Qəza ilə bağlı yaraşdırılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib FOTO
Digərləri 27 Dek 2024 20:00:00 57 0
Dekabrın 27-də təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının növbəti iclası keçirilib.
Bu xəbəri də oxu: Yeni ildən bu sahələrdə əmək haqqlarında artım olacaq
Nazirlər Kabinetindən Son.az-a verilən məlumata görə, sədr Əli Əsədov bildirdi ki, Komissiya qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı indiyədək görülmüş işləri və qarşıda duran vəzifələri nəzərdən keçirəcək.
Qəza nəticəsində xəsarət alanlara və yaralananlara zəruri yardım göstərilməsi ilə bağlı həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verildi.
Komissiya üzvlərinin səlahiyyətləri üzrə məruzələri dinlənildi.
Komissiya üzvləri yaralıların, həmçinin həlak olanların nəşlərinin Azərbaycana gətirilməsi, həlak olanların dəfn olunması, hazırda vəziyyəti ağır olan vətəndaşların Aktauda davam edən müalicəsinin gedişi ilə bağlı məlumat verdilər.
Qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından 4-nün cəsədinin ölkəyə gətirilməsi və dəfn olunması ilə bağlı zəruri tədbirlərin görüldüyü bildirildi. Həlak olmuş digər 22 şəxsin cəsədlərinin məhkəmə-tibbi ekspertiza və digər zəruri tədbirlər bitdikdən sonra tezliklə ölkəmizə gətirilməsi ilə bağlı məsələlər müzakirə olundu.
Komissiya üzvlərinə təyyarə qəzasında xəsarət alanlara və həlak olan şəxslərin ailələrinə zəruri maddi yardım və mənəvi-psixoloji dəstək göstərilməsi ilə bağlı məsələlərin qısa zamanda və çevik həll edilməsi tapşırıldı.
Bildirildi ki, hadisənin baş vermə səbəblərinin araşdırılması ilə bağlı Qazaxıstan tərəfindən yaradılmış xüsusi komissiya çərçivəsində istintaq tədbirləri davam edir. Diqqətə çatdırıldı ki, Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın baş vermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalı, ictimaiyyət istintaqın nəticələri barədə məlumatlandırılmalıdır.
Livan hakimiyyəti Beyrut beynəlxalq hava limanında Suriyanın keçmiş prezid
Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau yaxınlığında qəzaya uğrayan təyyar
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərb
Ürəkçatışmazlığından əziyyət çəkən və 44 yaşında dünyasını
Şuşa şəhər Peşə Təhsili Mərkəzinin əsaslı təmiri işləri aparılac
Rusiyanın paytaxtı Moskvada avtomobil piyadanı vurub.
Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yolları"na (AZAL
Xorvatiya Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevə ba
Türkiyədə sosial fenomenlərə qarşı əməliyyat keçirilib.
Sabah Babək rayonunun bir neçə kəndində elektrik enerjisinin verilişi daya
AZAL-a məxsus Qroznıya uçan təyyarənin Aktau yaxınlığında qəzaya uğra
Dekabrın 28-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
"Flydubai" dekabrın 28-dən yanvarın 5-dək Rusiyanın "Soçi&
Rəqqasə Rəna Ağamuradova (Renka) Rusiyada yaşayan azərbaycanlı məşhurla
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) t�