Baş həkim qəzada yaralananların son vəziyyətini AÇIQLADI
Digərləri 27 Dek 2024 17:26:00 53 0
Reanimasiyada olan xəstənin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə kafi olaraq qiymətləndirilir.
Bu xəbəri də oxu: "Çox istərdim ki, Hökuməyə "Milli Qəhrəman" adı verilsin" FOTO
Son.az xəbər verir ki, bunu "Yeni Klinika"nın baş həkimi Eldar Əhmədov təyyarə qəzasında yaralananların vəziyyəti ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xəstələrdən biri sabah əməliyyat olunacaq:
"Dünən təqribən saat 19 radələrində xəstəxanamıza 14 xəstə daxil oldu hansı ki, bu xəstələr gəlməmişdən əvvəl bütün xəstəxanada cərrahi briqada, orto-travmatoloji, neyro-cərrahi briqada ilə birgə hazır vəziyyətdə gözlədik. Xəstələri qəbul etdik və onlar müvafiq şöbələrə yerləşdirildi. Hal- hazırda 14 xəstəmiz var. Onlardan biri reanimasiyada olmaq şərti ilə xəstələrin müalicəsi stasionar şəraitdə davam etdirilir. Xəstələrin diaqnozları bədənin müxtəlif nayihələrində küt travmalar, bədən cızıqları, yüngül sümük sınıqlarıdır. Yalnız bir xəstəmizdə baldır sümüyünün açıq qəlpəli sınığı aşkarlanıb. Onun da əməliyyatı planlaşdırılır. Çox güman sabah o xəstə əməliyyata alınacaq",- deyə o əlavə edib.
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.
Daha bir Zaqatala sakininin təyyarə qəzasından sağ çıxdığı məlum olub
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əl
Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərra
Qəzada həlak olan "Ural Hava Yolları"nın bələdçisi Ramin Ağaye
Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər və onu müşayiət edən
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan NazarbayevAzərbaycan
Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət alma
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Q
Prezident İlham Əliyev "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin
"Flightradar24" AZAL təyyarəsinin qəza etməmişdən əvvəlki tra
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Qazaxı
Ukrayna Xarici işlər naziri Andrii Sybiha AZAL-a məxsus sərnişin təyyarəs
Polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı keçird
Azərbaycanda bələdiyyələrin qrant alması üçün hüquqi əsaslar yaradıl
Prezident İlham Əliyev "Xəzər dənizinin (gölünün) Azərbaycan Respu