"İstəyimiz odur ki, bütün ölkələr öz təhsil sistemlərində iqlim dəyişiklikləri mövzusunu tətbiq etsinlər"
Digərləri 15 Noy 2024 14:18:00 83 0
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Bu xəbəri də oxu: Həlak olan bacıqardaşın valideynləri də vəfat edibmiş
Budəfəki müsahibimiz elm və təhsil nazirinin müavini Həsən Həsənlidir.
O, Trend-ə açıqlamasında bildirib ki, müxtəlif ölkələrin öz təhsil sistemlərində iqlim dəyişiklikləri mövzusunu tətbiq etmələrini, məzmunlarını, qiymətləndirmə siyasətlərini buna uyğunlaşdırmalarını istəyirlər.
Həsən Həsənli, təhsil sektorunun da iqlim dəyişiklikləri ilə bağlı görüləcək işlərin tərkib hissəsi olduğunu bildirib:
"Bildiyiniz kimi, COP29 çərçivəsində bütün dünya Bakıya təşrif buyurub. Əlbəttə ki, təhsil də iqlim dəyişiklikləri ilə bağlı görüləcək işlərin tərkib hissəsidir. Təhsillə bağlı partnyorlarımızla bir yerdə ayın 18-i bir neçə tədbirimiz olacaq. Onlardan əsas gözləntimiz bundan ibarətdir ki, beynəlxalq qiymətləndirmələrdə iştirak edən ölkələrlə bir yerdə razılığa gələk ki, bütün beynəlxalq qiymətləndirmələrdə iqlim dəyişikliyi mövzusu həmin suallara və həmin məzmuna inteqrasiya olunsun. Beləliklə, müxtəlif ölkələr öz təhsil sistemlərində bu praktikaları tətbiq etməyə, məzmunlarını, qiymətləndirmə siyasətlərini buna uyğunlaşdırmağa başlasınlar və biz bu mövzunun ilk növbədə ümumtəhsil müəssiələrində əhəmiyyətini, müzakirə sayını artıraq".
"Bundan əlavə, bizim ali təhsillə də bağlı "QS" reytinq agentliyi il birlikdə təşəbbüsümüz var. Onlar COP29-da növbəti ilin dünyanın aparıcı universitetlərinin reytinqini elan edəcəklər. Bu reytinq ilk növbdə həmin universitetlərin dayanıqlığı siyasətləri ilə bağlıdır. Düşünürük ki, bu da önəmli bir addım olacaq ki, ali təhsildə iştirak edən tərəfdaşlar bu istiqamətə öz diqqət və töhvələrini artırsınlar", - deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
Noyabrın 15-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan
Donald Trampın Ağ Evə qayıdışı ilə Amerika qlobal iqlim siyasəti məsə
Rusiyanın Xalq artisti Filipp Kirkorov axtarışa verilib.
Sığorta şirkətini aldatmağa çalışan 4 nəfər saxlanılıb.
Süni intellektlə turbulentliyin qarşısı alınacaq.
Tramp Səhiyyə Departamentinin rəhbəri vəzifəsinə kiçik Kennedinin namiz�
Yaponiya şahzadəsi, imperator ailəsinin ən yaşlı üzvü olan Yuriko Mikasa
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�
"Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahi
Mühasib seçərkən diqqət etməli olduğunuz bir neçə əsas amil var. Müha
Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin
Ermənistan beynəlxalq arenada ikili standartlara əsaslanan siyasətini davam
Fransanın COP29-la bağlı yanaşması qeyri-konstruktivdir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev