Bu, bizim prioritet istiqamətlərimizdəndir
Digərləri 12 Noy 2024 10:35:00 73 0
COP29 kimi böyük və mötəbər tədbirin qısa zaman ərzində uğurla təşkili təqdirəlayiqdir. Xüsusilə ətraf mühit və maliyyələşmə kimi əsas mövzular haqqında gözləntilər var.
Bu xəbəri də oxu: 13 yaşında ərə getdi, 15 yaşında 2 uşaq anası oldu VİDEO
Son.az xəbər verir ki, bunu COP29 çərçivəsində jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, COP29 çərçivəsində iqlim savadlılığının qiymətləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsü müzakirə olunacaq:
"PISA 2029 beynəlxalq qiymətləndirməsində ətraf mühit savadlılığının qiymətləndirilməsi müxtəlif ölkələrin bu təşəbbüsə qoşulması ilə müşayiət olunacaq. Eyni zamanda, universitetlərin dayanıqlı inkişafı ilə bağlı bizi böyük bir tədbir gözləyir.
COP29 tədbirlərindən sonra yəqin ki, yaşıl təhsil və ətraf mühit dəyişiklikləri ilə bağlı məktəb və universitetlərdə işimiz daha da sürətlənəcək. Çünki PISA 2029-da ətraf mühitlə bağlı qiymətləndirmə həyata keçirilərsə, bir çox ölkələr artıq öz işinin nəticəsini ölçəcəklər. Burada müəyyən müzakirələr var, amma hələ ki ölçülməyə əsaslanmış dəlil yoxdur.
İnanırıq ki, Azərbaycanın bu təşəbbüsü dəstəklənəcək və növbəti illərdə həm Azərbaycanda, həm də digər ölkələrdə yaşıl təhsillə bağlı daha çox iş görüləcək. Yaşıl ixtisasların və yaşıl bacarıqların inkişafı bizim prioritet istiqamətlərimizdəndir.
Yaşıl bacarıqlar bütün ixtisasların daxilində iqlim dəyişikliklərinin ətraf mühit çirklənmələrinin qarşısını almaq üçün səriştələrin formalaşdırılması kimi başa düşülməlidir. Düşünürəm ki, istiqamətimiz yeni ixtisaslarla yanaşı, mövcud ixtisasların məzmununa bu yaşıl komponentin gətirilməsi olmalıdır".
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Son zamanlar təcili tibbi yardımın ünvana gecikməsi ilə bağlı şikayətl
Dünyanın ən aparıcı media orqanları Bakıda keçirilən BMT-nin İqlim Də
Xiyarın sağlamlıq üçün inanılmaz faydaları var. Xiyar pəhrizlərin və
Nüvə enerjisi COP29-da xüsusi rol oynamalıdır.
Qrenadanın Baş naziri Dikon Miçel BMT-nin İqlim Dəyişmələri üzrə Çər
Noyabrın 12-də Tonqa Krallığının Baş naziri Siaosi Ofakivahafolau Sovalen
"Təəssüflə qeyd edirik ki, Ermənistan iştirak etməyib".
COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layih�
Türkiyəli fenomen İbrahim Yılmaz həbs edilib.
"Mədəniyyət sahəsində çalışan bəzi şəxslər var ki, onların hə
ABŞ-ın yeni prezidenti bütün dünyada Amerika pullarının səxavətlə xər
Azərbaycanın bank sektoru COP29-da 2030-cu ilə qədər üzərinə götürdük
Türkiyəli aktyor Aras Bulut İynemlinin baş rolunu canlandıracağı "D
Böyük Britaniyanın kraliçası II Elizabetin ölümündən iki gün əvvəl �