“ƏDV oğruları” ələ keçdi 1 milyonluq mənimsəmə İTTİHAM
Digərləri 28 Dek 2024 11:49:00 63 0
Bu xəbəri də oxu: Nazirlik bayram günləri ilə əlaqədar əhaliyə müraciət etdi
Mütəşəkkil dəstə şəklində fəaliyyət göstərən bir neçə şəxs tərəfindən qanunsuz yollarla çoxsaylı ƏDV (Əlavə dəyər vergisi) köçürmə əməliyyatlarının aparılması barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Son.az-a bildirilib ki, istintaqla mütəşəkkil dəstə üzvləri - Əliyev Rasim Serqey oğlu, Bağırov Rəşad Füzuli oğlu, Yunin Aleksey Sergeyeviç, Tağıyev Rəşad Gündüz oğlu, Lətifov Müşviq Niymət oğlu və İsmayılzadə Cavid İsrafil oğlunun 2023-2024-cü illər ərzində müxtəlif sahibkarlıq subyektləri barədə məlumatları və nəzarət-kassa aparatlarını qanunsuz yolla ələ keçirdikdən sonra istifadə edib yaymalarına, əmtəəsiz əməliyyatlar edərək ayrı-ayrı şəxslərin adlarına "ƏDV geri al" portalları açılması yolu ilə həmin portallara gizli yolla köçürdükləri ümumilikdə 1 milyon 120 min manatdan artıq pul vəsaitini talamalarına, bu üsulla da əldə edilmiş pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək üçün maliyyə əməliyyatları etməklə törədilən cinayətdən xəbərsiz digər şəxslərin bank kartlarına köçürərək leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 177.3.1, 177.3.2 və 177.4 (mütəşəkkil dəstə tərəfindən külli və xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 202.2-ci (külli miqdarda ziyan vurmaqla kommersiya sirri olan məlumatları qanunsuz yolla yayma) və digər maddələri ilə yekun ittiham elan edilib.
İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə Rasim Əliyev, Aleksey Yunin və Müşviq Lətifov barəsində həbs, Rəşad Bağırov, Rəşad Tağıyev və Cavid İsmayılzadə barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Ermənistan öz səfiri Razmik Xumaryanı Minskə qaytarmaq niyyətində deyil.
Sosial şəbəkələrdə astronomiya həvəskarları üçün Milad çələnginə
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq&qu
Çinin Guangdong əyalətinin Cuhay şəhərində 35 nəfərin ölümü, 43 nəf
Qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün r
Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə yenidən əlaq
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevr
Kazan hava limanı müvəqqəti olaraq təyyarələri qəbul etmir və yola salm
2025-ci il astrologiya baxımdan bəzi bürclər üçün böyük şanslar gətir
Azərbaycan Mərkəzi Bankı (AMB) 28 dekabr tarixindən etibarən valyuta məz�
İşlənmiş avtomobil almaq diqqətli yanaşma tələb edən məsuliyyətli bir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Bakıda
Beyləqanda yük və minik avtomobilləri toqquşub, iki nəfər ölüb, bir nə
Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yo