Rusiya enişə icazə verməliydi...


Digərləri 27 Dek 2024 21:19:00 161 0

Rusiya enişə icazə verməliydi...

AZAL-a məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğramasından sonra aparıcı beynəlxalq KİV-lər tərəfindən ciddi iddialar yayılıb. Bu iddialarda mülki təyyarənin qəzaya uğramasına səbəb kimi Rusiya raketi göstərilib. Bu isə beynəlxalq Konvensiyanın tələblərinin pozulması deməkdir.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, beynəlxalq hava hüququ sahəsində ən mühüm akt 1944-cü ildə imzalanmış Beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasıdır. 

Azərbaycan bu Konvensiyanın iştirakçısıdır. Rusiya isə bu Konvensiyaya 1970-ci ildə qoşulub. 

Konvensiyada iştirakçı dövlətlərin ərazisi üzərindən uçuş qaydaları, mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tələblər öz əksini tapıb. Bu prinsiplərə dövlətlər tərəfindən ciddi surətdə riayət edilməlidir. Əks halda dövlətlər arasında beynəlxalq hava əlaqələrinin həyata keçirilməsi mümkün ola bilməz. 

Qəzadan sonra sosial şəbəkədə bəzi istifadəçilər "İcazə verilməməsinə baxmayaraq, təyyarə Qroznıya enə bilməzdi?" kimi suallar da verirlər. Bu suala cavab olaraq bildirək ki, Konvensiyanın tələblərinə görə, dövlətin ərazi hüdudlarında uçuş zamanı və ya bu ərazidə olarkən, əcnəbi hava gəmiləri həmin dövlətin müəyyən etdiyi müvafiq qanun və qaydalara ciddi surətdə riayət etməlidir. 

"Euronews"un yaydığı məlumatda qeyd olunub ki, pilotların təcili enişlə bağlı müraciətlərinə baxmayaraq, zədələnmiş təyyarəyə Rusiyanın hava limanlarında yerə enməyə icazə verilməyib və heyətə Xəzər dənizi üzərindən Aktau istiqamətində getməsi bildirilib. Həmçinin qeyd edilib ki, dəniz üzərində bütün uçuş boyu təyyarənin GPS naviqasiya sistemi bloklanıb. 

Təyyarənin Xəzər dənizi üzərindən Aktauya getməsinə gəlincə, bu məqamda qeyd edək ki, müasir beynəlxalq hüququn müddəalarına müvafiq olaraq açıq dəniz və beynəlxalq dəniz boğazları üzərindəki hava məkanı bütün dövlətlərin hava gəmilərinin uçuşları üçün azaddır. Belə hava məkanına beynəlxalq hava məkanı kimi baxmalıdır. Beynəlxalq hava məkanının hüquqi rejiminin əsasını uçuşların azadlığı prinsipi təşkil edir. 

Açıq dəniz üzərində uçuşların azadlığı dövlətlərin beynəlxalq müqaviləyə qoşulmuş və hamı tərəfindən qəbul edilmiş prinsiplərinin, yəni açıq dənizin azadlığı prinsipinin tərkib hissəsidir. 1958-ci ildə "Açıq dəniz barəsində" Cenevrə Konvensiyası müəyyən edib ki, açıq dənizin azadlığı həmin dənizin üzərindəki hava məkanında uçuşların azadlığını özünə aid edir. Bütün dövlətlər açıq dəniz üzərindəki hava məkanında uçuş aparatlarının azad uçuşları həyata keçirmək hüququna malikdirlər. Bir sözlə, açıq dəniz üzərindəki hava məkanı hər hansı bir dövlətin hakimiyyət dairəsinə daxil deyil. 

Onu da xatırlatmaqda fayda var ki, 1996-cı ildə Azərbaycanla Rusiya arasında hava əlaqəsi haqqında Saziş təsdiqlənib.

Bu Sazişə görə, beynəlxalq hava əlaqələrinin həyata keçirilməsi üçün ilkin şərt olan mülki hava gəmisi, onun sərnişinləri və ekipajı üçün təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Razılığa gələn Tərəflər mülki aviasiyanın təhlükəsizliyinin qanunsuz müdaxilə aktlarından müdafiəsini təmin etmək üçün bir-birinə münasibətdə olan öhdəliklərinin, xüsusilə Çikaqo Konvensiyası, 1963-cü il 14 sentyabr tarixində Tokioda imzalanmış "Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında Konvensiya", 1970-ci il 16 dekabr tarixində Haaqada imzalanmış "Hava gəmilərinin qanunsuz zəbt edilməsinə qarşı mübarizə haqqında Konvensiya", 1971-ci il 23 sentyabr tarixində Monrealda imzalanmış "Mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən qanunsuz hərəkətlər əleyhinə mübarizə haqqında Konvensiya" və onu tamamlayan 1988-ci il 24 fevral tarixində Monrealda imzalanmış beynəlxalq mülki aviasiyaya xidmət göstərən aeroportlarda qanunsuz zorakılıq hərəkətləri əleyhinə mübarizə haqqında Protokol çərçivəsində öhdəliklərinin bu Sazişin ayrılmaz hissəsini təşkil etdiyini yenidən təsdiq edirlər.

Razılığa gələn Tərəflər mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsinin və belə hava gəmilərinin, onların sərnişinlərinin və heyətinin, hava limanlarının və aeronaviqasiya vasitələrinin, habelə mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən digər qanunsuz hərəkətlərin, hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərirlər.

Bir daha qeyd edirik, bir-birinə bütün lazımi yardımı göstərirlər. Reallıq isə budur ki, Rusiya tərəfi bu Sazişə də əməl etməyərək təhlükə içində olan sərnişinləri daşıyan təyyarəni başqa istiqamətə yönəldib.

Halbuki yenə Sazişə görə, mülki hava gəmilərinin qanunsuz ələ keçirilməsi ilə bağlı hadisə və ya hadisə təhlükəsi, yaxud belə hava gəmilərinin, onların sərnişinlərinin və heyətin, hava limanlarının və aeronaviqasiya vasitələrinin təhlükəsizliyinə qarşı digər qanunsuz hərəkətlər baş verdikdə, razılığa gələn tərəflər belə hadisəni və ya təhlükəni sağlamlığa qarşı minimal risklə mümkün qədər tez aradan qaldırmaq məqsədi ilə kommunikasiyanı asanlaşdırmaqla və digər müvafiq tədbirlər görməklə bir-birinə kömək göstərirlər.

Qeyd edək ki, faciəvi təyyarə qəzasında 38 nəfər həlak olub, 29 nəfər isə xəsarət alıb. AZAL-ın Müşahidə Şurasının qərarına əsasən, xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödəniləcək. Bununla yanaşı, bütün sərnişinlər Azərbaycan qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.

Milil.Az

Hökümə Əliyevanın yaşadığı evin qarşısı...  VİDEO like
  • 27 Dek 21:09  
Digərləri Hökümə Əliyevanın yaşadığı evin qarşısı... VİDEO

AZAL-ın sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından

arrow Ətraflı
Kuryer bəxşişə görə hamilə qadını BIÇAQLADI like
  • 27 Dek 20:59  
Dünya Kuryer bəxşişə görə hamilə qadını BIÇAQLADI

Florida ştatında pizza kuryeri sifariş verən hamilə qadını çatdırılma

arrow Ətraflı
Bu deputatlara yeni vəzifə verilir like
  • 27 Dek 20:50  
Digərləri Bu deputatlara yeni vəzifə verilir

Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişir.

arrow Ətraflı
Qəzada ölən gənc pilotun anası danışdı  VİDEO like
  • 27 Dek 20:45  
Digərləri Qəzada ölən gənc pilotun anası danışdı VİDEO

AZAL-ın təyyarə qəzasında həlak olmuş pilotlardan biri - Aleksandr Kalya

arrow Ətraflı
Volodimir Zelenski İlham Əliyevə başsağlığı verib like
  • 27 Dek 20:42  
Siyasət Volodimir Zelenski İlham Əliyevə başsağlığı verib

Ukrayna prezidenti Volodimir Zelenski "Azərbaycan Hava Yolları"na m�

arrow Ətraflı
58 yaşlı kişini həkim DÖYDÜ like
  • 27 Dek 20:41  
Digərləri 58 yaşlı kişini həkim DÖYDÜ

Cəlilabadda həkim xəstəni döyüb.

arrow Ətraflı
Bakıda zibil qutuları oğurlandı like
  • 27 Dek 20:40  
Kriminal Bakıda zibil qutuları oğurlandı

Bakıda zibil qutuları oğurlanıb.

arrow Ətraflı
"Sizə ayıb olsun, biz belə etmədik"  FOTO like
  • 27 Dek 20:22  
Şou-biznes "Sizə ayıb olsun, biz belə etmədik" FOTO

Müğənni Günel Zeynalova sosial media hesabında paylaşım edib.

arrow Ətraflı
22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək like
  • 27 Dek 20:20  
Digərləri 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək

Qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından 4-nün cəs�

arrow Ətraflı
"Qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalıdır" like
  • 27 Dek 20:16  
Digərləri "Qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalıdır"

Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın baş vermə səbəb

arrow Ətraflı
Qəzada ölən Ramazan Filiyevin xanımı: "Dedi ki, təyyarə Qroznıya enəndə..." like
  • 27 Dek 20:09  
Digərləri Qəzada ölən Ramazan Filiyevin xanımı: "Dedi ki, təyyarə Qroznıya enəndə..."

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyya

arrow Ətraflı
Dəm qazı daha bir can aldı like
  • 27 Dek 20:07  
Digərləri Dəm qazı daha bir can aldı

Lənkəranda hamam otağında huşsuz tapılan qadın ölüb.

arrow Ətraflı
Qəza görüntülərini lentə alan bloqerin cəzası bəlli oldu like
  • 27 Dek 20:02  
Digərləri Qəza görüntülərini lentə alan bloqerin cəzası bəlli oldu

Qazaxıstanın Aktau şəhərində AZAL təyyarəsinin qəza yerində foto və v

arrow Ətraflı
Qəza ilə bağlı yaraşdırılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib  FOTO like
  • 27 Dek 20:00  
Digərləri Qəza ilə bağlı yaraşdırılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib FOTO

Dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçü

arrow Ətraflı
Əsədin qohumu hava limanında saxlanıldı like
  • 27 Dek 19:57  
Dünya Əsədin qohumu hava limanında saxlanıldı

Livan hakimiyyəti Beyrut beynəlxalq hava limanında Suriyanın keçmiş prezid

arrow Ətraflı