Göbələk seçərkən mütləq bunlara diqqət edin Qida eksperti açıqladı
Digərləri 03 Noy 2024 10:20:00 91 0
Azərbaycanda göbələk yığma ənənəsi geniş yayılıb. İnsanların zəhərli gobələkləri tanımaması, və ya düzgün bişirməməsi ölümə belə yol aça bilər.
Bu xəbəri də oxu: Havalar soyuyur: qar yağacaq, 10 dərəcə şaxta olacaq
Bəs göbələk seçərkən nələrə diqqət etməliyik?
Mövzu ilə bağlı Son.az-A qida eksperti Məhsəti Hüseynova açıqlama verib.
O bildirib ki, göbələk zəhərlənməsindən qorunmaq üçün bir sıra vacib tədbirlər var. İlk öncə, yalnız tanıdığınız və əmin olduğunuz göbələkləri yığmalısınız.Mənşəyi bilinməyən və tanımadığınız göbələklərə toxunmaq belə olmaz.
"Eyni zamanda yığdığınız göbələkləri yemədən əvvəl düzgün bişirmək də vacibdir. Bəzi zəhərli növlər bişiriləndə zəhərliliyini itirə bilər, lakin bu, hər göbələk üçün keçərli deyil. Göbələk yığarkən, eyni görünüşdə olan zəhərli və yeyilən növləri ayırd etmək çətin ola bilər, buna görə diqqətli olmaq lazımdır. Göbələkləri düzgün saxlamaq da mühüm məsələdir, çünki zəhərli göbələklər zamanla digər yeməklərə təsir edə bilər".
Ekspert onu da əlavə edib ki, zəhərlənmə əlamətlərini, məsələn, bulantı, qusma və qarın ağrısını hiss edən zaman dərhal təcili tibbi yardıma müraciət etmək lazımdır.
Qeyd edək ki, ötən gün Azərbaycanda iki qadın göbələkdən zəhərlənərək ölüb. 1977-ci il təvəllüdlü İlahə Bayramova rəfiqəsi Günel Abdullayeva ilə birlikdə Xaçmaz rayonuna gəlib və Seyidli kəndində meşədə göbələk yedikdən sonra halı pisləşib. Onlar müalicəsinin davam etdirilməsi üçün Bakıya göndərilən zaman İlahə Bayramova yolda ölüb. Dgər qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Vəfat edən G.Abdullayeva elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədovun bacısıdır.
Aysel Əkbər Milli.AZ
Rusiya təhlükəsizlik qüvvələri rus ordusuna kömək edən ABŞ vətəndaş
Arteriya sağlamlığınızın qeydinə qalmaq ürək-damar xəstəliklərinin q
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarıs�
İsrail Ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgəl�
Müğənni Ofelya Şabanova verdiyi açıqlaması ilə yenidən gündəmə gəli
"Kassius" ləqəbli dünyanın ən nəhəng timsahı Avstraliyada yerl
"Nə qədər çəki versəm də, efirdə kök görünürəm. Çox qəşəng
ABŞ-nin Luiziana ştatında Robinson R44 helikopterinin qəzaya uğraması nət
Ölkəmizdə keçirilən beynəlxalq COP29 konfransı zamanı paytaxtda nəqliyy