Arvadına əsəbləşib 35 nəfəri öldürmüşdü Asılacaq
Dünya 28 Dek 2024 10:29:00 76 0
Çinin Guangdong əyalətinin Cuhay şəhərində 35 nəfərin ölümü, 43 nəfərin yaralanması ilə nəticələnən avtomobil hücumu həyata keçirən şəxs edam cəzasına məhkum edilib.
Bu xəbəri də oxu: Tokayev təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
Son.az xəbər verir ki, məhkəmənin qərarına əsasən 62 yaşlı Fan Veyçiu adlı şəxs ailə problemləri və boşanma sonrası mal bölgüsündən narazılıq səbəbilə bu cinayəti törədib. Qərarda cinayətin "qəddar üsulla" törədildiyi, ciddi itkilərə səbəb olduğu bildirilərək, təqsirkarın ölüm cəzasına məhkum edildiyi vurğulanıb.
Hadisə 11 noyabrda Cuhay şəhərində baş verib. Sürücü qara rəngli SUV tipli avtomobilini idman mərkəzinin ətrafında gəzən insanların üzərinə sürərək 35 nəfərin ölümünə, 43 nəfərin yaralanmasına səbəb olub. Yerli polis hadisənin səbəbini onun boşanma şərtlərindən və mal bölgüsündən narazılığı ilə əlaqələndirib.
Çində psixoloji problemlər və sosial təcrid hissi yaşayan şəxslərin ictimai yerlərdə hücumlar törətməsi son zamanlar artan hallardandır. Bu hadisələr arasında Yunna əyalətində bir xəstəxanada bıçaqlı hücum zamanı 2 nəfərin ölümü, 21 nəfərin yaralanması və Şanxay şəhərində bir supermarketdə 3 nəfərin ölüb, 15 nəfərin yaralanması ilə nəticələnən hadisələr yer alır. Oxşar hücumlar Pekin, Ciangsu və Hunan əyalətlərində də qeydə alınıb.
İsmayıl Son.az
Qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün r
Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə yenidən əlaq
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevr
Kazan hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və yola salm
2025-ci il astrologiya baxımdan bəzi bürclər üçün böyük şanslar gətir
Azərbaycan Mərkəzi Bankı (AMB) 28 dekabr tarixindən etibarən valyuta məz�
İşlənmiş avtomobil almaq diqqətli yanaşma tələb edən məsuliyyətli bir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Bakıda
Beyləqanda yük və minik avtomobilləri toqquşub, iki nəfər ölüb, bir nə
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yo
Azərbaycan Respublikası Mərkəzi Bankı 2025-ci il üçün pul siyasətinin �
Türkiyənin Diyarbəkir bölgəsində törədilən və bütün ölkəni şoka s
Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Masallı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində təmir işləri ilə əlaq�