Təyyarədə harada oturmaq daha təhlükəsizdir? Aviasiya təlimatçısından AÇIQLAMA
Digərləri 28 Dek 2024 08:01:00 58 0
"Bu, aviasiya ictimaiyyətində olmasını istəmədiyimiz çox ağrılı bir qəzadır. Təəssüf ki, 62 sərnişin və 5 ekipaj üzvü olan təyyarədə 38 sərnişin həyatını itirib. Bunun quş sürüsü, yoxsa terror aktı olduğunu şərh etmək hələ tezdir. Çünki hesabatda bunların təfərrüatlı şəkildə üzə çıxmasını gözləmək lazımdır".
Bu xəbəri də oxu: Biləsuvarda dəhşətli qəza: 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb YENİLƏNİB
Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu İstanbul Esenyurt Universitetinin müəllimi, Nəqliyyat xidmətləri şöbəsinin müdiri, pedaqoq Seda Korkmaz Qazaxıstanda 38 nəfərin həyatını itirdiyi təyyarə qəzasından danışarkən deyib.
"Qəza baş verməzdən əvvəl kabinədə hazırlıq görüldüyü dəqiqdi. Kapitan da artıq qülləyə fövqəladə vəziyyət barədə elan etmişdi. Salonda belə bir vəziyyətdə, fövqəladə vəziyyət elan edildikdə, bütün sərnişinlər oturacaqlarında oturmalı, təhlükəsizlik kəmərlərini bağlamalı və ayaq üstə qalan sərnişin olmamalıdır. Görüntülərə baxdığımızda kabin rəisinin "Zəhmət olmasa, ayağa qalxmayın, kəmərlərinizi bağlayın" bildirişi davam edir. Təhlükəsizlik kəmərlərinin bağlanması, əgər təyyarə həqiqətən tam şəkildə yerə enərsə, sərnişinlərin həyatını xilas edəcək bir addımdır. Əslində, bu, çox kiçik, lakin çox düzgün bir hərəkətdir. Bu səbəbdən bütün sərnişinlərə demək istəyirəm ki, bütün elanları dinləyin və deyilənlərə uyğun hərəkət edin. Bütün sərnişinlər bu şəkildə hərəkət etməlidirlər", - o bildirib.
Korkmaz kabinənin içindəki görüntülərə baxdıqda bəzi oksigen maskası qapaqlarının açıq olduğunu qeyd edib.
"Bu, bizə belə bir siqnal verir: bütün qapaqlar açıq deyil. Dolayısı ilə, bu, kapitanın bütün oksigen maskalarının qapaqlarını açmadığını göstərir. Buradan birdən-birə təzyiqin artmadığını görürük. Beləliklə, ortada başqa bir vəziyyət var. Sərnişinlərin panikaya düşdüyünü də görürük. Lakin ayağa qalxan sərnişin yox idi. Bu, həqiqətən də mühüm addım idi", - Korkmaz əlavə edib.
Radio və Televiziya Ali Şurası (RTÜK), Sözcü TV, Tele 1, Now TV, Flash Hab
Yasamal rayonu Hüseyn Cavid parkının yaxınlığında basdırılan dəmir bor
Yeni il süfrəsində bayram yeyib-içməyindən ən çox 2 orqan əziyyət çə
"Baykar" İtaliyanın aviasiya nəhəngi "Piaggio Aerospace"
Rusiyanın Bryansk vilayətində ac qalan qadın təsadüfən 100 yaşlı nənə
Xəbər verdiyimiz kimi, türkiyəli məşhur astroloq Ayşen Tokun dekabrın 12
Bakı-Qazax əsas magistral yolununKürdəmir rayonunun Xırdapay kəndindən ke
Astroloji proqnozlara görə, 2025-ci ildə bəzi bürclər maliyyə baxımında
BMT-nin baş katibi İsrail və Yəmən arasında gərginliyi pisləyib.
Beyin xərçəngi hər yaşda rast gəlinə bilər, lakin xüsusilə 15 yaşdan
İsveçin Karolinska İnstitutunun alimləri müəyyən ediblər ki, böyrək fu
Səhər və ya günorta bir fincan qəhvə və çay istehlakı ağız, boğaz, b
Bel ağrısı müasir dövrdə geniş yayılmış sağlamlıq problemlərindən
Yuxuda dron görmək yuxu görən şəxsin işinə görə layiq olduğu qiyməti