“Sənətkarın dostu” Xalq artisti Əlixan Səmədovla görüşüb FOTO


Kriminal 27 Dek 2024 18:40:00 160 0

“Sənətkarın dostu” Xalq artisti Əlixan Səmədovla görüşüb  FOTO

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçığı, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə "Sənətkarın dostu" layihəsinin növbəti görüşü Georgi Şaroyev adına 35 nömrəli onbirillik Musiqi Məktəbində keçirilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş görüşün qonağı balaban ifaçısı, Xalq artisti Əlixan Səmədov olub.

Tədbirin açılışında "Azərbaycan Hava Yolları" şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yaralılara isə şəfa dilənib.

Daha sonra MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və G.Şaroyev adına Musiqi Məktəbinin direktoru Vəfa Həziyeva iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən danışıblar.

Əlixan Səmədov 60 illik yubileyinə həsr olunmuş görüşdə həyat və yaradıcılığı, balaban ifaçılığı sənəti, pedaqoji fəaliyyət, uşaq və gənclərin nəfəs alətlərinə marağının artırılması və xaricdə yaşayan Azərbaycan mədəniyyət xadimlərinin fəaliyyəti istiqamətində söhbət apardı. Ustad, balaban haqqında yazdığı kitabından bəhs edərək milli musiqimizin müəllif hüquqlarının qorunması zərurətindən həmçinin müasir təbliğat və təşviqat vasitələrindən danışıb.

Sənətkarın ifasında Səid Rüstəmovun "Getmə" kompozisiyası, G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi Məktəbinin IX sinif şagirdləri Məhəmməd Bayramov və Mirnicat Yaqubovun (müəllim: Oqtay Mürşüdov, müşayiət: Dinar İsgəndərova) ifasında isə Üzeyir Hacıbəylinin "Aşıqsayağı", Ələkbər Tağıyevin "Sən gəlməz oldun", Süleyman Ələsgərovun "Xəyala dalarkən" əsərləri səslənib.

Polis əməliyyat keçirdi: 24 nəfər SAXLANILIB like
  • 27 Dek 18:25  
Kriminal Polis əməliyyat keçirdi: 24 nəfər SAXLANILIB

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dekabr ayında h

arrow Ətraflı
Ahmet İzgi: "Təyyarənin salonunda balonun partlamasını demək insan zəkasına lağdır" like
  • 27 Dek 18:16  
Digərləri Ahmet İzgi: "Təyyarənin salonunda balonun partlamasını demək insan zəkasına lağdır"

"AZAL-ın təyyarəsinin salonunda balonun partladığını iddia etmək in

arrow Ətraflı
Səkinə Sadıxovaya yüksək vəzifə verildi  FOTO like
  • 27 Dek 18:09  
Digərləri Səkinə Sadıxovaya yüksək vəzifə verildi FOTO

Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

arrow Ətraflı
IV Azərbaycan Vokalçıları Festivalının bağlanış mərasimi keçirilib  FOTO like
  • 27 Dek 18:00  
Kriminal IV Azərbaycan Vokalçıları Festivalının bağlanış mərasimi keçirilib FOTO

24 dekabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniy

arrow Ətraflı
Baş həkim qəzada yaralananların son vəziyyətini AÇIQLADI like
  • 27 Dek 17:26  
Digərləri Baş həkim qəzada yaralananların son vəziyyətini AÇIQLADI

Reanimasiyada olan xəstənin vəziyyəti ağır, digərlərinin vəziyyəti is�

arrow Ətraflı
Nurulla Siracovun yoldaşı sağ imiş like
  • 27 Dek 17:22  
Digərləri Nurulla Siracovun yoldaşı sağ imiş

Daha bir Zaqatala sakininin təyyarə qəzasından sağ çıxdığı məlum olub

arrow Ətraflı
Avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək like
  • 27 Dek 16:59  
Digərləri Avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əl

arrow Ətraflı
Həmin plastik cərrahların sənədləri yoxlanılacaq like
  • 27 Dek 16:53  
Kriminal Həmin plastik cərrahların sənədləri yoxlanılacaq

Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərra

arrow Ətraflı
Qəzada həlak olan bələdçi uçuşdan öncə dostuna mesaj göndərib like
  • 27 Dek 16:45  
Digərləri Qəzada həlak olan bələdçi uçuşdan öncə dostuna mesaj göndərib

Qəzada həlak olan "Ural Hava Yolları"nın bələdçisi Ramin Ağaye

arrow Ətraflı
"Türkiyə bu çətin günlərdə Azərbaycanın yanındadır" like
  • 27 Dek 16:42  
Digərləri "Türkiyə bu çətin günlərdə Azərbaycanın yanındadır"

Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər ​​və onu müşayiət edən

arrow Ətraflı
Nursultan Nazarbayev İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb like
  • 27 Dek 16:25  
Siyasət Nursultan Nazarbayev İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan NazarbayevAzərbaycan

arrow Ətraflı
Rüşvətlə plastik cərrahiyyə ilə bağlı sertifikasiya verən vəzifəli şəxslər İFŞA OLUNDU like
  • 27 Dek 16:22  
Kriminal Rüşvətlə plastik cərrahiyyə ilə bağlı sertifikasiya verən vəzifəli şəxslər İFŞA OLUNDU

Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət alma

arrow Ətraflı
Rusiyanın bu şəhərlərinə də uçuşlar like
  • 27 Dek 16:18  
Digərləri Rusiyanın bu şəhərlərinə də uçuşlar

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q

arrow Ətraflı
“Azərbaycan Sənaye Korporasiyası” ləğv olundu like
  • 27 Dek 16:17  
Siyasət “Azərbaycan Sənaye Korporasiyası” ləğv olundu

Prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin

arrow Ətraflı
Təyyarə Xəzəri çətinliklə keçib  3D versiyası YAYILDI like
  • 27 Dek 16:15  
Digərləri Təyyarə Xəzəri çətinliklə keçib 3D versiyası YAYILDI

"Flightradar24" AZAL təyyarəsinin qəza etməmişdən əvvəlki tra

arrow Ətraflı