FHN əhaliyə müraciət etdi
Digərləri 03 Noy 2024 09:52:00 86 0
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün ikinci yarısından başlayaraq yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi və leysan xarakterli intensiv yağış yağacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı gözlənilir. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Bu xəbəri də oxu: Bu müəllimlərə əlavə pul veriləcək
Son.az xəbər verir ki, müraciətdə güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eyni zamanda, güclü küləyin baş verən yanğınların söndürülməsi zamanı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
"Həmçinin intensiv yağıntılarla əlaqədar mümkün daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmalı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasetmə qurumlarının çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir.
Bundan əlavə, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
İsrail Ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgəl�
Müğənni Ofelya Şabanova verdiyi açıqlaması ilə yenidən gündəmə gəli
"Kassius" ləqəbli dünyanın ən nəhəng timsahı Avstraliyada yerl
"Nə qədər çəki versəm də, efirdə kök görünürəm. Çox qəşəng
ABŞ-nin Luiziana ştatında Robinson R44 helikopterinin qəzaya uğraması nət
Ölkəmizdə keçirilən beynəlxalq COP29 konfransı zamanı paytaxtda nəqliyy
İranın Şimalı Semnan əyalətində yerləşən Germsar şəhəri yaxınlığ
Noyabrın 13-14-də COP29 çərçivəsində "Cambridge Institute for Sustai
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki,