“EQidam” mobil tətbiqi ictimaiyyətə təqdim olunub
Digərləri 28 Dek 2024 11:57:00 64 0
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida sahəsində ictimai nəzarətin gücləndirilməsi, bu sahədə istehlakçı hüquqlarının qorunması və vətəndaş şikayətlərinin operativ şəkildə icrasının təmin edilməsi məqsədilə hazırlanan "E-Qidam" mobil tətbiqi media vasitəsilə ictimaiyyətə təqdim olunub.
Bu xəbəri də oxu: Lalə Azərtaşa balta ilə hücum edən tutuldu
Təqdimat zamanı tətbiqin tanıtım videoçarxı nümayiş olunub (https://youtu.be/JAvldYaQ_uE). Media subyektlərinin nümayəndələrinə mobil tətbiqin məqsədi və istifadə qaydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, vətəndaşlar qida sahəsində hər hansı bir neqativ halla rastlaşdıqda, bu barədə "E-Qidam" tətbiqi vasitəsilə dərhal AQTA-ya bildirə biləcəklər. Tətbiqin əsas üstünlüyü qida təhlükəsizliyinin təmin olunması prosesində vətəndaşların aktiv iştirakı ilə ictimai nəzarəti təmin etmək və baş verən hər hansı neqativ hallara qarşı təsir imkanlarını genişləndirməkdir.
Həmçinin vurğulanıb ki, vətəndaşlar tətbiqdən istifadə etmək üçün Android və iOS əməliyyat sistemli mobil telefonlar vasitəsilə "E-Qidam" mobil tətbiqini telefonlarına yükləyə bilərlər. Qeydiyyatdan keçən istifadəçilər hər hansı şikayəti göndərmək üçün "Müraciət göndər" bölməsinə keçid etməli, ardınca şikayət olunan qida məhsulunun adı və satışının həyata keçirildiyi ünvanı qeyd edib "Göndər" düyməsinə klikləməlidirlər. Şikayət Agentlik tərəfindən qəbul edilərək qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Vətəndaşlar "Müraciətlərim" bölməsinə daxil olaraq müraciətlərinin icra vəziyyəti haqqında məlumat əldə edə biləcəklər.
Bundan başqa, vətəndaşlar mobil tətbiq vasitəsilə qida təhlükəsizliyi ilə bağlı görülən işlər, tədbirlər, xəbərlər, maarifləndirici yazılar və ən son yeniliklərlə anında tanış ola biləcəklər. Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən təklif olunan təlimlər, laborator analizlər, eləcə də vakansiyalar barədə ən son məlumatları əldə edəcəklər. Ən əsası isə sahibkarlıq subyektləri "Bildiriş" funksiyasını aktiv etməklə fəaliyyət sahəsi üzrə Agentlik tərəfindən mobil tətbiqdə paylaşılan məlumatlar haqqında bildirişlər alacaqlar. Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
"E-Qidam" mobil tətbiqindən istifadə etmək üçün aşağıdakı linklərə keçid edə bilərsiniz: IOS üçün: https://apps.apple.com/az/app/e-qi-dam/id6452725355 Android üçün:https://play.google.com/store/apps/details?id=com.aqra&pcampaignid=web_share
Ermənistan öz səfiri Razmik Xumaryanı Minskə qaytarmaq niyyətində deyil.
Sosial şəbəkələrdə astronomiya həvəskarları üçün Milad çələnginə
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq&qu
Çinin Guangdong əyalətinin Cuhay şəhərində 35 nəfərin ölümü, 43 nəf
Qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün r
Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə yenidən əlaq
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevr
Kazan hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və yola salm
2025-ci il astrologiya baxımdan bəzi bürclər üçün böyük şanslar gətir
Azərbaycan Mərkəzi Bankı (AMB) 28 dekabr tarixindən etibarən valyuta məz�
İşlənmiş avtomobil almaq diqqətli yanaşma tələb edən məsuliyyətli bir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Bakıda
Beyləqanda yük və minik avtomobilləri toqquşub, iki nəfər ölüb, bir nə