəti azalmaya səbəb olub, lakin bazar sonradan yenidən sabitləşib.

Dünya iqtisadiyyatında baş verən digər proseslər, xüsusən də Çin və Avropadakı iqtisadi yavaşlama qlobal bazarlara, o cümlədən, qiymətli metallar bazarına təsir edən əsas amillərdən olub".

R.Əmircanov bildirib ki, hazırda London Əmtəə Birjasında qızılın bir unsiyası 2 620 - 2 630 ABŞ dolları diapazonunda ticarət olunur, gümüş isə bir unsiya üçün 30 ABŞ dolları səviyyəsində qiymətləndirilir: "Eyni zamanda, platin 930-950 ABŞ dolları, palladium isə 920-980 ABŞ dolları arasında dəyişir.

Mövcud iqtisadi və geosiyasi proseslər qiymətli metalların, xüsusilə qızılın uzunmüddətli perspektivdə qiymətinin artacağını proqnozlaşdırmağa əsas verir.

Qızılın bir unsiya üçün 3 000 ABŞ dolları həddini keçməsi ilə bağlı psixoloji gözləntilər isə investorların diqqət mərkəzində qalmaqdadır.

Azərbaycanda yerli bazarda da qızıl və gümüşün qiymətləri qlobal bazarlardakı dəyişiklikləri əks etdirir. Yerli bazarda qızılın dəyəri beynəlxalq birjalara uyğun olaraq davamlı şəkildə artır".

Mütəxəssis vurğulayıb ki, dünya bazarlarında qızılın bahalaşması Azərbaycanın qızıl sektoruna birbaşa təsir edir: "Qlobal qiymət artımları ölkəmizdə həm tələbatı artırır, həm də idxal edilən qızıl məhsullarının qiymətini yüksəldir.

Bu proses qızılın strateji əhəmiyyətini gücləndirərək, həm istehlakçıların, həm də investorların diqqətini artırır. Dünya qiymətlərinin rekord səviyyələrə çatdığı bir vaxtda, Azərbaycanın qızıl bazarı bu dəyişikliklərə uyğunlaşmağa davam edir".

Təyyarədə harada oturmaq daha təhlükəsizdir?  Aviasiya təlimatçısından AÇIQLAMA like
  • 28 Dek 08:01  
Digərləri Təyyarədə harada oturmaq daha təhlükəsizdir? Aviasiya təlimatçısından AÇIQLAMA

"Bu, aviasiya ictimaiyyətində olmasını istəmədiyimiz çox ağrılı b

arrow Ətraflı
Bu seriallara görə kanal cəzalandırıldı like
  • 28 Dek 07:57  
Şou-biznes Bu seriallara görə kanal cəzalandırıldı

Radio və Televiziya Ali Şurası (RTÜK), Sözcü TV, Tele 1, Now TV, Flash Hab

arrow Ətraflı
Parkın ətrafına dəmir boruları kim basdırıb? like
  • 28 Dek 07:48  
Digərləri Parkın ətrafına dəmir boruları kim basdırıb?

Yasamal rayonu Hüseyn Cavid parkının yaxınlığında basdırılan dəmir bor

arrow Ətraflı
Yeni il süfrəsində yeyibiçərkən...  Xəbərdarlıq like
  • 28 Dek 07:31  
Digərləri Yeni il süfrəsində yeyibiçərkən... Xəbərdarlıq

Yeni il süfrəsində bayram yeyib-içməyindən ən çox 2 orqan əziyyət çə

arrow Ətraflı
“Baykar” İtaliyanın “Piaggio Aerospace” aviasiya şirkətini alır like
  • 28 Dek 07:23  
Digərləri “Baykar” İtaliyanın “Piaggio Aerospace” aviasiya şirkətini alır

"Baykar" İtaliyanın aviasiya nəhəngi "Piaggio Aerospace"

arrow Ətraflı
Astma xəstəliyindən qurtulmaq istəyirdi, 100 yaşlı nənəsini öldürdü like
  • 28 Dek 07:14  
Digərləri Astma xəstəliyindən qurtulmaq istəyirdi, 100 yaşlı nənəsini öldürdü

Rusiyanın Bryansk vilayətində ac qalan qadın təsadüfən 100 yaşlı nənə

arrow Ətraflı
Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq – FOTO like
  • 28 Dek 06:53  
Digərləri Qəzanı öncədən bilən türk astroloqdan Azərbaycana yeni xəbərdarlıq – FOTO

Xəbər verdiyimiz kimi, türkiyəli məşhur astroloq Ayşen Tokun dekabrın 12

arrow Ətraflı
Kürdəmirdə ağır qəza  ölən və xəsarət alan var like
  • 28 Dek 06:49  
Digərləri Kürdəmirdə ağır qəza ölən və xəsarət alan var

Bakı-Qazax əsas magistral yolununKürdəmir rayonunun Xırdapay kəndindən ke

arrow Ətraflı
2025ci ilin ən pullu bürcü like
  • 28 Dek 06:47  
Digərləri 2025ci ilin ən pullu bürcü

Astroloji proqnozlara görə, 2025-ci ildə bəzi bürclər maliyyə baxımında

arrow Ətraflı
Quterreş İsrail və Yəmən arasındaki gərginliyi pislədi like
  • 28 Dek 06:33  
Dünya Quterreş İsrail və Yəmən arasındaki gərginliyi pislədi

BMT-nin baş katibi İsrail və Yəmən arasında gərginliyi pisləyib.

arrow Ətraflı
"ABŞ iflas edə bilər" like
  • 28 Dek 06:19  
Dünya "ABŞ iflas edə bilər"

 ABŞ milli borcunun artması ilə bağlı vəziyyəti dəyişməsə, müflis o

arrow Ətraflı
COVID19dan sonra insanlarda böyrək funksiyaları daha sürətlə zəifləyir? like
  • 28 Dek 05:05  
Digərləri COVID19dan sonra insanlarda böyrək funksiyaları daha sürətlə zəifləyir?

İsveçin Karolinska İnstitutunun alimləri müəyyən ediblər ki, böyrək fu

arrow Ətraflı
Bu içkilər baş və boyun xərçəngi riskini AZALDIR like
  • 28 Dek 04:04  
Digərləri Bu içkilər baş və boyun xərçəngi riskini AZALDIR

Səhər və ya günorta bir fincan qəhvə və çay istehlakı ağız, boğaz, b

arrow Ətraflı
Kələm yarpaqları ilə bel ağrısına təbii çarə  sadəcə bunu etmək lazımdır like
  • 28 Dek 03:03  
Digərləri Kələm yarpaqları ilə bel ağrısına təbii çarə sadəcə bunu etmək lazımdır

Bel ağrısı müasir dövrdə geniş yayılmış sağlamlıq problemlərindən

arrow Ətraflı